Spirtual Nlp Nədir???

0
2272
Spirtual Nlp Nədir???

 İnsan beynini proqramlaşdıran NLP haqqında eşitməyən, bilməyən, bir sözlə, məlumatlı olmayan qalmayıb. Amma bir də Spirtual NLP var. Bəs Spirtual NLP nədir? 

Spirtual NLP-nin mütəxəssisi olan Hülya Konar bununla bağlı danışıb və insanları məlumatlandırmağa çalışıb. Onun dediklərini olduğu kimi sizə təqdim edirik.

"Programlaşdırma çox önəmli bir ifadədir. İnsan davranışlarının demək olar ki, çoxu proqramlaşdırılıb. Uşaqlıq vaxtlarından etibarən, hər birimiz beynimizi şüurlu və ya qeyri-şüurlu olaraq proqramlaşdırırıq. Məsələn, həyat yoldaşına zəng edən bir qadın onunla əlaqə saxlaya bilmədiyinə görə, yoldaşının onu "aldatdığını" düşünür. Qadın artıq bunun kimi oxşar vəziyyətlər üçün öz zehnini proqramlaşdırıb.

Proqramlaşdırmalarımız çox zaman özümüzü qorumaq məqsədi daşıdığı üçün, bizə etibarlı və faydalı görünə bilər. Ancaq doğru olan hər cür hal və vəziyyətdə daha elastik ola bilmək, məhdudiyyət qoymadan çox sayda variantın mümkünlüyünü qəbul etmək və mövzuya daha geniş baxış bucağından baxa bilməkdir.

NLP ilə keçmişdə proqramlaşdırdıqlarımızı dəyişə bilər, dəyişmə proseslərini güclü, təsirli və qalıcı bir vərdiş olaraq şüuraltımıza yerləşdirə bilərik. 

NLP olduqca güclü inkişaf və dəyişiklik modelidir. Başlanğıc nöqtəsi insana olan heyranlıq və maraq olan NLP məncə, həyatı daha mənalı edən macəra dolu səyahətdir. Bu səyahətə çıxan fərdlər sağlam düşünməyi, duyğularını idarə etməyi və bu dəyişikliyi qalıcı etməyi öyrənə bilərlər. 

Spirtual NLP (SNLP)də isə, bütün metodların tətbiq edilməsi insanın özünə qarşı məsuliyyətin, sevmə qabiliyyəti və şüurluluğun inkişaf təməlinə söykənir. Spirtual NLP həyatdakı hiss və strukturlarla, məhz insana dair spirtual məlumatları nəzərə alır. Bunu edərkən də "sevmə qabiliyyəti", "şüurluluğun inkişafı" və "özünə qarşı məsuliyyət" kimi olduqca önəmli spirtual prinsiplərin üzərində dayanır. 

- Nə qədər çox sevərsən, o qədər güclü olarsan. Spirtual mənada sevgi; başqaları ilə uyğunlaşma içində olmaq, özünü onlarda görmək deməkdir. Sevgi ən böyük gücdür. Bir insan ürəyini başqalarına tamamilə aça bilməsi üçün, əvvəlcə özü ilə barışıq olmalıdır, yəni "mən" anlayışını qəbul etməli, həyatına tətbiq edə bilməlidir. Sevgi, həyatın müsbət gücüdür.
 
- Sadəcə real mənada xoşbəxtsənsə və xoşbəxtliyini ətrafa ötürə bilirsənsə, uğurlusan. İnsan xaricdən baxıldığı zaman qibtə ediləcək bir işə və gəlirə sahib ola bilər. Amma kökünə endiyimiz zaman, oxuduğu məktəblər, hazırki vəziyyəti, əlaqələri onu xoşbəxt etmir. Belə olduqda isə, bu insanın həyatı sadəcə "müvəffəqiyyətsizlik" nümunəsi olur.
 
- Sevgiylə qəbul etmək sağlam olmaq, sağlam olmaqda vəhdət yaratmaqdır. Dünya bir əks olunmadır. Xarici dünyada bir şey rədd edildiyi təqdirdə, bədəndə bu öz əksini tapır. Hadisələri olduğu kimi qəbul etməkdə çətinlik çəkən, çox dağınıq düşüncəsi olan, tez-tez qorxular yaşayan insanların baş gicəllənməsi yaşadığı kimi...
 
- Nə qədər çox qavrasan, özün üçün o qədər çox şey edə bilərsən. "Ən sonunda, yoldan nə toplamısansa ona sahib olarsan!" İnsan yolunun üzərində olanların fərqinə varmırsa, yoldakı işarələri qavramırsa, heç bir şeyi yanına götürə bilməz. Nəticədə, əvvəlində nədirsə, sonunda da o olaraq qalar!
 
- Öyrənən və öyrədən insan yaşayır. Həyatın özü öyrənmək və öyrətməkdir. Öyrənərək inkişaf edir və öyrədərək bütün yaradılışın inkişafında iştirak edirik.
 
- İnsanın ruhu, zehni və bədəni arasındakı uyğunlaşma üçün sevgi bacarığının inkişafı, özünə qarşı məsuliyyətin güclənməsi, şüurluluğun inkişafı olduqca vacibdir. Bunların güclənməsi insanın qabiliyyətlərinin artması və mənəvi baxımdan güclənməsi deməkdir.
 
Başqa sözlə desək, NLP-ə ürək yəni sevgi qatmış oluruq."

ŞƏRH YAZIN