Qərarlar, Qərarlar!

0
1859
Qərarlar, Qərarlar!

 Hamımız bilirik ki, bəzi insanlar üstünlükləri ilə doğulurlar. Güzəştli şərtlərdə bir zəngin uşağı olaraq dünyaya gəlirlər. Allah onlara güclü və sağlam bir bədən vermişdir. Xəyal edə biləcəyiniz hər baxımdan diqqət görürlər və heç vaxt heç bir şeyin əskikliyini hiss etməzlər. Yenə hamımız bilirik ki, bunların bir çoxu sonunda kökəlməyə başlayır, xəyal qırıqlığına uğrayırlar ya da onlarda dərman asılılığı yaranır.

Eyni şəkildə; həyatlarında nələr edəcəklərinə bağlı davamlı olaraq yeni qərarlar verərək, şərtlərinin çox kənarında hadisələri reallaşdıraraq bütün iddiaları alt-üst edən insanlarla qarşılaşırıq, yazılanları oxuyuruq ya da eşidirik. Onlar insan ruhunun sərhədsiz gücə sahib olduğunu göstərən nümunələrdir.

Bu təəccüblü kəslər bizi təəccübləndirməyi necə bacarırlar? Hər kəs bəzi anlarda yetəri qədər sahib olmağa qərar verir. Hər kəs ən yaxşının xaricində hər hansı bir şeyi qəbul etməməyə qərar veriri. Həyatlarını dəyişdirmək üçün həqiqi bir qərar verirlər.

Həqiqi bir qərarla nə demək istəyirəm? Bir çox insan "Hmmm, həqiqətən bir az kilo verməliyəm. Bir az daha çox pul qazanmalıyım. Daha yaxşı bir iş tapa bilmək üçün bir şeylər etməliyəm. İçkini atmalıyam." kimi şeylər söyləyər. Öz özünüzə "malı, məli" ifadələrini təkrar təkrar söyləyərsiniz, lakin bu heç bir şeyi dəyişdirməz!

Həyatınızı dəyişdirmənin tək yolu həqiqi bir qərar verməkdir. Həqiqi qərar - reallaşdırmağa qərar verdiyiniz məsələnin xaricindəki bütün ehtimalları kəsib atmaqdır.

Qərar vermək bu qədər sadə və güclüdürsə, nə üçün daha çox insan daha tez gerçək qərar vermir? Çünki onlar həqiqi qərarın nə olduğunu bilmirlər. Qərarı bir istəklər, diləklər siyahısı kimi görürlər; "Siqareti buraxmaq istəyirəm" ya da "Kaş ki, içkini buraxsam" kimi. Bir çoxumuz çox uzun müddətdir qərar vermədiyimiz üçün onun necə bir hissə bənzədiyini unutduq!

Həqiqi bir qərar verdiyiniz zaman yazını quma deyil betona yazarsınız. Tam olaraq nə istədiyinizi bilirsiniz. 

Əhəmiyyətli çətinliklərin öhdəsindən gələrək həyatlarını dəyişdirən kəslər, hər gün üç cür güclü qərar verirlər:

1. Nəyə diqqət kökləyəcəklər?

2. Nə anlama gəlir?

3. Nə ediləcək?

Mənim ən çox sevdiyim nümunələrdən biri də Ed Robertsin hekayəsidir. O, görünən məhdudlaşdırmaların kənarında hərəkətə keçmə qərarıilə, təkərli kürsüyə bağlı sıradan bir insanı fövqəladə bir şəxsiyyətə çevirmişdir. 14 yaşından bəri belindən aşağısı iflicdir. Mümkün olduğu qədər normal yaşaması üçün, hər gün nəfəs alma vasitəsini istifadə edərək böyük çətinliklərlə mübarizə mövzusunda ustalaşmışdır. Bir çox dəfə ölümlə burun-buruna gəlmişdir. Əlbəttə hər kəs kimi o da ağrısı üzərinə köklənməyə qərar verə bilərdi, lakin o bunun yerinə başqaları üçün bir fərq yaratmağı seçir.

Yaxşı o nələri bacardı? Son on beş ildə dünyaya qarşı mübarizə qərarı ilə, əlillərin həyat keyfiyyətində çox yaxşılaşmalarla nəticələndi. Ed Roberts xalqın gözünü açdı və təkərli kürsülər üçün rampalardan xüsusi parking yerlərinə qədər müvəffəqiyyətlə nəticələnən bir çox cəhdi başlatdı. Kaliforniya Universitetindən məzun olan ilk hər iki qol və qıçı iflic olan adamdır və sonunda yenə əlillər üçün öncəlik olan bir mövqeyin, Kaliforniya Əyaləti Reabilitasiya Departamentinin rəhbəri mövqeyinə sahib oldu.

Daha açıq desək, bu insan eyni durumda olanların böyük əksəriyyətindən çox fərqli bir nöqtə üzərində sıxlaşmağı seçmişdir. O, necə bir fərq yarada biləcəyi üzərində cəmlənmişdir. Fiziki çətinliklər onun üçün mübarizə mənasını daşımaqdadır. O, öz vəziyyətindəki insanların daha rahat olmaları üçün edə biləcəyi hər şeyi etməyə qərar vermişdir. Özünü tamamilə fiziki əlillərin həyat keyfiyyətini artırmaq üçün, onların ətraf şərtlərinin inkişaf etdirilməsinə həsr etmişdir.

Ed Roberts haradan başladığınızın deyil, nəticədə harada olduğunuzun, verdiyiniz qərarların nəyi təyin etdiyinin güclü nümunələrindən biridir. Hərəkətlərinin mənbəyi; tək, güclü və fədakar bir qərar anıdır. Həqiqətən qərar versəniz həyatınızda nələr edə bilərsiniz?

Bu səbəblə İndi Qərar Verin!

Həyatımızdakı inkişafların hamısı yeni bir qərarla başlayır. Bu səbəblə həyatınızın daha yaxşı olması üçün nələri etməyiniz və nələri buraxmağınız lazımdır? Bəlkə bu siqaret ya da içki içmə yerinə, yüngül qaçış ya da oxuma qərarı ola bilər. Ya da günə daha erkən və daha yaxşı bir tərzdə başlamaq ola bilər. Artıq heç kimsəni günahlandırmadan, hər gün həyatınızı daha yaxşıya götürəcək yeni tədbirlər tapmaq ola bilər. Hər kəsdən daha fərqli olmağın bir yolunu taparaq yeni bir işə girmək ola bilər. Ailənizə və yoldaşlarınıza daha çox vermək və ya çox qazanmaq üçün bir ustalığı öyrənməyə ya da inkişaf etdirməyə də qərar verə bilərsiniz.

Hal-hazırda nə olursa olsun, tətbiq edəcəyiniz iki qərar verin. Birincisi, özünüzə və digər insanlara qarşı yerinə yetirə biləcəyiniz sadə bir qərar olsun. Bu qərarı verib tətbiq etsəniz, öz özünüzə daha böyük qərarlar verə biləcəyinizi isbat etmiş olarsınız. "Qərar vermə əzələlərinizi" qüvvətləndirməyə başlarsınız!

İndi də, daha çox fədakarlıq gərəkdirdiyini bildiyiniz ikinci bir qərar verin. Bu sizi həvəsləndirməlidir. Bu iki qərarı zehninizdəki yaş betona yazın, onları ailənizə, dostlarınıza izah edin və onları tətbiq etməyin qürurundan zövq alın!

Həqiqi bir qərar verib vermədiyiniz, bacarığınıza bağlıdır.

ŞƏRH YAZIN