Uğurlu Ünsiyyət Qaydaları

0
21037
Uğurlu Ünsiyyət Qaydaları

Daha öncə də qeyd etdiyimiz kimi, dəyişiklik insanın özündə başlayır. Dəyişməyən tək şey dəyişiklikdir. Hər şey davamlı olaraq dəyişir. Təbiətdə davamlı bir dəyişmə mexanizmi mövcuddur. Qanımız dəyişir, iqlimlər dəyişir lakin insan dəyişiklikdən davamlı qaçır. İnsanın dəyişikliyi yaşaya bilməsi üçün əvvəlcə dəyişikliyin ondan başlayacağını anlaması lazımdır. Əgər inanmırsa da, həyat bir müddət sonra insanı dəyişikliyə məcbur edir. Hətta çox insan dəyişməmək üçün şiddətli müqavimət göstərir. Lakin aktual həyat və yaşadığı hadisələr onda bir sıra dəyişikliklər yaradır. 

Əvvəlcə insanın fərqli baxış bucaqlarına sahib olması lazımdır. Beləliklə də, insan heç bir dəyişikliyə ön mühakiməli davranmayacaq. Ətrafınıza həmişə eyni gözlərlə baxırsınızsa, heç bir şeyin dəyişmədiyini görərsiniz. Lakin NLP sizin hadisələrə daha fərqli baxmağınız, baxış bucağınızı, hadisələri qavrama tərzinizi inkişaf etdirmək üçün imkanlar təqdim edir. Belə olduqda da, vəziyyətinizi daha yaxşı anlaya və nə etməyiniz lazım olduğunu qavraya bilərsiniz.

Baxış bucağımız dəyişir və hadisələri fərqli qəbul etməyə başlayırıq. Zövqlərimiz və seçimlərimiz dəyişir. Əslində, NLP hadisələri və dəyişməyən həyatınızı fərqli bir baxımdan göstərərək dəyişikliyi və inkişafı təmin edir. Yəni, NLP bizə yeni davranışlar, yeni baxış bucaqları, yeni bacarıqlar hətta yeni dini inanclar təmin etdiyi üçün şəxsiyyətimizdə dəyişiklik olur. Şəxsiyyətimizdə dəyişiklik olduğu üçün NLP işə yarayır.

NLP təlimləri barədə ətraflı məlumatı aşağıdakı linkdən ala bilərsiniz :

www.cazibe.info/nlp-telimleri/-nlp-diplom-sertifikat-proqrami-4069/

ŞƏRH YAZIN