Sevən İnsan

0
6474
Sevən İnsan

Sevgi mövzusu sarmaşıq qədər dolaşıq və olduqca qarışıq bir mövzudur. Onu qarışıq edən odur ki, hərə bir cür sevir. Hərənin sevgiyə qarşı münasibəti, sevgisinin azlığl və yaxud çoxluğu, sevgisini ətrafa necə göstərməyi fərqli olur. Bu qədər fərqli cəhətlər varkən bəs niyə hər kəs sevilmək istəyir? Çünki çox güclü ortaq nöqtələri var. Onun adı sevgidir. Mənə görə sevgi bir xətt üstündə deyil. Hər sevginin ayri bir yolu var. Bu eyni yerdən uçan təyyarələrin bəzən tam əks istiqamətə getməsi kimidir. 

 
Yəni Allaha, valideynlərə, həyat yoldaşına, dostlarına, qardaşa, bacıya və s. olan sevgi tamamilə fərqli və muqayisə olunmazdır. Kimliklərə görə sevgi fərqli olduğu kimi, eyni şəkildə kimliklərə görə münasibətlər də fərqli olur. Gördüyümüz hər işə sevgi qatsaq sanki bütün bağlı qapıların ilk şifrəsini tapmış olarıq. Yəni sevgi həmdə ən böyük resurslarımızdan biridir.  Sevdiyimiz işi görmək, sevdiyimiz yeməyi yemək, sevdiyimiz mahnıya qulaq asmaq, sevdiyimiz insanların yanında olmaq bir sözlə içində sevgi olan hər şey bizi dahada xoşbəxt edəcək. Təbii ki çox sevdikdə qısqanclıq duyğusuda özünü göstərir. 
 
Qısqanclıq sözü ilk baxışdan neqativ təəssurat bağışlasada, əslində qısqanclıq sevgi əlamətidir. Qısqanclıq əlində olanı itirmə qorxusudur. Yəni beyin təhlükəni hiss edir və insan müqavimətə keçir. Günümüzdə bəzi cütlüklərin əsas problemləri məhz qısqanclıqdı. Qısqanan tərəfdən problemin nə olduğunu soruşanda cavabı "ona görə qısqanıram ki, sevirəm" olur. Eyni şəkildə qısqanılan tərəfdən soruşduqda cavabı "sevən belə eləməz axı" deyə olur. Yaxşı onda problem nədir? Problem sevdiyini göstərmək yerinə qısqandığını göstərməkdir. Yəni beyin qarşındakını "sevən insan" kimi yox "qısqanan insan" kimi görməyə başlayır. 
 
Bunu belə bir sxemlə göstərmək istəyirəm. 
Sevən İnsan:
Sevgi > Qısqanclıq 
Qısqanan insan:
Qısqanclıq > Sevgi. 
İnsanlar həmişə qısqanılmağı sevər amma sevilməyi daha çox sevər.
 
Sevdiyini göstərməyin xüsusi bir metodu  yoxdur. Sadecə sevdiyimiz insana qarşı bütün sirrini rahat verə biləceyi bir dost kimi davranmaq, Heç yıxılmayan bir dayaq olduğunu hiss etdirmək, bəzən ona nağıllar danışa bilən bir böyük olmaq sevdiyini göstərmək üçün yetərlidir. Dostlar sevdiyiniz insana sevdiyinizi deməkdən, onunla dost olmaqdan, onunla bir sevinib bir pis olmaqdan, ona mahnı oxumaqdan, nağıllar danışmaqdan, hədiyyələr verməkdən bir sözlə sevdiyinizi göstərməkdən heç vaxt çəkinmıyin. Burada utanılası və ayıb bir şey yoxdur. Ayıb olan dünyanın bizə verdiyi sevgini dünyaya geri verməməkdir. 
 
 
Ülvi Əlimərdanov 
NLP Master
 

ŞƏRH YAZIN