Düşüncə Vərdişləri İnsanlara Necə Təsir Edir?

0
4407
Düşüncə Vərdişləri İnsanlara Necə Təsir Edir?

 Kökləri dərinlərdə yatan duyğularımız zamanla yaşadığımız duyğulardan daha çox məhdudlaşdırıcı bir xüsusiyyət daşıyan düşüncə vərdişlərinə, yəni meyllərə çevrilir. "Mənfi" ya da "müsbət", "optimist" ya da "pessimist" olmaq bir meyli göstərir. Heç şübhəsiz ki, optimist bir satış işçisi bənzər təcrübələrə və təhsil səviyyəsinə sahib pessimist bir satış işçisindən daha yaxşı performans göstərəcəkdir. Düşünürəm ki, bu reallığı hər kəs qəbul edər. Burada önəmli olan, pessimistliyə meylin necə dəyişdirilə biləcəyidir. Bu vəziyyət eynilə zehni vəziyyətimizlə olduğu kimi, bizim necə düşündüyümüzlə də əlaqədardır. Meylimizin dəyişməsi bacarıqlarımız ya da davranışlarımızda gözlə görülən bir dəyişiklik yaratmasa da, performansımızda əhəmiyyətli dərəcədə irəliləməyimizə sözsüz təsir edəcək. 

 
Optimist və pessimistlər üzərində edilən araşdırmalar da, onların məhsuldarlığı arasındakı fərqliliyin necə artdığını göstərmişdir. Birinci il 20%-lik satış fərqilə öndə olan optimistlər, növbəti il 50% önə keçmişdi. Başqa sözlə desək, müsbət meyl müvəffəqiyyətin yuxarıya doğru bir spiral şəklində artması ilə nəticələnmişdir. Pessimistlər isə, aşağıya doğru spiral şəklində bir eniş təcrübəsi yaşamışlar. Düşünmə tərzimiz də, eynilə davranış tərzimiz kimi vərdişə çevrilə bilər. Fərdlər və mədəniyyətlər olaraq bizi istiqamətləndirən meyllər doğru zehni proqramla dəyişdirə biləcəyimiz sadə düşüncə vərdişlərimizdədir. Lionel Tigerin "Optimizm" adlı kitabı qalıcı olan mədəniyyətlərin optimist inanc sisteminə sahib mədəniyyətlər olduğunu göstərir. Bu cür qruplar öz gələcəklərinin dəyəri, faydası və imkanlarına inam bəsləyir.

ŞƏRH YAZIN