Sizin Həyat Məmnuniyyəti Profiliniz ...

0
1935
Sizin Həyat Məmnuniyyəti Profiliniz ...

 "Həyat Məmnuniyyəti"nin beş ünsürü ilə tanış olmağa nə deyirsiniz? 


"Etmə"; "Bilmə"; "Əldə etmə və Sahib olma"; "Əlaqə qurma"; "Olma"

Yəni deyəcəyimiz odur ki, siz öz "Həyat Məmnuniyyəti"nizi bu beş ünsürdən birində kəşf edə bilərsiniz. Məsələn, nəyisə edərək "Həyat Məmnuniyyəti"nizə qovuşa bilərsiniz. Bu "etmə" sahəsinə aiddir. Və ya nəyisə öyrənərək "Həyat Məmnuniyyəti"nizi əldə edə bilərsiniz. Bir şeyləri əldə edərək və ya sahib olaraq, ya da kiminləsə əlaqə quraraq və ya olaraq "Həyat Məmnuniyyəti"nizi yarada bilərsiniz.

Beş xüsusiyyətdən hansının sizin üçün daha öncə gəldiyini və digərlərinin sizin üçün əhəmiyyət sırasını müəyyən etməkdə çətinlik çəkirsinizsə, sadə bir tapşırıq sizə kömək ola bilər. Eyni zamanda, bu tapşırıq meyarlarını həyata keçirərək izləyəcəyiniz sıranı da təsbit edəcəkdir.

1. Özünüzə "Mənim üçün həqiqətən əhəmiyyətli olan nədir?" sualını soruşaraq başlayın. Diqqətlə seçilmiş sözlərdən istifadə etməyərək, yalnız qeyri-iradi olaraq özünüzü ifadə etdiyiniz cavabı bir yerə yazın. Cavabınızın hansı "Həyat Məmnuniyyəti" sahəsində - etmə, bilmə, əldə etmə və sahib olma, əlaqə qurma ya da olma - yer aldığına diqqət edin. Bunu istifadə etdiyiniz sözlərdən anlaya bilərsiniz. Əgər "daha çox satmaq" istəyirsinizsə, "etmə" hərəkətinə qarşı bir maraq olduğunu göstərir. Əgər bir satış idarəçisi ya da ayın satış işçisi olmaq istəyirsinizsə, burada da "olma" hərəkətiylə əlaqədar bir seçim söz mövzusudur. Əgər məqsədinizi bir şeylərə "sahib olma" ya da "əldə etmə" olaraq görürsünüzsə, cavabınız əldə etmə/sahib olma kateqoriyasına girər.

Bir məqsədi də kateqoriyaya ayıra bilərsiniz. Məsələn, aylıq satış komissiya haqqınızı iki dəfə artırmaq ya da daha yaxşı bir avtomobilə sahib olmaq istəyirsinizsə, əldə etmə/sahib olma kateqoriyasına uyğun olduğunuz müəyyən olunar. Ailənizin dolanışığını təmin etmək, başqaları üçün bir şeylər etmək, əhəmiyyətli bir münasibət qurmaq, gücləndirmək ya da müəyyən birinə bunu edə bildiyinizi "göstərmək" istəyirsinizsə, məqsədiniz "əlaqə qurma" kateqoriyasına daxildir.

2. Özünüzə "Bu hədəfə tamamilə sahib olsam, nə olacaq?" sualını soruşun. Cavabın iradi olaraq zehninizə gəlməsinə diqqət edin və bir yerə qeyd edin. Böyük ehtimalla yenə "Beş Həyat Məmnuniyyəti" sahəsindən birini istifadə edəcəksiniz. Məsələn; daha çox satış edərək daha çox pul sahibi olacağınızı ya da o yeni avtomobili, evi əldə edəcəyinizi söyləyə bilərsiniz. İstifadə etdiyiniz sözlər nə düşündüyümüzü ortaya qoyar.

3. Ardınca, son cavabınıza əsaslanaraq özünüzə təkrar, "Bu hədəfə tamamilə sahibəmsə, nə olacaq?" sualını soruşun. Bir daha cavabı bir yerə qeyd edin. Məsələn; daha çox pulu ya da istədiyiniz evi əldə edərək xoşbəxtliyə və məmnuniyyətə çatacağınıza qərar verə bilərsiniz. Tam bu nöqtədə "olma" kateqoriyasına doğru hərəkət etmiş olarsınız. "Əgər bunu etsəm, xoşbəxt olacağam."

4. Bu dəfə 3-cü maddəyə verdiyiniz cavaba qarşılıq olaraq, təkrar eyni sualı soruşun. Sizi daha əvvəl qeyd etdiyiniz bir kateqoriyaya aparana, "Həyat Məmnuniyyəti" kateqoriya dövrlərinin birləşməsinə çatana qədər bu addımı təkrar edin. Öz məmnuniyyət sahələrinizi detalları ilə araşdırmış və sıra ilə təşkil etmiş olacaqsınız.

5. Bu dəqiqə bir sıra məmnuniyyət sahəniz var. Məsələn; etmə, əldə etmə, olma, əlaqə qurma.

6. 1-ci addıma geri dönün və özünüzə "Mənim üçün həqiqətən əhəmiyyətli olan nədir?" sualını soruşun. Bunu düşünərkən, "Bunu qazanmaq üçün etməyim, bilməyim, əldə etməyim, sahib olmağım, əlaqə qurmağım lazım olan nəsə var?" sualını soruşun. Əgər bir cavabınız varsa, yenə buna diqqət edin. Əgər ağlınıza daha çox cavab gəlirsə, fərqli bir məmnuniyyət sahəsinin qapısını aça bilərsiniz. Məsələn; daha çox satış etmək üçün daha çox məlumat əldə etməyə ehtiyac olduğuna qərar verə bilərsiniz.

7. Qeyd etdiyiniz kateqoriyaların tərkibini diqqətlə araşdırın. Bu sizin "Həyat Məmnuniyyəti" nizamınızı ya da profilinizi yaradacaq. Böyük bir ehtimalla, bu nizamı keçmiş fəaliyyətlərdə, iş və ailə həyatında izlədiyiniz üçün dərhal tanış görünməsi lazımdır. Əldə etdiyiniz nəticələr beş kateqoriyanın hamısını ehtiva etməyə bilər, bunun bir əhəmiyyəti yoxdur. Hər kateqoriyadan birdən çox seçmiş ola bilərsiniz -məsələn; buna sahib ol, bunu əldə et və bir şeyi etmək üçün bunları əldə et, sonra başqa bir şey et. Ya da əldə et - et - əldə et - et- əldə et - et şəklində təkrarlanan bir ardıcıllıq ola bilər. 

Bu tapşırıqda müəyyən etdikləriniz ünsürlərin ortaya çıxma sıralamasını da ehtiva edən bənzərsiz profilinizi işarələyər. Təyin etdiyiniz ardıcıllığın xüsusi bir əhəmiyyəti vardır. Məsələn; insan daha əhəmiyyətli bir məqsədini yerinə yetirmək üçün "etmə" ya da "əldə etmə"yi daim ilk sıraya qoymuş kimi görünə bilər. "Olma" məqsədi arzular və həyat məqsədlərinə aid iyerarxiya içində daha üst bir yerdə olduğu təəssüratını buraxmaqdadır.

Bəlkə, daha yüksək maaş əldə etmək, sarsılan bir evliliyi qurtarma (əlaqə qurmaq), xoşbəxt olmaq üçün etmə (yeni bir iş kimi) məqsədinə keçmədən öncə insanın daim bəzi məlumatlar (xüsusiyyət kimi) əldə etməyə ehtiyacı vardır. Bu da, bilmə - etmə - sahib olma - əlaqə qurma - olma "Həyat Məmnuniyyəti" profilinə işarə edər.

Bu tapşırığı tətbiq edərək özünüzü daha yaxşı tanıyacaqsınız. Bu şəkildə, indiki şəxsiyyətinizdə keçmişdəki davranış şəkillərinizin bəziləri ortaya çıxacaq.


"Həyat Məmnuniyyəti" Ağırlığını Dəyişdirmək


Həyat Məmnuniyyətinizdə hər hansı ünsürün üstünlüyünü ya da sırasını yenidən araşdıra bilər, bəlkə də dəyişdirə bilərsiniz. Məsələn, əldə etmə və sahib olmağa daha az əhəmiyyət vermək, məhz öyrənmə zövqü üçün əldə edilən məlumatı ehtiva edən bilmə hərəkətinə daha çox əhəmiyyət vermək istəyə bilərsiniz. Ya da həyatınızın tarazlığını daha çox qoruyaraq, yalnız bilmək ya da bir "tamaşaçı" kimi seyr etməkdən çox, hadisələrin içində daha aktiv bir şəkildə iştirak etmək məcburiyyətində olduğunuzu hiss edə bilərsiniz. Və ya Həyat Məmnuniyətinizdə "əlaqə qurma" tərəfinizin olduqca zəif olduğunun fərqində ola bilər və şüurlu bir şəkildə ona güc qata bilərsiniz.

"Olma" ünsürü əsasən, sıralamada ən sonda yer alar və bu durum bir çox fərd üçün "məmnuniyyət", "özündən məmnun olma" və "şəxsi xoşbəxtlik" kimi nəticələrlə sonlanan, insanın məqsədlər iyerarxiyasını gözlər önünə sərər. Başqa bir sözlə, nə istəyirsinizsə o olmaq. "Olma" hərəkətinin həyatınızın ən əhəmiyyətli tərəfini meydana gətirməsinə qərar verə bilərsiniz. Bu vəziyyətdə NLP ilə öyrəndiklərinizi istifadə edərək, digər bəzi "Həyat Məmnuniyyəti" kateqoriyalarını keçə bilər və arzuladığınız "olma" ruh halına çata bilərsiniz. Beləliklə, istənilən "olma" durumunuza çatma yolunda daha təsirli və birbaşa marşrutu kəşf etmiş olursunuz.

Belə bir kəşfə görə hərəkət etmək təbii ki, bəzi dəyişikliklər mənasına gəlir. Bir çox insanın axtardığı xoşbəxtliyi təmin edəcəyini düşündükləri lakin, xəyal qırıqlığı və bir uğursuzluqla qarşılaşılan müvəqqəti məqsədlər üçün əmək sərf etdiyi illərdə siz böyük ehtimalla həyatınızı qurtaracaqsınız. "Olma" məqsədlərinə diqqət toplayaraq indiki zamanda yaşayacaq və müvəffəqiyyətli insanların belə sonrakı həyatlarında açıqca duyduqları peşmanlıqlar sizə daha az çətinlik verəcək.

"Olma" kateqoriyasının əsasən, bir ruh halını əks etdirdiyinə diqqət edin. Məsələn; birinin maddi olaraq özünə güvənmədiyi bir durumda, başqa bir güvən hissi yaşaya bilər. İnsan, digərinin vacib hesab etdiyi maddi mal-mülk olmadan da özünü xoşbəxt hiss edə bilər.

Bu nizamı anlamaq sizin digər insanları anlamağınıza və təsirli ünsiyyət üçün lazımlı olan uyğunlaşmanı inkişaf etdirmənizə kömək edər. Məsələn, bu "Həyat Məmnuniyəti" seçimlərinin öyrənmə və təhsilə necə təsir edəcəyini xəyal edin. Faktları öyrənmək və anlamaq kimi ağır və darıxdırıcı bir işi həyata keçirməkdənsə, dərhal, hərəkətin içində iştirak etməyi (etməyi) istəyən tələbələrlə yəqin ki, qarşılaşacaqsınız. Eyni zamanda, əlaqə qurmağı siyahılarının ən üst sıralarına daşımış olan, öyrənmə prosesində digərlərinin düşüncələriylə maraqlanan tələbələrlə olduğu qədər, yalnız bir təhsil proqramının nəticəsi olan sertifikat, maaş artımı və ya "əldə etmə və sahib olma" məqsədiylə maraqlanan insanlarla da qarşılaşacaqsınız.

Oxşar məlumatın müştərilər, malları təmin edənlər, alimlər, həmkarlar, ailə və yoldaşlarla olan əlaqələrinizdə də faydalı olduğunu görəcəksiniz.

İnsanın bu əhəmiyyətli istiqaməti haqqında məlumat sahibi olmaq fərdi dünya xəritələrinin daha çoxunu ortaya çıxaracaq. Öz "Həyat Məmnuniyyəti" profiliniz haqqında məlumat sahibi olmaq, fərdi zəkanıza əhəmiyyətli dərəcədə töhfə verəcək. Daha təsirli ünsiyyətə girmək üçün öz xəritəniz ilə digərlərinin xəritəsi arasında körpü qura bilərsiniz.

ŞƏRH YAZIN