Konsentrasiyanın Gücü

0
3591
Konsentrasiyanın Gücü

Əgər bu dəqiqə istəsəniz, depressiyaya girə bilməzsiniz? Elə gözəl girərsiniz ki! Keçmişinizdəki pis bir xatirəyə köklənməyiniz artıq bəs edər. Hamımızın keçmişində bir sıra pis xatirələr var, elə deyil? Ona yetəri qədər diqqət toplasanız, gözünüzdə canlandırar, onu düşünməyə başlasanız, çox keçmədən o hissləri yenidən yaşamağa da başlayarsınız. Çox bərbad bir filmə heç getmisiniz? O filmə yüzlərcə dəfə təkrar təkrar yenə gedərsiniz? Təbii ki, yox. Niyə? Çünki belə bir şey etmək sizə yaxşı duyğular qatmaz! O halda başınızın içindəki pis filmlərə niyə tez tez gedirsiniz? Niyə özünüzü ən sevmədiyiniz rollarda izləmək, baş rolu ən sevmədiyiniz qadın ya da kişi paylaşdığınızı görmək istəyəsiniz ki??? İş həyatınızdakı uğursuzluqları, karyera mövzusundakı səhv qərarlarınızı niyə təkrar təkrar yaşayasınız? Təbii ki, bu filmlər yalnız keçmişinizə aid də deyil. Hal-hazırda itirməkdə olduğunuzu düşündüyünüz bir şeyə də fokuslanıb özünüzü pis hiss edə bilərsiniz. Daha da yaxşısı, hələ olmamış bir şeyə fokuslanıb, özünüzü əvvəldən pis hiss edə bilərsiniz! Buna indi bəlkə gülərsiniz, amma nə təəssüf ki, bu da hamımızın gündəlik həyatımızda etdiyimiz bir şeydir.


Yaxşı, bu anda özünüzü çox böyük bir zövq və sevinc içində hiss etmək istəsəniz, edə bilərsinizmi? Çox sevincli olduğunuz bir zamanı xatırlayıb ona fokuslana bilərsinizmi? Bədəniniz necə hiss edirdi o anda, canlandıra bilərsinizmi? Detalları canlı hala gətirib, o duyğularla yeniden yaşaya bilərsinizmi? Təbii ki,edərsiniz. Ya da istəsəniz, həyatda bu anda sevindiyiniz, həvəs duyduğunuz şeylərə diqqət yetirərsiniz. Həyatınızın ən yaxşı nöqtəsi saydığınız şeylərə... Bəlkə də hələ olmamış şeylərə diqqət toplayar, onlarla əlaqədar olaraq özünüzü əvvəldən yaxşı hiss edə bilərsiniz!

Nəyə diqqət toplasanız, o bizə görə gerçək olar

İşin gerçəyi budur ki, dünyada dəqiq olan çox az şey vardır. Ümumiyyətlə fərqli durumlar qarşısında nə hiss etdiyimiz ya da müəyyən bir təcrübənin bizə görə anlamı, bizim nəyə fokuslandığımıza bağlıdır.

Diqqət deyilən şey bir gerçək deyil. Fikirlərdən biridir. Hadisəyə baxış formalarından yalnız biridir. Siz o görüşü, yəni diqqət gücümüzü bir kamera linzaları olaraq düşünün. Kameranın linzaları sizə yalnız bir şəkil göstərir. Hansı bucaqdan çəkirsinizsə, onu göstərir. 

Deyək ki, əlinizdə fotokamerayla bir partiyə getdiniz, bir küncə əyləşdiniz, aparatın obyektivini qarşınızda mübahisə edən bir qrupa çevirdiniz. O parti necə görünər o zaman? Dadsız, agressiv, kimsənin əylənməyib hər kəsin döyüş etdiyi bir yer kimi görünər, deyil mi? Həmçinin, hadisələri beynimizdə necə təmsil edərsək, o cür duyğular hiss edəcəyimizi də unutmayın. Yaxşı, ya o obyektivi salonun o biri ucuna, insanların gülüb zarafatlaşdığı, xoşca vaxt keçirdiyi tərəfə tutsanız nə olardı? Hər kəsin çox əyləndiyi, ləziz bir parti olardı!

Fotokameraların həqiqəti təhrif etdiyini, yaxından çəkilişlərin hər şeyi olduğundan böyük göstərdiyini də bilirik. Məharətlə istifadə edildiyi zaman fotokameralar bəzi gerçəkləri balacalaşdıra, bəzilərini də bulandıra bilər. Ralph Waldo Emersonın bir sözünə qulaq versək: 

"Hamımız başqalarını öz ürəyimizdə daşıdığımız şəkildə görərik."

Məna ümumiyyətlə, bir diqqət məsələsidir

Bir iş konfransı planlamısınızsa, biri vaxtında gəlməyibsə, bu mövzuda sizin duyğularınız nəyə fokuslanmısınızsa elə olar. Siz ağılınızdan o insanın gəlməmə səbəbini, məsuliyyətsizliyinəmi şərh edərsiniz, yoxsa konfransa vaxtında yetişməkdə çətinliklərlə qarşılaşdığınamı? Hansına fokuslansanız, duyğularınız qətiliklə elə təsirlənəcək. Bəs ona gərəksiz yerə hirslənsəniz, halbuki o, sizə təqdim edəcəyi iş təklifi üçün daha yaxşı qiymət almaqla çalışırsa? Unutmayın, nəyə diqqətinizi cəmləsəniz, duyğularınızı o idarə edəcəkdir. Bəlkə də tələsik qərarlar vermək doğru olmaz. İnsan nəyə fokuslanacağını çox diqqətlə seçməlidir.

Diqqətiniz həqiqəti yaxşı ya da pis olaraq mı qəbul etdiyinizi, özünüzü xoşbəxt yoxsa bədbəxt hiss etdiyinizi təyin edər. Konsentrasiyanın gücünü anlamaq üçün çox gözəl bir nümunə, yarış avtomobillərini izləməklə bağlıdır. Bir Formula yarışında avtomobil sürmək bəzən reaktiv helikopterlə uçmağı belə çox miskin göstərir! İnsan yarış avtomobilində mərkəzinin bir an belə nəticə mövzusundan azmasına icazə verə bilməz. Diqqətinizin harada olduğunuzla məhdudlaşmayacağı kimi, keçmişə də çaxılmaz, gələcəyin uzaq bir nöqtəsinə də çaxılmaz. Harada olduğunuzun son dərəcə fərqində olmağı sürdürürsünüz, amma bir tərəfdən də yaxın gələcəkdə nə olacağını gözləməyiniz lazımdır.

Bir problemlə qarşılaşanda hamımız; bizi qorxudan şeyə deyil, getmək istədiyimiz istiqamətə, yəni həll yollarına fokuslanmalıyıq. Ən çox nəyi düşünsəniz, o mövzuda təcrübə qazanarsınız.

Mərkəzi dəyişdirmək, qərar vermək və inanclarınızı dəyişdirmək bunların hamısı bir gecədə mi olur? Şübhəsiz ki, olmaz. Bunlar əzələ inkişaf etdirməyə bənzər. Əzələləriniz birdən-birə inkişaf etməz. Hamısı addım-addım olur. Lakin kiçik də olsa diqqət mərkəzinizi dəyişdirsəniz, həyat gerçəyinizin əhəmiyyətli nisbətdə dəyişəcəyinə əminəm.

Əsas, zehninizi nizama salmağınızın lazımlı olduğunu bilin. İdarədən çıxmış bir zehin sizə fərqli oyunlar oynayar. Onu istiqamətləndirdiyiniz zaman isə, ən yaxşı dostunuz olur.

ŞƏRH YAZIN