Daxilinizdəki səslərlə dost olun!

0
2429
Daxilinizdəki səslərlə dost olun!

 Artıq hər birimiz qorxu və narahatlıqların uğura maneə törətdiyini bilirik. Amma uğura mane olan amillər yalnız bu ikisi ilə kifayətlənmir. Özünüzü mühakimə və tənqid etməyiniz də, ən az onlar qədər təsirlidir. Başqa sözlə desək, onlar da yolunuzda duran maneələrdəndir. 


İnsanın özünü mənfi qiymətləndirməsi onu gücdən salar və nəticədə, relsdən çıxmasına səbəb olar. Adətən, insanlar özlərini ruhdan salmaq üçün iki əsas zehni prosesdən istifadə edərlər. Uğursuz olmalarının və ya işləri bir-birinə qarışdırmalarının daxili şəkillərini çəkmək və etdiklərinin səhv olduğunu xatırladan daxili səsləri dinləmək

İndiyə qədər mütləq ən az bir dəfə zehninizdə özünüzü çox narahat bir şəkildə bir tamaşaçı kütləsi önündə təqdimat edərkən və ya ona bənzər bir şey etməyə çalışarkən axmaq vəziyyətinə düşdüyünüzü canlandırmısınız. Ya da birinə bir şey söylədikdən dərhal sonra ağlınızın içində bir səsin "Sən axmaqsan, bunu indi niyə dedinki? deyə qışqırdığını eşitmisiniz.

Hər birimiz bizi bizə düşmən edən buna bənzər təcrübələr yaşamışıq. Bu cür psixoloji proseslər bizə müvəffəqiyyətsiz olmağımız üçün tələlər hazırlayır.

Tənqidi səsinizi təsbit edin!
 
Daxili səsinizin sizi tənqid etdiyi və ya sizi lağa qoyduğunu hiss etdiyiniz istənilən bir hadisəni xatırlayın. Əvvəl özünüzü o hadisənin içinə təkrar salın və onu yenidən yaşayın. O təcrübəni xatırlayarkən, o tənqidi səsə xüsusilə diqqət edin.

Səs yüksək ya da yumşaq, sürətli ya da yavaş ola bilər. Səsin tonu iynələyici və ya sərt də ola bilər. Qulağınıza sizin öz səsiniz kimi və ya keçmişdə sizə tənqidi davranmış bir yaxınınızın səsi (məsələn bir valideyn, qardaş yada başqa bir qohum, yoldaş, müəllim və s) kimi gələ bilər. Səsi dinlədiyiniz zaman duyğusal reaksiyanıza da diqqət edin. 

* İndi dəyişik səs tonlarında təcrübələr edin. Səsi ən son həddə qədər sürətləndirdiyiniz və ya yavaşlatdığınız zaman (sanki bir fonoqrafın sürət nizamını dəyişdirirsiniz) nə olduğuna diqqət edin.

* Səsi cizgi film qəhrəmanları (Mickey Mouse ya da Garfield) və ya avtomatlaşdırılmış bir səsə bənzədin. Şən, zarafatcıl ya da cəlbedici bir səs kimi eşitməyə çalışın. 

Sözlərin eyni qalmasına baxmayaraq, səsin sürətini, tonu ya da tempini dəyişəndə ​​verdiyiniz duyğusal reaksiyaların necə dəyişdiyinə baxın.


Daxili səsinizlə bütünləşin!

Bəzən özümüzə "Necə axmaq hərəkət etdin!" və ya "Bunu az əvvəl təkrar etdiyinə inana bilmirəm!" ya da "Daha yaxşı ola bilərdin!" deyirik. Daxilimizdən gələn bu səslər adətən yüksək və sürətlidir ya da sərt, sizi lağa qoyan bir tonları var.

Bəzilərimizdə isə, bizə başqa yollardan problem çıxaran daxili səslərimiz vardır. Əksəriyyətlə digərlərini mühakimə edən, günahlandıran və tənqid edən bir səs: "Bu qədər alçaq biri olmasaydı!"

Bəzi səslər isə, hər şeyi analiz edərək özümüz və başqaları arasında bir məsafə yaradır. Bəzən də, bir səs sizə mənfi bir gələcəyiniz olduğunu deyər: "Müvəffəqiyyətli olmağı heç bir zaman öyrənə bilməyəcəyəm."

Əgər bu səsləri həqiqətən dinləyəriksə, çox maraqlı bir şeyi kəşf edə bilərik. Bu səslər demək olar ki, heç bir zaman gerçək səsimizin danışarkən yaradıldığı bölgədə deyillər - sinəmizdə, boğazımızda və ağzımızda. Bunun əvəzinə, bu səslər hər zaman başqa bir bölgədən gəlirmiş kimi görünərlər və səs bizdən çıxmaq yerinə, bizə yönəlmiş kimidir. Bu səslər adətən, bədənimizin xaricində olduqları duyğusunu verirlər, böyük ehtimalla, yuxarımızda, sağımızda ya da solumuzda. 

Səsləri bədənimizin daxilindən eşitdiyimiz zaman belə, sanki o səslər qulaqda, başın arxasında ya da alında yerləşiblər. Əgər bu səslər bizimlə tamamilə bütünləşsəydilər, qulağa eynilə bizim danışarkən çıxardığımız səs kimi gələrdi. Nəfəslə yüksələrək sinəmizə qalxar, boğazımızdan keçər, ağzımız və dodaqlarımızdan çölə çıxardı. Daxili səslər demək olar ki, heç bir zaman bu şəkildə bütünləşmirlər və əgər onlarla bütünləşməyə zaman ayırsanız, çox müsbət dəyişikliklər qeydə alınar. Səslər əsasən, yumşalar və eşidilməsi daha zövqlü olar, bizi tənqid etmək yerinə, bizim bir dostumuza çevrilərlər. Sıradaki tapşırıqla, bu daxili bütövlüyü qazana bilərik.

MƏŞQ: Daxili Bütövlük Yaratmaq

Problem çıxaran səs: Daxili səsinizin sizi tənqid etdiyi və ya sizi narahat etdiyi bir zamanı düşünün və o vəziyyətin içərisinə daxil olun. O vəziyyətdə ikən, səsi dinləyin və nə söylədiyini, nəyə bənzədiyini, haradan gəldiyini və hara doğru yönəldiyini fərq edin.

Səsi boğazınıza ötürün: İndi səsi yavaş-yavaş bədəninizin danışarkən öz səsinizin gəldiyi bölgəsinə doğru aparın. Səsiniz sinəniz və boğazınızdan çıxmağa yaxınlaşdıqca özbaşına necə dəyişdiyinə diqqət edin. Böyük bir ehtimalla, söylədiyi söz, səsin tonu və yüksəkliyi bir şəkildə dəyişəcək.

Fərqlərə diqqət edin: Daxili səsinizin boğaz bölgənizə köçürüldüyü zaman necə dəyişdiyinə diqqət edin. Səs yumşalacaq və səsinizin tonu da sizə daha doğma olacaq. Hətta bəzən sözlər tənqidi günahlandırmalardan həqiqi məlumatlara ya da kömək ola biləcək təkliflərə çevrilə bilər. Sözlər necə hiss etdiyinizin, nə istədiyinizin dəqiq bir ifadəsinə çevrilir.

"Mən-Sən" bölümünü yoxlayın: Problem çıxaran səslər ümumiyyətlə, "sən" sözüylə başlayır. Məsələn, "Səni düşüncəsizsən, ..." Bu cür bir səslə, özümlə sanki bir başqasıyla danışırammış kimi danışıram. "Mən" yerinə "sən" deyirəm. Bu səslər bədənimizə ötürüldüyü zaman isə, "Mən" ilə başlayıb, "hiss edirəm", "görürəm'', eşidirəm" və ya "düşünürəm" ilə davam edən sadə bir ifadəyə çevrilərlər. "Bu olanlar heç xoşuma gəlməi", "Səndən fərqli reaksiya almaq istəyirəm." Əgər səsiniz hələ bu şəkildə dəyişmədisə, ona dəyişməsini təklif edin və bu təcrübənizi necə dəyişdirdiyini fərq edin. Səsinizi "mən" ilə başlayan ifadələr bildirməyə çağırın. "Mən ...... düşünürəm"; "Mən ......... hiss edirəm."; "Mən ......... istəyirəm."

Gələcəyə dair planlaşdırma: Gələcəkdə, bu tip daxili bütünlüyə sahib olmaq istəyəcəyiniz vəziyyətləri düşünün. Özünüzü bu vəziyyətlərdən birinin içinə salın və hər addımda diqqətli olaraq yuxarıdakı dörd addımdan sürətlə keçin.

Daxili səsləri ilə bütünləşən bir çox insan özünü daha çox resursa sahib hiss edər. İnsanlar tez-tez nə düşündükləri və hiss etdikləri mövzusunda daha dəqiq olduqlarını və bu dəqiqliyin hərəkətə keçməyi asanlaşdırdığını söyləyərlər. 

ŞƏRH YAZIN