Sevmədiyiniz Xatirəni Film Musiqisi İlə Dəyişdirin!

0
1643
Sevmədiyiniz Xatirəni Film Musiqisi İlə Dəyişdirin!

 NLP-nin birinci fərziyyəsi bu idi: Xəritə bölgənin özü deyil. Bu fikir Polşalı riyaziyyatçı Alfred Korzibski tərəfindən irəli sürülmüşdür. Korzibski bir yol xəritəsinin sizə yolunuzu tapmağa, restoran menyusunun isə, sizə yemək seçimi üçün kömək olacağıni iddia edirdi. Ancaq hər ikisi də, gedəcəyiniz yoldan ya da masanıza gətirilən yeməkdən köklü fərqliliklər göstərir. 


Real həyatda bu qanunu hər gün insanlar avtomobilləri ilə işə gedərkən müşahidə edə bilərsiniz. Hər sürücü aylar ya da bəlkə də illər əvvəl şəhər xəritəsinə baxıb, bir neçə fərqli marşrutu sınamış və işdən evə, evdən işə getmək üçün ən yaxşı marşrutun hansı olduğuna qərar vermişdir. O zamandan bəri, bu sürücülərin çoxu hər gün eyni istiqamətdən yol alarlar. Halbuki, keçən zaman ərzində yeni əlavə və ara yollar əlavə olunmuşdur. Bir sürücü dayanıb, öz "zehni" xəritəsini yeniləmədiyi müddətcə, bu xəritə ilə bölgə arasında qaçılmaz fərqliliklər olacaqdır. Bunun, işçilərin sizin istifadə etdiyiniz yolda təmir bərpa işlərinə başlamasına qədər, bir əhəmiyyəti olmayacaqdır. Köhnə xəritələrə sahib sürücülər zehni yuxularından sıçrayaraq oyanıb, yalnız bir neçə marşrut sahib olduqlarını və mövcud alternativlər haqqında heç bir fikirləri olmadığını fərq edərkən yolda sıxlıq yaranacaqdır. Bu zaman daha yeni və daha əskiksiz bir xəritəyə sahib, daha çox istiqaməti və alternativi olan sürücülər çoxdan bir ara yola tapmış və yollarına davam etmiş olacaqlar.

Bu fərziyyənin əhəmiyyətini təqdir etməyin bir yolu da birbaşa sınamaqdır. Sıradakı tapşırığı etmək üçün bir neçə dəqiqənizi ayırın. Unutmayın ki, diqqətinizi nə qədər toplasanız, o qədər təsirli nəticələr alarsınız.

Hamımızın həyatda, daha sonralar o zamanlar sandığımız qədər "əhəmiyyətli bir şey" olmadığını düşündüyümüz xəyal qırıqlıqları olmuşdur. İnsanlar tez-tez "zamanla" dəyişdiklərini söyləyərlər amma onları dəyişdirən aradan keçən zamanın çoxluğu deyil. Dəyişən bir şey xatirələrini "necə" xatırladıqlarıdır.

Film Musiqisi tapşırığını tamamladığınız zaman, o təcrübənin zehni kodlanmasını, zehni xəritənizdə təmsil edilmə şəklini şüurlu bir şəkildə dəyişdirdiyiniz üçün dəyişiklik olacaq.

FİLM MUSİQİSİ

Bu tapşırıqla xoşlamadığınız bir xatirənizi necə dəyişdirəcəyinizi öyrənəcəksiniz. Bu texnika çox zaman az ilə orta sıxlıqdakı gündəlik problemlərdə işə yarayar.

1. Problemli vəziyyətin filmini izləyin: Hər gün qarşınıza çıxan bir problemi düşünərək başlayın. Məsələn, xəyal qırıqlığına uğradığınız ya da utandığınız, özünüzü çox yaxşı hiss etmədiyiniz bir zamanı xatırlayın. Keçmişinizdəki istənilən gerçək bir hadisəni seçin. Bu hadisəni düşünərkən hansı görüntülərin və səslərin ağılınıza gəldiyinə diqqət edin və bu hadisənin gözünüzün qarşısında bütün detallarıyla yaranmasının filmini izləyin. Film bitdiyi zaman özünüzü necə hiss etdiyinizə diqqət edin.

2. Bir fon musiqisi seçin: İndi izlədiyiniz filmin sizə hiss etdirdikləri ilə uyğunlaşmayan bir fon musiqisi seçin. Xatirəniz, çox güman ki, ciddi və cansıxıcıdır. Ona görə yüngül, şən bir musiqi seçin. Məsələn, sirk və ya cizgi film musiqisi kimi. Bəzi insanlar canlı bir rəqs musiqisini seçər, bəziləri opera parçalarını və s. seçərlər.

3. Filmi musiqi ilə birlikdə təkrar izləyin: Musiqini seçdikdən sonra filminizi təkrar izləməyə başlayın və bu sırada musiqini zehninizdə yüksək səslə ifa edin. Musiqi filmin başından sonuna qədər çalmağa davam etsin.

4. Nəticələri yoxlayın: İndi filmi lap əvvələ çevirin. Musiqisiz izləyin və indi verdiyiniz reaksiyaya diqqət edin. Duyğularınız dəyişdi? Bir çoxları üçün gülünc və komik bir hala çevrilmişdir. Bəzilərinin narahatedici duyğuları da böyük ölçüdə kiçilmiş və ya ən azından bulanıq olmuşdur. Əgər duyğularınız sizi hələ məmnun etmirsə, sizin üçün uyğun olanı tapana qədər filminizi dəyişik musiqilərlə izləyin.

Bu növ dəyişmə xəritənin bölgənin özü olmadığının dəlilidir. Az əvvəl zehni xəritələrinizdən birini dəyişdirdiniz, yenilədiniz və özünüzə alternativ marşrutları təqdim etdiniz. Bu tapşırıqdan əvvəl xatirənizin şəkli ya da qəlibi ciddi bir səhnə və cansıxıcı duyğular ehtiva edirdi. Ona uyğun olmayan film musiqisini əlavə etdiyiniz zaman, onun ilkin şəklini o qədər dəyişdirdiniz ki, duyğularınız da dəyişmək məcburiyyətində qaldı.

ŞƏRH YAZIN