Resurslarımız: Müsbət Əhval Ruhiyyəmiz ...

0
2536
Resurslarımız: Müsbət Əhval Ruhiyyəmiz ...

 Resurslar etmək ya da olmaq istədiyimiz şeylərdə bizə kömək olan rəftarlar, bacarıqlar, duyğular və məlumatlardır. Fərqində olsaq da, olmasaq da bunlar hər birimizin daxilində olan imkanlar və potensiallardır.

Aşağıdakı "Müsbət Əhval-ruhiyyə" siyahısını gözdən keçirin.

Yaradıcı, daimi, məhsuldar, səbirli, qoçaq, romantik, hissiyatlı, sərbəst, əyləncəli, müdrik, məmnun, diqqətli, cazibədar, elastik, təbbi, sağlam, maraqlı, dost canlısı, dinc, məsuliyyətli, sakin, comərd, enerjili, dəqiq, anlayışlı, etibarlı, öyrənməyə meyilli, qərarlı, həssas, şən, zarafatcıl, optimist, yaxşı, dinləyivi, ağıllı, səmimi, güclü, özünəinamlı, mehriban, şirin dilli, dürüst, həyəcanlı, gülərüzlü, mərd, nəzakətli, hörmətli, professional, xarizmatik, çalışqan, açıq sözlü, qərarlı, şərəfli, sözünün əri, xeyirxah, insancıl, ümidli, usta, qonaqpərvər, müasir, mədəni, gözütox, inadkar, tutduğunu qoparan, söhbətcil, fədakar, şirin, şəfqətli, təşəbbüskar, sadə, ciddi, idealist, adil, mübarizəçi, əzmli, zövqlü, qiymətbilən, balanslı, zərif, təvazökar, sadiq, mərhəmətli, sadiq .....

Bir şeyi ifadə etdiyiniz zaman ona sahib olarsınız. Daxilinizdə olan resurları təyin edərək aydınlığa çıxarmağınız və ehtiyacınız olan resurslara onsuz da sahib olduğunuzu fərq etməyiniz üçün aşağıdakı tapşırığı edin:

1. Asanlıqla edə bildiyiniz bir şey düşünün.

2. Özünüzü hörmət duyduğunuz başqa birinin yerinə qoyun. Fiziki vəziyyətinizi dəyişdirin; bir başqa stula keçib özünüzə baxın.

3. Asanlıqla bacardığınız şeyə bir başqasının gözündən baxın və onu necə qavradığına qulaq verin.

4. Etdiyiniz işin asanlıqla öhdəsindən gəlməyinizi təmin edən bu resursu o insanın tapıb təyin etməsinə icazə verin.

5. Əvvəlki yerinizə dönüb təkrar özünüz olun.

Resurslarınızı müəyyən etdiyiniz zaman ona sahib olarsınız!

- Resurslarınızı bir siyahıya alın.

- Dost-tanışlarınıza sizdə hansı resursları gördüklərini soruşun.

- Bu resurslardan hansını siz də bəyənir, təqdir edirsiniz? Bunları siyahınıza əlavə edin.

- Siyahını bir həftə boyunca gündə ən az bir dəfə nəzərdən keçirin. Əlavə etməyə davam edin.

Unutmayın, insanlar ehtiyac duyduqları resurslara onsuz da sahibdirlər. Onları istədiyiniz hər hansı bir düşüncəni, duyğunu ya da bacarığı meydana gətirməkdə istifadə edə bilər və sonra da bu düşüncə, duyğu və bacarıqları həyatınızda ən çox ehtiyac duyduğunuz ya da istədiyiniz yerlərə yerləşdirə bilərsiniz.

ŞƏRH YAZIN