Tənqidi Səsinizin Müsbət Niyyətini Kəşf Edin!

0
2216
Tənqidi Səsinizin Müsbət Niyyətini Kəşf Edin!

 NLP-nin fərziyyələrindən biri hər davranışın altında müsbət niyyət yatdığını söyləyir, elə olmasa, o davranışı davam etdirməzdik. NLP tənqidi səsin də sizin yaxşılığınız üçün reallaşdırmağa çalışdığı müsbət bir niyyəti olduğunu iddia edir.


Ona görə zehninizdə dolaşan bu səsin sizi tənqidini təkrar eşidin və səsə sanki başqa bir insanmış kimi soruşun.

"Mənim üçün hansı niyyət bəsləyirsən?"

"Mənim yaxşılığım üçün nə etməyə çalışırsan?"

"Mənə qarşı hansı məqsədlə tənqidi davranırsan?"

Bu suallardan birini soruşduqdan sonra səssiz qalın və səsin sizə nə cavab verəcəyini dinləyin.

Bu suallara verilən standart cavablar bunlardır:

"Sənin axmaq vəziyyətinə düşməyinə maneə törətməyə çalışıram."

"Səni qorumaq istəyirəm."

"Doğru olanı etdiyindən əmin oluram."

"Ola biləcəyinin ən yaxşısı olmağını istəyirəm."

Bu səsdən bir cavab aldığınız zaman, bu niyyətə verdiyiniz reaksiyaya diqqət edin. Əgər eşitidiyiniz şeyin müsbət bir şey olduğunu qəbul etməkdə çətinlik çəkirsinizsə, müsbət bir niyyət tapana qədər daxilinizdəki səsə bu sualları soruşmağa davam edin. 

Məsələn əgər səs:

"Səni motivasiya etməyə çalışıram." desə,  o zaman "Məni motivasiya etməyin mənə nə kimi bir faydası var?" deyə soruşa bilərsiniz.

"Motivasiya olduğun zaman, işləri rahat həll edirsən və daha çox pul qazanırsan." deyə bilər.

"İşləri həll etməyimin və daha çox pul qazanmağımın mənə nə kimi faydası var?" deyə soruşa bilərsiniz.

"Müvəffəqiyyətli biri olarsan və özün haqqında yaxşı şeylər hiss edərsən." daxilinizdəki səs deyər.

Bu əksəriyyət insanın təqdir edəcəyi və bizim üçün çabaladığına məmnun olacağımız bir niyyətdir.

Əgər səs ilk başda,

"Səni cəzalandırmaq istəyirəm," desə hərhalda bu niyyətə haqq verməzsiniz. Təkrar bir sual soruşun. "Məni cəzalandırmaq sənin nə işinə yarayacaq?" 

"O zaman mənə diqqət edir və dediklərimi xatırlayırsan." deyə cavab verirsən.

Müsbət niyyəti təkrar soruşduqdan sonra o səs:

"Səni müvəffəqiyyətsiz olacağın və özünü pis hiss edəcəyin vəziyyətlərdən uzaq tutmaq istəyirəm." deyə bilər.

Bu ən sonunda hamımızın haqq verəcəyi bir niyyətdir amma mənfi bir şəkildə ifadə edilib. Bu səsin əslində istədiyi şey müsbətdir - müvəffəqiyyətli olmağınız və özünüzü yaxşı hiss etməyiniz!

Tənqidi səsin müsbət niyyətini təsbit etdiyiniz zaman ilk addım həmfikir olmaq və səsə bu niyyətə sahib olduğu üçün təşəkkür etməkdir. Sizə qarşı bəslədiyi niyyətə dəyər verdiyinizi göstərin.

"Mənə qarşı bu müsbət niyyəti bəslədiyinə görə, məmnun oldum. Mənim üçün bunu istədiyinə görə də sənə təşəkkür edirəm."

İndi həm daxili səsiniz, həm də siz müsbət niyyətdə həmfikirsiniz. Artıq düşmən deyilsiniz. 

İndi isə birlikdə, ikinizin də istədiyi nəticələrə nail olmağın daha zövqlü və daha təsirli yollarını axtara bilərsiniz. 

Aşağıda Riçard Bendler və Con Qrinder tərəfindən irəli sürülən "6 addımda Yenidən çərçivələmə" adlı texnikası ilə tanış olun. Bu çalışma ixtisarla qeyd olunub. Bütün NLP çalışmaları kimi, bu çalışmanı da nə qədər çox istifadə etsəniz, bir o qədər də düşünməyinizin və reaksiyalarınızın avtomatik bir hissəsi olar.

MƏŞQ: Daxili səsinizi çərçivələndirmək

1. Tənqidi səs: Daxili səsinizin sizi tənqid etdiyi bir hadisəni xatırlayın. Özünüzü təkrar o hadisənin içinə qoyun və səsin söylədiklərini, səsin tonunu, tempini və ritmini diqqətlə dinləyin.

2. Müsbət niyyət: Bu səsə "Müsbət niyyətin nədir?" və ya "Məni bu şəkildə tənqid edərək mənim yaxşılığım üçün nə etməyə çalışırsan?" deyə soruşun və sonra səsin söylədiklərini dinləyin. Eşitdiyiniz müsbət niyyətə tamamilə haqq verənə qədər bu sualı soruşmağa davam edin.

3. Qəbul və təşəkkür edin: Müsbət niyyəti qəbul edin, həmfikir olun və səsə sizin üçün bu müsbət niyyəti bəslədiyinə görə təşəkkür edin.

4. Daxili səsinizdən sizə alternativ axtarışında kömək etməsini istəyin: "Bu müsbət niyyətə çatmağın, bu anda etdiyin şey qədər yaxşı və yəqin ki, daha da yaxşı əlavə yolları olsaydı, onları bir sınamaq istəyərdin?" deyə soruşun. İçdən bir "bəli" cavabı gələnə qədər gözləyin.

5. Yaradıcı iştirakçı: Yaradıcı tərəfinizdən sizə əlavə yollar təqdim etməsini xahiş edin. Səs bunların arasında bəyəndiyi, ən az indi etdiyi şey qədər işə yarayacağına inandığı ən yaxşı üç yol seçəcək.

6. Gələcəyə Dair Planlaşdırma: Hansının ən yaxşı variant olduğunu bilmək üçün, təklif edilən yolların hər birini tətbiq etdiyinizi xəyal edin. Əgər bəziləri gözlədiyiniz qədər yaxşı nəticələnmirsə, yeni variantlar yaratmaq üçün 5-ci addıma geri dönün. Hər ikinizin də bəyəndiyi üç yeni variantınız olduğu zaman, səsə bu variantlardan birini ya da daha çoxunu həqiqətən istifadə etmək istəyib istəmədiyini soruşun.

Bir səsin yaxşı bir tövsiyəsi varsa, amma səsin tonu böhtançı və alçaldıcı olduğuna görə onu dinləmək istəmirsinizsə, 

"Mənə söyləməyə çalışdığın şeyi təqdir edirəm amma sənə zəmanət verərəm ki, dostumunku kimi yumşaq və dostca bir səs tonu istifadə etsən, səni dinləməyə çox daha istəkli olaram. Bunu etməyə razı olarsan? deyə bilərsiniz.

Daxili səsinizdən dəstək istəyin, sizə öncədən xəbərdar etməsini xahiş edin. 

"Bu hadisədə edəcəyim səhvlər və onları nə zaman edə biləcəyim haqqında bir çox şey bilirsən. Daha müvəffəqiyyətli olmağım üçün, dost bir suflör olub mənə nə etməyim lazım olduğunu əvvəldən söyləyə bilərsən?"

"Yenidən çərçivələmə" bir çox daxili danışıqlarda istifadə edilən son dərəcə rasional və təsirli bir üsuldur. Oxşar prinsiplər, həmçinin insanlar və təşkilatlar arasındakı danışıqlarda və vasitəçilikdə də çox təsirlidir. Əvvəl müsbət niyyət ya da məqsədlər üzərində fikir birliyi yaradın. Daha sonra isə, bir komanda olaraq mümkün alternativlər ya da həll yolları tədqiq edə bilərsiniz.

ŞƏRH YAZIN