Müvəffəqiyyətin Önündəki Maneələr ...

0
2102
Müvəffəqiyyətin Önündəki Maneələr ...

 Bizim mükəmməl olmağımıza mane olan nədir? Milton H. Erikson son dövrlərdə olimpiadalara qatılan Amerikalı atıcılarla görüşü zamanı maraqlı bir çalışma etmişdir. Erikson atıcılara sadə bir sual soruşue:


"Hədəfinizi tam 12-dən vura bilərsinizmi?" Atıcıların hamısı "Bəli" cavabını verirlər. Eriksondan növbəti sual gəlir:

"Ard-arda iki dəfə hədəfi tam on ikidən vura bilərsinizmi?" Cavab yenə "Bəli" olur, lakin bu dəfə səslər daha ürkək çıxır.

Atış sayı üçə çıxarıldığı zaman, bəziləri "Xeyr" deyirlər. Atış sayı beşə çıxdığı zaman isə, əmin bir səs tonuyla verilən "Bəli" cavablarının sayı böyük nisbətdə aşağı düşür. Buradan da aydın görünür ki,  heç bir atıcı müvəffəqiyyətini bir neçə dəfədən daha çox təkrarlaya biləcəyinə inanmır. Öz sahələrində lider olan bu insanların bir şeyi bir dəfə edə biləcəklərinə inanarkən, eyni şeyi üst-üstə edə biləcəklərinə inamsızlıqları olduqca təəccüblü idi. Hədəfi vurduğu zaman qabiliyyətindən şübhə edən bir naşı atıcı da eyni inanc maneəsi ilə qarşılaşır. Təcrübəli atıcıların da eyni manə ilə qarşılaşması hər kəsi olduqca təəccübləndirir.. İki vəziyyətdə də, edə biləcəklərinə inamsızlıqları performanslarını məhdudlaşdırırdı.

Halbuki, bir şeyi bir dəfə edə bilsəniz, fiziki olaraq bu nəticəyə dəfələrlə çata bilərsiniz deməkdir. Bu səbəbdən, nəticə ağla uyğun bir şəkildə küləyə, rəqibin təhriklərinə ya da əlinizdəki alətə (silah, raket, golf çubuğu, və s.) bağlanmırsa, o zamana problem mütləq sizin beyninizdədir. Sizin necə düşündüyünüzlə, nəyə inandığınızla əlaqədardır. Hər əhəmiyyətli tapşırığın təsdiqlədiyi də budur. Dünya çempionu bir dünya çempionu kimi düşünür. Piano virtuozu bir virtuoz kimi düşünür. "Fərqi yaradan fərq" zehində yatar.

Olimpiadalara qatılan atıcıların müvəffəqiyyətli bir atışı təkrarlama mövzusunda öz qabiliyyətlərinə inanmamaları bizi onları günahlandırmağa vadar edə bilər. Halbuki, hamımız hər hansı bir sahədə özümüzü məhdudlaşdırmağın məsuliyyətini daşıyarıq. Hər birimiz keçmişdə ustalıqla davrandığımız, işlərin yolunda getdiyi və müvəffəqiyyətsizliyə uğramadığımız vəziyyətləri düşünə bilərik. Başqa sözlə desək, hamımızın durnanı gözündən vurduğumuz hallar olmuşdur. Usta atıcılar kimi, biz də göstərdiyimiz bu performansı təkrarlaya biləcəyimizə inanmarıq. NLP texnikaları onsuz da edə bildiyiniz şeyləri daha tutarlı bir şəkildə edə bilməyinizi və müvəffəqiyyətli düşünmə strategiyalarını həyatın başqa sahələrinə də köçürə bilməyinizi təmin edər.

ŞƏRH YAZIN