Nlp İlə Uğurun 4 Pilləsi ...

0
2433
Nlp İlə Uğurun 4 Pilləsi ...

 İstədiyiniz şeyi əldə etməyin dörd təməl pilləsi var. Bunlar sadə, ancaq dərin bir anlayışa malikdir. Bunlar insan müvəffəqiyyətinin və NLP-nin təməlləridir. İstəklərinizi reallaşdırmağı ürəkdən istəyirsinizsə, həyatınızı daha yaxşı hala gətirməyə yarayacaq əhəmiyyətli dəyişikliklər etmək üçün bu pillələr sizə yetərli olacaq. Bu pillələr istədiyinizi əldə etmə yolunda lazımlı olan bütün texnikaları sizə təmin edəcək. 


1. Nə istədiyinizi bilmək

NLP nəticələri bilməkdən, yəni çatmağı istədiyiniz nəticələrdən bəhs edir. Müvəffəqiyyətli bir insan nə istədiyini bilir. Müvəffəqiyyətli insanı başqalarından fərqləndirən xüsusiyyət də budur. Əgər xüsusilə, həvəsli ya da hədəfə mərkəzli bir insan deyilsinizsə, hədəflərinizi müəyyən bir tərzdə ifadə etmək sizə təbii görünməyə bilər. Yenə də hər hansı bir nöqtədən başlaya bilərsiniz. Hamımızın bəzi diləkləri və xəyalları vardır. Bunlar son nöqtədə, ailəmizə, dostlarımıza və ya içində yer aldığımız daha geniş birliklərə də təsir edər. Dəyişdirmək istədiyiniz vərdişlər, başqalarında heyranlıqla izləyib, sizdə də olmasını istədiyiniz qabiliyyət və bacarıqlar ola bilər. Bütün bunlar NLP-nin "nəticə"lər dediyi şeylə ifadə edilə bilər və sizin "məqsədlərinə çatan bir insan" olmağınızı təmin edər. Bax bu nöqtə, başlanğıc üçün olduqca yaxşı bir yerdir. 

2. Hərəkətə keçmək

Sizi məqsədinizə doğru apardığını düşündüyünüz şeyləri edin. Müvəffəqiyyətli insanların təməl xüsusiyyəti, başqa insanların sadəcə danışdığı ya da xəyalını qurduğu şeyləri etməyə başlamaqlarıdır. Təbii ki, etdiyiniz şey hər zaman nəticə verməyə biləcəyi üçün, bir risklə qarşılaşa bilərsiniz. Ancaq hərəkətə keçmədən əvvəl bunu əsla bilə bilməzsiniz. 

3. Fərqinə varmaq

Bu pillə "duyğusal itilik" tələb edir. Bunun üçün, davranışlarınızın nəticəsində reallaşan şeyləri doğru şəkildə müşahidə edə bilmə bacarığına ehtiyacınız vardır. Hərəkətləriniz sizi çatmaq istədiyiniz nəticəyə yaxınlaşdırır yoxsa yaxınlaşdırmır? Eyni zamanda, doğru yerdə olub olmadığınızı göstərən işarələri, yəni siqnalları tanıma bacarığına da ehtiyacınız olacaq. 

4. Elastiklik

Duyğusal məlumatlarınıza əsaslanaraq başqa bir yol sınamağa daim hazır olmalısınız. Əgər ilk mərhələdə bacarmamısınızsa, fərqli bir şey edin! Bəzən bu, yaradıcı düşüncəyə sahib olmağınızı tələb edir. Məhz, elastiklik kimi.

Bu dörd pillə o qədər sadədir ki, insanların onlara əhəmiyyət verməyib, daha mürəkkəb və daha çətin şeylər axtarma təhlükəsi var. Ən çox qarşılanan səhvlərdən biri də, mərhələlərdən birini ötürmək, yəni yerinə yetirməməkdir. Həyatlarında qiymətli şeylər etmiş insanları izləməyə zaman ayırsanız, əldə edilən hər müvəffəqiyyətin arxasında bu əhəmiyyətli pillələri ehtiva edən modelin olduğunu görərsiniz. Bu sadə mərhələlər bəzən zaman tələb edir, ən azından başlanğıcda. Qiymətli bir şey əldə etmək üçün hər zaman ödənməsi lazım olan bir bədəl var. Etdiyiniz investisiyalar sizə qazanc olaraq çox uzun bir müddət sonra dönə bilər. Ancaq bu müddət ərzində, başqa səy tələb edən fəaliyyətlər və zövq alacağınız şeylərlə də qarşılaşa bilərsiniz.

ŞƏRH YAZIN