Zaman haqqında söylənilmiş müdrik fikirlər

0
6574
Zaman haqqında söylənilmiş müdrik fikirlər

1. Heç vaxt "Vaxtım yoxdur" ifadəsini dilinizə gətirməyin. Unutmayın ki, bizim hər birimizin ixtiyarında olan zaman Mikelancelo, Leonardo Da Vinçi, Tomas Cefferson, Paster, Helen Keller, Albert Eynşteyn kimi dahi şəxsiyyətlərin sahib olduğu vaxt qədərdir. Sadəcə, hər kəsin zamanı dəyərləndirmək metodu fərqlidir.

2. Zaman dayanmaq bilmir - bu, pis xəbərdir. Yaxşı xəbər isə ondan ibarətdir ki, onu idarə etmək hər kəsin öz əlindədir.

3. Müvəffəqiyyət və uğursuzluq arasında əslində böyük bir uçurum yerləşir. O uçurumun adı isə belədir: "Bu işə ayıracaq zamanım yoxdur".

4. Təqvim sizi aldatmasın. Unutmayın ki, 1 ildə təqvimdə qeyd olunduğu qədər deyil, hər bir insanın səmərəli şəkildə istifadə etdiyi və faydalandığı qədər gün vardır. Yəni, burada təqvimdə qeyd olunan günlərin sayı deyil, insanın həqiqətən də yaşadığını hiss etdiyi, yaşamaqdan zövq aldığı və həyatına fayda verəcək işlərlə məşğul olduğu günlərin sayı önəmlidir. Bu səbəbdən də bəzi insanlar üçün 1 il 365 gündən ibarət olduğu təqdirdə, digərləri üçün bu rəqəm cəmi 7 günə bərabər olur.

5. Sizə bəxş edilən zamanı boş yerə tükətmək və hədər etmək deyil, ondan düzgün şəkildə istifadə etmək və maksimum dərəcədə yararlanmaq lazımdır. Əmin olun ki, zaman və əmək sərf etdiyiniz hər bir iş sizin həyatınıza öz müsbət təsirini əsirgəməyəcək.

6. Adi insan öz vaxtını neçə keçirəcəyi haqda düşünür. Ağıllı insan isə öz vaxtından səmərəli şəkildə istifadə barədə fikirləşir.

7. Keçmiş həyatınızın indiki yaşamınıza təsir etməsinə imkan verməyin. Heç vaxt keçmişinizə aid fikirlərin əsirinə çevrilməyin. Çünki bu zaman gələcəyinizi təhlükə altına qoya bilərsiniz.

8. Həyatda təkrar emalı mümkün olmayan tullantılar mövcuddur. Onlardan biri də boşa keçirilən zamandır.

9. "Vaxt öldürməyin" yollarını axtarmadan öncə sizin boşuna keçirdiyiniz zamanın cəmiyyətə verdiyi ziyan barədə düşünün.

10. Siz hər hansı bir işin icrası üçün vaxt "tapmalı" deyilsiniz. Axı, vaxt itmiş xəzinə deyil ki, onu axtarıb tapasan. Siz sadəcə olaraq, vaxt ayırmalısınız. Çünki o tamamilə sizin ixtiyarınızdadır və ondan istifadə edib-etməmək sizin qərarınızdan asılıdır.

 

ŞƏRH YAZIN