Sizi Uğura Aparan Ünsiyyət!

0
4042
Sizi Uğura Aparan Ünsiyyət!

 Ünsiyyət bir idarəçinin fəaliyyətinin təməl ünsürüdür. Xüusilə də, mövzu liderlikdirsə, ünsiyyət müvəffəqiyyət meyarları siyahısında daim üst sıralarda yer alır. Ənənəvi ünsiyyət qaydası əsasən, ünsiyyət vasitəsinin texniki detalları, mesajın şəkli və son texnologiya üzərində cəmlənmişdir. NLP isə daha çox, ünsiyyətdə rol oynayan hisslər, mövqelər və inancların müxtəlifliyi ilə maraqlanır. Xüsusilə də, ünsiyyətdən (eyni zamanda, davranışın şəklindən) gözlənilən nəticə və bu nəticənin nə dərəcədə reallaşdığı üzərində köklənər. Ən önəmlisi NLP, ən düzgün qaydanın nə olduğundan daha çox, hansı qaydanın işə yaradığını göstərir. Tam olaraq, nəyi bacarmaq istəyirsiniz? Ünsiyyətinizdə müvəffəqiyyətli olduğunuzu necə bilə bilərsiniz? "Duyğusal əlamətlər" nə olacaq; nə görəcək, nə eşidəcək və nə hiss edəcəsiniz?


NLP-də xüsusilə, etdiyiniz şeyin (ünsiyyət tərzinin, davranışların) məqsədə xidmət edib etmədiyinə baxılır, ona əsasən qiymətləndirilir. Bir ünsiyyət zamanı digər insanın necə düşündüyünü və nələr hiss etdiyini anlamaq müvəffəqiyyətli bir ünsiyyətin təməli olan uyğun əlaqə qurmaqda önəmli rol oynayır. 
 
Nə istədiyinizi və arzu etdiyiniz nəticənin işiniz və həyatınızın digər istiqamətləri üzərində necə bir təsiri ola biləcəyini bilmək üçün, əvvəl özünüzlə ünsiyyət qurmağınız lazımdır. Bundan sonra bir başqasının zehninə girməli, baş verənləri onların gördüyü kimi görməlisiniz ki, ötürdüyünüz mesaj onlar baxımından bir məna ifadə edə bilsin. Əgər bu təmin edilməyibsə, təqdimatınız nə qədər ağıllı olursa olsun, uğurlu olmağınız mümkün deyil. Buna görə müvəffəqiyyətli ünsiyyət sözlər və müşahidə edilən davranışlar qədər, sizin və digər insanın duyğu və inancları da daxil olmaqla, subyektiv düşüncə prosesləri ilə də əlaqədardır. 

Bir idarəçi olaraq, siz də bəzən ünsiyyətin nə qədər səhv nəticələr verdiyinin şahidi olmusunuz. Bəzən ən kiçik bir jest (əl qol hərəkəti) ya da səs tonu necə də yalnış anlaşılır, elə deyil? NLP sizə ünsiyyət zamanı fövqəladə nəticələr əldə etməyinizi təmin edəcək ən müasir texnikalarını təqdim edir. NLP-nin qazandırdığı bacarıqlar, insanlarla təsirli ünsiyyəti, həmçinin fərdi effektivliyinizi də inkişaf etdirəcək.

NLP müvəqqəti həll yolu deyil. Ola biləcək dəyişikliklər sizin mövcud neyroloji proseslərinizlə, unikal düşünmə tərzinizlə əlaqədardır və bu dəyişikliklər qalıcı olacaq. Dəyişmə prosesi keçmişdə düzəldilməsi aylar ala bilən, uzun müddətdir mövcud olan vərdişlərdən belə həqiqətən çox sürətli ola bilər. NLP texnikalarının bir çoxu gündəlik həyatda tətbiq oluna bildiyi üçün faydasını da tez bir zamanda görməyinizi təmin edir. 

ŞƏRH YAZIN