Enerji yüksəlişi

0
3076
Enerji yüksəlişi

İstifadə etdiyinizin dilin daxili prinsiplərinə heç diqqət etmisiniz? Əgər diqqət etməmisinizsə, indi tam zamanıdır. İnsanların danışıqlarının quruluşunu araşdırın. Nə dediklərindən çox nəyi necə ifadə edirlər, ona diqqət edin. Çətin anlarda və ya zamanın məhdud olduğu vəziyyətlərdə necə danışırlar? İnsanlar eşitdikləri sözləri öz zehinlərində işləyərək necə müxtəlif duyğu və davranışlar sərgiləyirlər? Danışıqlarınızın qarşılığında aldığınız cavablar bəzən çox təəccüblüdür. Biri "Səni başa düşürəm" deyərkən, başqa birisi də "Haqlısan, səninlə eyni fikirdəyəm"; bəziləri "Eşitdiklərimə inana bilmirəm"; bəziləri isə "Məsələni anlaya bilmədim" deyirlər.

Sizcə də, maraqlı deyil??? Eyni söhbətə insanlar fərqli şəkildə öz daxili təmsil sistemlərini istifadə edərək cavab verirlər.

NLP ədəbiyyatında fərdlərin öz zehinlərində istifadə olunan söz, deyim və məcazlarla yaratdıqları bu təmsil sistemlərinə "həssas təmsil sistemləri" deyilir.
 
Məsələn, 3 fərqli insanın bir avtomobili təsvir etdiklərini düşünək. Biri "O qədər gözəl dizayn edilib ki, içim əridi. Rənglər uyğun və müntəzəmdir. Avtomobilin görünüşü də tam istədiyim kimidir. Son dərəcə müasir görünüşlüdür. Görsən ağlın durar ..." kimi ifadələr istifadə edərkən avtomobilin vizual təmsillərinə yönəlmişdir. Digəri eyni avtomobil üçün "Müdhiş bir mühərriki var. 200 at gücü. İldırım sürətiylə gedir. Özümü yarış astanasında hiss edirdim. Necə güclü mühərriki var..." deyərək avtomobilin audial istiqamətinə yönəlmişdir. Başqa biri isə, avtomobil üçün "Çox etibarlı bir avtomobildır. İnsan kresloya oturduğu zaman özünü güvəndə və rahat hiss edir. Bu araba mənə dinclik verir, kresloya oturduğum zaman çox fərqli hisslərə qapılıram ..." deyir. Burada avtomobilin kinestetik xüsusiyyətlərinə diqqət edir. 3 insan 3 fərqli şəkildə eyni təcrübəni fərqli təmsil sistemləri ilə izah edir. Burada kimsə səhv ya da doğru deyil. Hər kəs özünəxas təmsil sistemlərini istifadə edərək öz daxili təcrübələrini daxili təmsil sistemləriylə açıqlayır.

Əgər siz bir satıcı olsaydınız nə etməniz lazım idi? Öz təmsil sisteminizi istifadə edərək avtomobili satmağa çalışsanız, əsasən ancaq sizin kimi düşünmə sisteminə sahib insanlara təsir edərsiniz. Digərlərinə isə, heç təsir edə bilməzsiniz. Daha əvvəl izah edildiyi kimi, müştərinizin nəfəs alma, gəzmə şəklini müşahidə edin. Göz hərəkətlərinə diqqət edin. Avtomobil haqqında danışmadan əvvəl bir avtomobildə ən çox axtardığı ya da xoşbəxt olduğu vəziyyəti soruşun. Danışıq sürətinə, istifadə etdiyi təmsil sistemlərinə, məcazlara və sözlərə diqqət edin. Müştərinizin qavrayış və təmsil sistemini qavradıqdan sonra ona öz diliylə xitab edin. Görəcəksiniz, hədəfi tam on ikidən vuracaqsınız.

Bu cür bir yanaşma qarşımızdakı insanı ilk baxışda manipulyasiya etmək kimi görülə bilər. Burada edilən, qarşımızdakı ilə eyni dili danışmaq, uyğun bir ünsiyyət üçün lazımlı kanalı tapmaq və ortaq bir dil yaratmaqdır. Bunu yalnız avtomobil satarkən deyil, hər cür münasibətlərinizdə də bir ünsiyyət texnikası olaraq istifadə edə bilərsiniz. Daha öncə də dediyimiz kimi, ünsiyyət sizin nə etdiyiniz deyil, qarşıdakının nə anladığıdır. Dili ustalıqla istifadə etmək fərq yaradacaq.
 
NLP təlimləri barədə ətraflı məlumatı aşağıdakı linkdən ala bilərsiniz :

ŞƏRH YAZIN