Nlp - Mükəmməlliyə Gedən Yolun Xəritəsi!

0
2025
Nlp - Mükəmməlliyə Gedən Yolun Xəritəsi!

 NLP fövqəladə qabiliyyətləri araşdırır. Mövzusu insani davranışları bərabər formalaşdıran şüurlu və şüuraltı proseslərdir. İnsanların davranışları ilə bu davranışların şərhləri çox az üst-üstə düşdüyünə görə, NLP araşdırmalarında sözlərə çox əhəmiyyət verilmir. Müxtəlif sahələrdə üstün müvəffəqiyyət sərgiləmiş insanlara müvəffəqiyyətlərinin qaynağı soruşulduğu zaman alınacaq cavabın reallıqla əlaqəsi olmaya bilər. Müvəffəqiyyətin açarı çox zaman şüuraltında gizlidir. NLP vasitəsilə şüur ​​səviyyəsinə çıxarılan məlumatlar NLP-nin sehri deyə adlandırılır. Halbuki bu sehir deyil, fərq yaradan maddəni tapma bacarığıdır. NLP gizli parçaları tapma üsullarıyla "üstün müvəffəqiyyət"i həll edər, yenidən təkrarlanılmasına imkan verər. NLP-ni ənənəvi təhsil proqramlarından fərqləndirən xüsusiyyəti də bax budur.

Etdiyiniz, lakin necə etdiyinizi anlamadığınız davranışlarınız mütləq olmuşdur.

Məsələn:

• Qarşınızdakının nə söyləyəcəyini təxmin etdiyiniz, ona yaxınlıq hiss etdiyiniz uyğun bir ünsiyyət prosesində necə bir yol izləyərdiniz?

• Bəzi hallarda özünüzü itirib duyğularınızın əsiri olarkən, bəzi hallarda soyuqqanlığınızı necə qoruya bilirsiniz?

• Hər şey sizə qarşı kimi görünsə də, özünüzə etibarınızın tam olduğu vəziyyətlərdə sakit olmağı necə bacarırsınız?

Bu cür sualları cavanlandırıb davranışlarınızı araşdırdığınız zaman duyğu, düşüncə və davranış variantlarınız artacaq, öz gələcəyinizin memarı ola biləcəksiniz.

NLP Neyro Linqvistik Proqramlaşdırma anlayışının qısaldılmış formasıdır.

Neyro - Görmə, eşitmə, dad və qoxu bilmə, toxunma duyğularınızı istifadə edərək, xarici dünya ilə bağlı təcrübələrinizi şüurlu ya da şüuraltı düşüncələrə çevirən neyroloji proseslərlə əlaqədardır. Bədəninizin və zehninizin bir bütün olaraq işlədiyini vurğulayır. NLP-nin ən çox üzərində dayandığı mövzu neyroloji proseslərin səmərəliliyinin artırmaq və onu idarə edə bilmə bacarığı qazanmaqdır.

Linqvistik - Dil təcrübənizə məna qazandırmaq və bu təcrübələri özünüzə ya da başqalarına çatdırmaq üçün istifadə edilir. Dili istifadə etmə formanız şəxsiyyətinizin və düşüncə formanızın xaricə əks olunmasıdır.

Proqramlaşdırma - Təcrübələri araşdıraraq meydana gəlmə pillələrini təyin etmək, hədəfə çatmaq üçün onları yenidən tənzimləməkdir. Əldə etdiyiniz nəticələr və onların siz və başqaları üzərindəki təsirləri fərdi proqramlarınızın məhsuludur. Hər davranış bir sıra düşüncə və münasibət nəticəsində yaranır. Bu davranışları kodlayıb, onların alt quruluşlarını tanımağınız mümkündür.

NLP-nin yaradıcıları olan Con Qrinder və Riçard Bendlerin bir dağ daxmasına çəkilib işlərini necə adlandıracaqlarını uzun uzun düşündükləri deyilir. Qrinder bir dilçi, Bendler də kompüter proqramçısı və riyaziyyatçı idi.

Onlar birlikdə insan zəkasını araşdırarkən hər ikisinin də maraq sahəsini əhatə edən NLP anlayışı yarandı. NLP-nin irəli sürdüyü bir çox düşüncə daha əvvəllər müzakirə olunmuş, bu iki araşdırmaçı tərəfindən yığılmış və NLP başlığı altında toplanmışdır. Onların düşünmə şəkilləri və dili istifadə formalarıyla bağlı xüsusi fikirləri də əlavə olunaraq mükəmməlliyə gedən yolun xəritəsi çəkilmişdir.

ŞƏRH YAZIN