Zəhərli İlanlar

0
9051
Zəhərli İlanlar

 Hər birimizin düşünərkən hansı təmsil sistemini istifadə edəcəyimizə dair bir seçimimiz var. Bəziləri, səslərdən çox obrazlar və şəkillərə daha yaxındır. Məsələn, sizdən kitab oxuyarkən necə bir təcrübə yaşadığınızı müəyyən etməyinizi istəsəm, bəziləriniz görə bildiyiniz şeylərdən, bəziləriniz səslərdən, bəziləriniz də duyğulardan danışmağa başlayarsınız. Yaxşı, siz təsvir edərkən hansı təmsil sistemindən istifadə etmisiniz? 


Kinestetik insanlar fiziki duyğularının daha çox fərqindədirlər, prospektdən gələn tıxacın səs-küyünü və ya səhifəyə düşən günəş işığını təsvir etməkdən daha çox, üzərində oturduqları kürsünün onlara verdiyi duyğunu təsvir etməyə daha yaxındırlar. Hamımız müəyyən sözlər və deyimlər istifadə edərək hansını seçim etdiyimizi göstərən bəzi ipucları istifadə edərik.

Məsələn, "Gözlərimin qarşısında sanki bir şəkil canlandı" ya da "Gözümdə canlandıra bilirəm" demək vizual seçimə işarə edər. 

"Nə söylədiyini sanki eşidirəm" ya da "Bu qulağa yaxşı səslənir" kimi ifadələr audial seçimə işarədir. 

"Doğru olduğunu hiss edirəm" ya da "Bu fikri daha yaxşı qavraya bilirəm" kimi ifadələr isə, daha çox kinestetik seçimə sahib insanlardan eşitdiyimiz sözlərdir.
 
Bu düşünmə seçimləri xarici dünyayla əlaqə qurub onu qavrayarkən istifadə üçün əvvəlcə hansı təmsil sistemini tərcih etdiyimizi göstərir. Bəzi insanlar üzləri (vizual), bəziləri eşitdikləri adları (əsasən, səsli bir şəkildə eşitdikləri üçün) asanlıqla xatırlaya bilir. Bəzi insanlar bir problem üzərində düşünərkən bunu sözlərlə ifadə etmək yerinə, simvollar ya da diaqramları istifadə etməkdən zövq alarlar. Bəziləri bir problemi leyhinə və əleyhinə olan şeyləri kağıza köçürərək və yazdıqlarını da daxildən "hiss edərək" müzakirə etməyi sevərlər. Bəziləri vizual yolu istifadə edərək yaxşı bir müşahidəçidir, bəziləri də yaxşı bir dinləyici. Bəziləri isə, gizli duyğuları hiss edər və insanlara "toxunaraq" bədən dillərini çox yaxşı istifadə edə bilərlər.
 
Məsələn, bir şey satın almağa hazırlaşdığımız zaman bəzilərimiz dinləyərək razı olarıq, bəzilərimiz görməyi seçərik, bəzilərimiz də məhsula toxunana qədər razı olmarıq. Əslində hamımız bütün duyğularımızı müəyyən ölçülərdə istifadə edirik amma əsasən, bir seçimimiz var.

Bütün bunları daha əvvəl heç düşünməyə bilərsiniz. Yuxarıda qeyd olunan tapşırığı həll edərək, asanlıqla hansı təmsil sistemindən daha çox istifadə etdiyinizi müəyyən edə bilərsiniz. Əslində, zehnimiz bunu düşünə bilməyəcək qədər çox məşğuldur! Bacarıqla yerinə yetirdiyimiz şeylərdə belə, prosesin şüurunda olmadan düşünürük. Bu səbəbdən, başqalarının necə düşündüyünü bilməməyimiz və onların da bizim kimi düşündüklərini sanmağımız yəni, eyni faktlar və müzakirələr qarşısında əvvəl-axır bizim kimi hərəkət edəcəklərini fərz etməyimiz təəccüblü deyil. Amma əslində, vəziyyət belə deyil. Hər birimizin öz həqiqət xəritəsi var. Fərqliliyimizi yaradan amillərdən biri də necə düşünməyi seçim etdiyimizdə yəni, daxili olaraq hansı hissləri (təmsil sistemini) istifadə etməyi tərcih etdiyimizdə gizlidir.

 

ŞƏRH YAZIN