Nlp Və Vizioner Liderlik

0
2704
Nlp Və Vizioner Liderlik

 Özünüz özünüzün lideri olmağı bacardığınız, həyatınızın məsuliyyətini öz üzərinizə götürdüyünüz və başqalarını günahlandırmağı buraxdığınız zaman "uğurlu" bir insan olacaqsınız və bunu hər kəs görəcək, təqdir edəcəkdir. 

 Nə üçün bir Liderə ehtiyac var?
 
Çünki, o sizin üçün nəyin önəmli olduğunu görür. Bu ehtirasınızı başqaları ilə paylaşmağınızı təmin edir.. 

Liderlik həyatın təbii bir parçasıdır. Öyrənilə bilən bir bacarıqdır. Doğuşdan sahib olduğumuz sehrli bir dəyənək deyil, müasir iş dünyasının təməli olan bir bacarıqdır. 

NLP və Vizioner liderlik ilə bağlı səyahətiniz "öz liderlik üslubunuzu" inkişaf etdirməyinizlə başlayacaq. İdarəedici olmaqla yanaşı, ilhamverici də olacaqsınız. Yüksək performansınız və fərqli üslubunuzla iş dünyasında fərqlilik yaradacaqsınız. Təsir etməklə yanaşı, variantları da artıracaqsınız. Vizion və dəyərlərinizi başqaları ilə paylaşaraq onları motivasiya edəcəksiniz. Həm nüfuz sahibi, həm də "güvən verici" olacaqsınız. 

NLP sizə təbii bir güclülük duyğusu qazandıracaq və bu güclülük duyğusu xarici resurslardan deyil, daxilinizdən, kim və nə olduğunuzdan qaynaqlanacaq. 

Siz özünüz özünüzü Lider edə bilməzsiniz. Özünüzün yaratdığı lider asanlıqla şarlatanlığa və təlxəkliyə çevrilə bilər. Sizi yalnız başqaları bir Lider edər.

NLP ve Vizioner Liderlik mövzusu sizə həm özünüz özünüzün lideri olmağınızı təmin edəcək, həm də başqaları üçün liderlik edəcək "prinsipləri", "inancları" və "fəaliyyətləri" tanıdacaqdır. Sizə ehtiyacınız olan bacarıqları qazandıracaq proqramlar təqdim edəcəkdir. 
 
NLP sizə öz liderlik üslubunuzu necə yaradıb istifadə edə biləcəyinizi, paylaşılan bir vizionu, həmçinin insanlarda güvən duyğusunu necə yarada biləcəyinizi, strateji düşüncəni necə istifadə edə biləcəyinizi, dəyişməyə qarşı müqaviməti və irəliləməyə qarşı istəksizliyi necə həll edə biləcəyinizi göstərəcək.

ŞƏRH YAZIN