Nlp: Həyatın Nəzarətini Üzərinə Götürmək ...

0
2130
Nlp: Həyatın Nəzarətini Üzərinə Götürmək ...

 Özümüzü ya vəziyyətlərin qurbanı olaraq görər ya da həyatlarımızı necə nəzarət edəcəyimizi öyrənərik - Seçim bizimdir. Həyat kitabı bizə xəyallarımızı aydınlaşdırma imkanı təqdim edir və sonra onları canlı tutmaq üçün izləyəcəyimiz yolu göstərir.


HƏYAT KİTABI:

Özünü rahatlat ... Rahatlamağına köməkçi olması üçün bir neçə dəfə dərindən nəfəs al. Başının təpəsindən, addım-addım, ayaq barmaqlarının ucuna qədər gərginliyin yox olduğunu hiss edərsən...

Zamanda və həqiqətdə dərinlərə doğru gedərkən ətrafındakı hər şey nəfəsini dərər... Və həqiqət qapısından keçərək xəyali zamana çatarsan.

Bu gün sənin üçün çox xüsusi bir gündür... Çünki bu gün sənə gələcəyinə baxma fürsəti verilir; bir çox insana heç verilməyən bir fürsət, buna görə onu qaçırma!

Bir dağın ətəklərində dayanmısan. Səni zirvəyə istiqamətləndirən dolambaclı bir yol tam qarşınızda uzanır.

Hava isti və nəmlidir, yoxuş da dik ... amma sən qərarlısan və geri çəkinilməyi qəbul etmirsən.

Sonunda zirvəyə çatdığın zaman qarşına gün işığında par-par parıldayan kristal bir saray çıxır.

İndi nəfəs dərmək və qarşında duran sarayı heyranlıqla izləmək üçün ehtiyacın olan bütün zamana bərabər bir dəqiqən var.

İndi saraya daxil olma zamanı gəldi. Qapıdan keçərək içəriyə girirsən.

Labirint kimi koridorlardan keçərək əsas qalanın altındakı mərkəzə çatırsan.

Yüksəkdə duran qurbangaha üç pilləkənlə çıxılır. Orada böyük açıq bir kitab, tükdən qələm və bir şüşə mürəkkəb dayanır.

Səhifənin sol üst küncündə adının qızıl hərflərlə yazılmış olduğunu görürsən və altında həyatının gələcək beş ilin proqnozları var.

Nələr yazıldığını oxumaq üçün ehtiyacın olan bütün zamana bərabər bir dəqiqə zamanın var.

Qurbangahın üzərində nə üçün tükdən qələm və mürəkkəb dayanır?

Çünki, bu təxminlərə bir cümlə daha əlavə etmək haqqın var: arzuladığın və reallaşmasını ümid etdiyin bir şey.

Səhifəyə xəyalını əlavə etmək üçün bir dəqiqə zamanın var.

Bu xəyalı hər zaman həyata keçirmə gücünün olduğunu xatırla. Tək ehtiyacın olan inancdır.

Və indi geriyə dönmə zamanı gəlir. Təkrar dəhliz labirintlərindən dik yola ... və başladığın yerə geri dönürsən.

Evə xoş gəldin!

ŞƏRH YAZIN