Milton Model Dil Qəlibləri

0
2525
Milton Model Dil Qəlibləri

NLP texnikaları arasında Milton model dil qəlibləri də əhəmiyyətli bir yerə malikdir. Milton model dil qəlibləri texnikası ilə bağlı NLP Practitioner təlimində əhatəli məlumat verilir. Adından da aydın olduğu kimi, bu dünyanın ən yaxşı hipnoterapisti sayılan Milton Eriksonun modelləşdirilməsi ilə yaradılmış bir dil qəlibi modelidir. İndi isə, qısa açıqlamasını verək.

Gizli Əmrlər
Bunlar daha geniş bir cümlə strukturu içində iştirak edən əmr və ya istiqamətləndirmə qəlibləridir.

Məsələn:
Rahatlamağa başlaya bilərsən. Qısa bir müddət sonra özünü daha yaxşı hiss edəcəksən.
 
Mənfi Əmrlər
Əsasən, mənfi şəkildə əmr vermək müsbət təlimata cavab verilməsini təmin edir. 

Məsələn:
Qarşınızdakı adama ''Çəhrayı filləri düşünmə.'' dediyiniz zaman insanın zehinində dərhal çəhrayı fillər canlanmağa başlayacaq. 
 
Gizli Suallar
Sualları daha geniş bir cümlə strukturunun içinə gizlətməkdir.

Məsələn:
''Bunun öhdəsindən necə gəldiyin mənə maraqlıdır. ''

''Açılışınızın nə vaxt olacağı mənə maraqlıdır.''

NLP texnikaları arasında təsirli bir dil qəlibi olan Milton model dil qəlibləri sadəcə bu nümunələrlə kifayətlənmir və daha əhatəli olaraq NLP təlimlərində məlumat verilir.
 
NLP təlimləri barədə ətraflı məlumatı aşağıdakı linkdən ala bilərsiniz :

ŞƏRH YAZIN