Şüuraltı

0
6329
Şüuraltı

Gün boyu fərqli duyğular yaşayırıq və bunlar heç bir zaman bir-biri ilə eyni olmur. Elə bir an gəlir ki, son dərəcə duyğulu və yüksək əhval-ruhiyyə içində olur,amma bəzən də özümüzü anlaya bilməyəcəyimiz duyğuların içində tapırıq. Bəzən psixologiyamız xaricimizdəki dünyadan, bəzən də öz daxili dünyamızdan təsirlənir.

Bundan başqa,fərqində olmaq (şüur) və fərqində olmamaq (şüurdan kənar) ilə hadisələri anlamağa çalışırıq. Şüurlu zehin qərar verər, düşünər, analiz edər, istiqamətləndirər, nələri etməyin  lazım olduğu istiqamətində idarəli bir şəkildə çalışarkən; şüuraltı—şüurumuz xaricində inkişaf edən hər şeyi anlayır və yaddaşa yazır. Şüurdan kənar hərəkətlərimizin çoxunun fərqində deyilik. Məsələn,geydiyiniz paltarı hiss etməyə bilərsiniz. Geydiyiniz ayaqqabı, oturduğunuz kreslonun sərtliyi, diqqətinizin xaricində hər şey şüuraltımıza qeyd edilir..
 
Gəzməyi öyrəndik, amma kimsə bizə necə gəzəcəyimizi öyrətmədi. Hansı addımı hansı uzunluqda, hansı ritmdə atacağımız deyilmədi—seçdik və etdik. Danışmaq kimi; eşitdik və təqlid etdik. Sonra səhv etdik, danışmağa başladıq. Danışmaq üçün sözləri necə deyəcəyimizi, qırtlaq hərəkətlərini, vurğulamağı məşq etmədən,yalnız duyaraq öyrəndik.
Klassik psixologiyadakı işlər eyni anda şüurlu olaraq,ancaq "7 + 2" xəbərdarlığa diqqətimizi verə biləcəyimiz şəklindədir.
 
Avtomobil istifadə edərkən, gözlərimizlə ətrafı müşahidə edərkən;musiqi dinləyə, beynimizdə bir şeylər hazırlaya və biriylə eyni anda danışa bilərik. Lakin bu vaxt nəbzimizin vuruşunu, qan dövranımızın, neçə dəfə gözlərimizi qırpdığımızın və s. fərqində ola bilmərik. Şüuraltı—şüurdan daha güclü və çox potensiala malikdir. Həyatımızla əlaqədar hər şey orada gizlidir. Ehtiyacımız olan hər şey də orada mövcuddur. Oturma mövqenizi dəyişdirmənizi, düşüncə sisteminizi təyin etməyi və.s seçmədən və düşünmədən edirsiniz. Bu səbəbdən şüuraltı— həyatımızı idarə edən ən əhəmiyyətli ünsürdür,deyə bilərik.
 
NLP'ye görə öyrənmək və dəyişmək şüursuz zehnimizdə reallaşmaqdadır. Bir çox şey,əvvəl şüuraltında reallaşar, sonra biz bunların fərqinə vararaq,anlamağa başlayırıq.
 
Şüur, dəyişmənin ola bilməsi üçün bir çox səbəb ehtiva etməsinə baxmayaraq, özünü dəyişdirmə gücünə sahib deyil. Çox vaxt iradə işə yaramaz. İndiki vaxtda iradə ilə siqareti buraxmaq, arıqlamaq, izdiham qarşısında çəkinmədən danışmaq, şəxsiyyətini dəyişdirmək istəyən milyonlarla insan var,amma bunun böyük əksəriyyəti şüurlu iradəyə əsaslanaraq müvəffəqiyyətsiz olurlar.
 
Tennis müəllimliyi edərkən intensiv olaraq xüsusi dərslər vermək məni çox sıxmağa başlamışdı. Yoldaşıma mütləq önümüzdəki il bu peşəni buraxacağımı,seminarlara və akademik həyatıma davam edəcəyimi söyləmişdim,amma xüsusilə son 6 il belə söz verməklə keçdi. Birdən-birə başımda —bu işi buraxmasam nələr itirəcəyimi düşünməyə başladım,birdən qərar verdim və eyni gün tennis məşqçiliyini buraxdım. Bu vaxt klub rəhbərliyiylə yeni il üçün ixtilaf düşmüşdü, amma bunun mövzuyla çox əlaqəsi yox idi. Mən qərar verdim və buraxdım. Yoldaşıma işi buraxdığımı dedikdə,mənə qəribə-qəribə baxdı və inanmaqda çətinlik çəkdi..
 
Son zamanlarda mənim üçün əhəmiyyətli olan— pul qazanmaqdan çox,beynimdəkiləri etmək idi. Mentörlüğü tanıdaraq akademik həyatımda davam etməklə yanaşı,bütün gücümü kitab yazmağa,seminarlarda və idman klubları ilə məşqlərə həsr etməyə qərar verdim. Mənim üçün bunlar yavaş-yavaş inkişaf etdi və birdən-birə heç ummadığım bir anda da özümü bu dünyanın içində tapdım.
 
Sizlərin də buna bənzər təcrübələriniz var,yəqin ki.. Hər hansı bir sahədə, heç düşünmədiyiniz; düşündüyünüz ,lakin fərqində olmadığınız bir çox şeyi etmişsinizdir. Yoldaşınızla mübahisə edərkən,bəzən fərqində olmadan ağzınızdan çıxanları eşidincə çaşıb qaldığınız vaxt olmayıbmı?
 
NLP-nin bir çox dəyişmə proqramı şüur səviyyəsindən çox, şüursuz şüur səviyyəsində reallaşmaqdadır. NLP texnikalarıyla çox qısa müddət içərisində əhəmiyyətli ölçüdə dəyişən bir çox insan, bu inkişafın necə reallaşdığının fərqində belə deyillər.Fobiyalardan xilas olmaq NLP-də 1 saat ya da daha qısa bir zamanda mümkün olur. 
 
Şüuraltı öyrənməyə;qorxu və fobiyalarımızı da nümunə verə bilərik. Qorxmaq ya da fobiya əldə etmək üçün məktəbə getmirik, təhsilini ala bilmərik və zamanımızın böyük bir qismini vermirik. Bir şey olur —qorxuruq, sonra da həmişə bu sonsuz dövrü müəyyən zamanlarda təkrar edib dayanırıq.
 
İnsan zehni nə maraqlı deyil mi? Nəyi necə, nə şəkildə etdiyinin bir güvənci yoxdur. İnsan zehni mükəmməl bir gücə və enerjiyə malikdir. Əvvəllər beynimizin 10 %-ni istifadə etdiyimiz deyilərkən, indiki elmi araşdırmalar bunun 1'-nin belə doğru-düzgün istifadə edilmədiyini söyləməkdədir.
 
 
 
 
Korrektor:Əhmədova Sevinc
 

ŞƏRH YAZIN