Meta-Proqramlar Nədir???

0
2811
Meta-Proqramlar Nədir???

Hadisələrə sadəcə bir baxımdan deyil, bir çox baxımdan fərqli insanların gözüylə baxa bilmək faydalıdır. Meta-proqram kateqoriyaları fərqli baxış bucaqları, fərdi qəlibləri tanımaqda yol göstəricisidir.

Meta-proqramlar dünyadakı düşüncə və davranışlarımızın fərdi qəliblərdir. Ətrafımızda qəbul edə bilməyəcəyimiz qədər çoxlu məlumat var. Bu səbəbdən də, beynimiz yalnız şəxsi təcrübə yolu ilə uyğun olanları sistemə qəbul edə bilir. 

Məsələn, bir stəkan suyun yarısını için. Bəzi insanlar stəkanın yarıya qədər dolu olduğunu, bəziləri də yarıya qədər boş olduğunu söyləyəcəklər. Yəni, bəzi insanlar mütləq olaraq mövcud olanı, bəziləri də əskik olanı görər. Məsələyə hər iki şəkildə baxmağın da faydaları var. Lakin bir çox insan bu iki seçimdən birinə üstünlük verir.

Bir çox meta-proqram kateqoriyası vardır. Öz dilinizi və dünya görüşünüzü düşünməyə zaman ayırmağınız faydalı olar. Hər halda nələrisə etdiyiniz zaman üstünlük verdiyiniz şeylər var. Bir situasiyada bəlli bir şəkildə davrandığınız zaman, başqa situasiyada fərqli davrana bilərsiniz.

İnsanlara təsir etmək üçün hansı danışıq tərzindən istifadə etməyi düşündüyümüz zaman aşağıdakı kateqoriyalar xüsusilə keçərlidir. Eyni və ya oxşar dili istifadə etmək istəsəniz, onların meta-proqramlarına ayaq uydurmuş olacaqsınız.

Yaxınlaşan - Uzaqlaşan

Yaxınlaşan insanlar hədəflərinə uğurla yaxınlaşmaqdan təsirlənib motivasiya olarlar - "çatmaq, əldə etmək, sahib olmaq, qazanmaq, almaq"

Uzaqlaşan insanlar isə, problemləri həll edə bilməklə və ya problemlərdən yan keçə bilməklə motivasiya olarlar - "uzaq dayanmaq, uzaqlaşmaq, həll etmək, qarşısını almaq"
 
Proaktiv - Reaktiv

Proaktiv insanlar dərhal hərəkətə keçərlər. Hərəkətlə motivasiya olarlar - "sınaqdan keçir, etməyə çalış, cəhd et, indi edəcəyəm, gözləməyə nə gərək var?"

Reaktiv insanlar geri dayanıb anlamağa çalışırlar - "bir düşünək, düşün, etməliyəm görəsən, edə bilərəm, aydınlaşdırmaq lazımdır, analiz etmək lazımdır"
 
Daxilə baxan - Xaricə baxan

Daxilə baxan insanlar standartlarını özləri təyən edir və öz fikirlərinə görə qərar verirlər - "razıyam, yaxşı bir iş görəndə mütləq hiss edirəm, buna ancaq özün qərar verə bilərsən"

Xaricə baxan insanlar yaxşı edib etmədiklərini anlamaq üçün başqalarının fikirlərinə əsaslanırlar - "filankəs belə düşünür, birdən kimsə görsə, görəsəm müştərilərim məmnundur"
 
Ümumiyə baxan - Xüsusiyə baxan 

Ümumiyə baxan insanlar mənzərənin hamısını görməyi, ümumi bir baxışı, böyük informasiya kütlələrinə üstünlük verirlər - "Ümumiyyətlə, əsasən, əsl mövzu, məntiq, önəmli olan budur ki"

Xüsusiyə baxan insanlar incəlik və təfərrüata diqqət edir və addım-addım irəliləyirlər - "tam olaraq, əlbəttə ki, xüsusi olaraq, hansı ardıcıllıqla?"
 
Eynilik - Fərqlilik

Eyniliyə üstün verən insanlar oxşarlıqlara və ortaq mənfəətlərə köklənərlər - "təməli eynidir, ortaq nöqtəmiz budur, əvvəldən olduğu kimi, bildiyiniz kimi ".

Fərqliliyə üstünlük verənlər isə, dəyişiklik və yenilikləri vurğulayar və fərqli olanı seçib tapar - "yeni bir anlayışdır, yeni bir yanaşma, bənzərsiz bir məhsuldur, təkamül yaradacaq xüsusiyyətləri var"
 
Qərar alma - Hissləri işlətmək

Bəzi insanlar qərar alırlar, çünki bu şəkildə görməyi düzgün hesab edirlər - "göstər, aydınlıq gətir görək"
Bəzi insanlar qərar alırlar, çünki bu şəkildə eşitməyi düzgün hesab edirlər - "söylə, müzakirə edək, qulağa xoş gəlir, başqaları nə deyər?"
Bəzi insanlar qərar alırlar, çünki bu şəkildə hiss etməyi düzgün hesab edirlər - "özümü yaxşı hiss edirəm, məntiqli səslənir, elə hiss edirəm, necə olduğunu soruşma, belə hiss edirəm"
 

NLP təlimləri barədə ətraflı məlumatı aşağıdakı linkdən ala bilərsiniz :

www.cazibe.info/nlp-telimleri/-nlp-diplom-sertifikat-proqrami-4069/

ŞƏRH YAZIN