Trans Nə Deməkdir? Nə Zaman Transda Oluruq?

0
11147
Trans Nə Deməkdir? Nə Zaman Transda Oluruq?

 Trans hər insanın gündəlik olaraq yaşadığı təbii bir vəziyyətdir. Əgər, düşüncələrimiz və diqqətimizi xarici dünya və ya öz daxilimizə yönəltmişiksə, əsasən trans vəziyyətinə keçmiş oluruq. Trans vəziyyəti beynimizin öz sağlamlığını qorumaq üçün etdiyi təbii bir müdafiə mexanizmidir. 


Trans bəzi vəziyyətlərdə daha da dərinləşərək özünü göstərir, insanın bütün diqqətini öz daxilinə fokuslayır və insanı xarici dünyadan uzaqlaşdırır. 

Məsələn, şok əsnasında və ya insanın diqqətini çəkən hər hansı bir mövzuda insan xarici dünyanı unudaraq tamamilə qeyri-şüuri və idarəsiz bir vəziyyətə girər və özü üçün önəmli olan şey və ya amillərə diqqət cəmləyər. Demək olar ki, bu vəziyyəti bir çoxumuz yaşadığımız halda vəziyyətin çox da fərqində deyilik. Burada bizi transa hipnoz mütəxəssisi deyil, şəxsən özümüz salarıq...

Trans fərqli şəkillərdə yarana bilər. Bir futbol matçında, bir konsertdə, siyasi arenada dinləyicilər və orada olanlar transdadır. Əgər bir kafenin önündə dursanız və şüşədən içəri baxsanız, hər kəs öz aləmində transdadır. Məktəblərdə öyrənmə əsnasında, xəstəxanada müalicə sırasında gözləyərkən və ya terapiya əsnasında insanlar transdadır.

Bundan başqa gündəlik həyatda insanlar əsəbi ikən, xəbərləri və ya reklamları izləyərkən, TV-də və ya kinoteatrda film izləyərkən transda olurlar. Hətta hücuma məruz qalan bir insan da qorxu və şok səbəbi ilə, transdadır. Çempion olan komanda və oyunçuları meydançada transdadır. Görüldüyü kimi trans demək olar ki, həyatımızın hər vəziyyətində öz yerini almışdır. 

Bununla yanaşı yorğun ikən və ya zehnimiz məşğul ikən, avtomobil və ya evin açarını qoyduğumuz yeri tapa bilmədiyimiz zaman, əlimiz, ayağımız zədə aldığında ağrı hiss etmədiyimiz zaman, yaralandığımızı xatırlamadığımız zaman adətən, transda oluruq.

Bir trans növü olaraq düşüncələrə dalmağı göstərə bilərik. Fikirli və ya düşəncələrə dalan biri ətrafda olanları sanki nə görür, nə də eşidir. 

Başqa bir trans növü də aşiq olmaqdır. Eşq bəlkə də ən gözəl transdır. Sevgililər bir müddət hər şeyi öz istədikləri kimi görərlər. Hətta mübahisə və ağrılardan belə zövq alar və bu tərəflərini çox da görməzlər. Daha sonra trans vəziyyəti itdiyi zaman bir-birlərinin səsinə və görünüşünə belə təxəmmül etməzlər və aaz qala, bir-birlərinin canını çıxararlar. 

Gündəlik həyatımızda biz müxtəlif dərinliklərdə translara girib çıxarıq. Bəziləri dərin, bəziləri orta, bəziləri də yüngül translardır. Bunların gündəlik həyatımızda və psixologiyamızda yerləri böyükdür. Əgər bu anı yaşayırsınızsa transda deyilsiniz, keçmişi, gələcəyi ya da başqa düşüncə və anları yaşayırsınızsa, transdasınız deməkdir. Burada önəmli olan transın vəziyyəti və ölçüsüdür. 

Transa bir dəfə girdiyimiz zaman bəzən çıxmaq çətin ola bilər. Bəziləri bizə çox təsir edər. Məsələn, partidə sizin sevmədiyiniz və bizimlə bağlı pis düşünən birini gördüyünüz zaman əhvalımız pozular. Bir insan bir anda bütün psixologiyamızı alt üst edər. Artıq özümüzü o mühitdən uzaqlaşdırar və beynimizdə onunla mübahisə edərik. Musiqini eşitmərik. İnsanları görməz, bəlkə də içdiyimiz içkinin sayını xatırlamarıq.

Zövq aldığımız bir tətil bizim üçün necə də tez gəlib keçir. Sanki zaman sürətlənmiş və hər şey bir anda olmuş kimi hiss edərik. Ya da yoldaşının doğumunu gözləyən biri üçün yarım saat belə bir əsr kimi gələ bilər. 

Əgər özünüzü mənfi vəziyyətdə hiss edirsinizsə və bu cür translara girirsinizsə, edəcəyiniz şey sizi o vəziyyətə salan tətikləyicini tapmaqdır. Sizi o mənfi duruma salan şey nədir?

Bir səs, görüntü yoxsa hissdir? Bu görüntü, səs və ya duyğu öz beyninizdə yaranır yoxsa xaricdən qaynaqlanır? Əgər sizi bu cür transa salan tətikləyici tapsanız, ondan asanlıqla xilas ola bilərsiniz. Reklamlarda hər hansı bir şeyi satın almağa və ya bir şeyi qəbul etməyə dəvət edildiyiniz zaman diqqətli olun.

O mesajlar(görüntü, səs, hiss, qoxu, dad) nə deyir və necə deyilir. Bu vəziyyətdə bir hipnozçu olmadan transa girə bilərsiniz. Məsələn, siyasətçilər, liderlər, falçılar, TV aparıcıları, xəbərlər bizi transdan transa salar. 

Burada önəmli olan transın ölçüsüdür. Əgər transdan zövq alırsınızsa, ona davam edə bilərsiniz. Yox əgər sizə ağrı verirsə və həyatınızı əlinizdən almağa çalışırsa, dayandıra bilərsiniz. Unutmayın trans siz deyilsiniz. O, içinə girib çıxdığımız vəziyyətdir. Transdan çıxmaq üçün xarici dünyaya fokuslanın və ya vəziyyəti dəyişdirin. Bəzi transların müsbət tərəfləri vardır və bizim diqqətimizi problemlərə ya da bəzi mövzulara yönəltməyə çalışacaqdır. Bütün translar pis deyil.

Əgər problemlərin həll edilməsi lazımdırsa, qeyri şüurunuz diqqətinizi ora çəkərək sizi xəbərdar edir. İçində olduğunuz transın müsbət yoxsa mənfi olduğunu isə, içinizdəki səs sizə söyləyəcək. O səsi eşitməməzlik etməyin. Ona diqqət edin. O sizə nə etməyiniz gərəkdiyi ilə bağlı yol göstərir. Başqa bir sözlə, o bizim dostumuz və rəhbərimizdir.

ŞƏRH YAZIN