Xəritə Bölgənin Özü Deyil

0
1792
Xəritə Bölgənin Özü Deyil

Dil düşüncələrimizi, xatirələrimizi və xəyallarımızı ifadə edərkən istifadə etdiyimiz şifrədir və bizim zaman və məkanda sıçramağımıza, irəli-geri getməyimizə, daha əvvəl heç görmədiyimiz yerlərə və heç gəlməmiş zamanlara getməyimizə imkan verir.
 
Bir bütün olaraq dil təcrübənin izahatıdır, amma təcrübənin özü deyil. Bu mənada dil bir xəritə kimidir. Xəritə ərazini izah edər: əyaləti ya da bölgəni, şəhəri, qəsəbəni, ətrafı, hətta tək bir küçəni. Xəritə sizə hansı tərəfə dönəcəyinizi, ya da bir yerin bir başqa yerə nə qədər məsafədə olduğunu göstərir. Bölgədəki bütün axınları, bütün keçidləri, bütün evləri göstərəcək qədər ətraflı ola bilər. Amma əslində xəritə bir şeydir, göstərdiyi dünya parçasının özü isə başqa bir şey. Xəritə ərazinin özü deyil, amma yenə də hara getdiyimizi bilmək üçün xəritəyə ehtiyac vardır.

"Xəritə ərazinin özü deyil" ifadəsi NLP-nin əsas prinsiplərindən biri olub, zehinin necə çalışdığını izah edərkən dilə baxış bucağımızda bir təkamül yaradan Noam Xomski tərəfindən deyilib.

Eyni şeyi başqa cür ifadə etmək istəsək, "Yemək menyusu yeməyin özü deyil" deyə bilərik. Hər hansı bir pəhriz mütəxəssisinin də sizə açıqlayacağı kimi, yemək siyahısında sözləri yeyərək kilo ala bilməzsiniz. Yemək reseptləri iştah açıcı da olsa, hətta hər yemək adının yanında bir də şəkil olsa belə. Bəlkə o yeməyin dadı zehninizdə canlanar və ağız sulanar, amma bu eyni şey deyil. Gerçək deyil. Yeməyin qoxusu, dadı, rəngi və quruluşu vardır; menuyda isə, təqdim edilən növlərinin adları və ya reseptləri yer alır.

Dil bir təcrübənin izahıdır; yemək menyusunun yeməyi, xəritənin bir yeri, portretin bir bir insanı ifadə etməsi kimi. 

Dil təcrübə deyil.

Burada əhəmiyyətli olan özümüzlə və başqalarıyla ünsiyyət qurmağı öyrənərkən, insanların fərqli təcrübələrindən ötəri sözlərə fərqli mənalar yüklədiklərinin fərqində olmaqdır. Bir təcrübə universal ola bilər - Sevgi, analıq, əsəbilik, döyüş - amma hər birimiz fərdi xatirələrə və mənalara sahibik. Eşqdən ya da analıqdan danışmaq fərqli kəslərdə fərqli təəssüratlar yarada bilər. Bu sözlərin hər biri fərdi ifadələrin bütün rəngləriylə bəzənmiş olaraq yüzlərlə məna daşıya bilər. 

"Dünya bizik" və "Sizi dünyalar qədər sevirik" - bu iki cümlə arasındakı fərqi anlaya bilməyimiz üçün, söyləyən kəs üçün "dünya" sözünün nə məna daşıdığını bilməyimiz lazımdır.

Bir insan təcrübəsini bir başqasına hərfi hərfinə deyə bilməz. Demək istədiyimiz şey mövzusunda bir təəssürat ötürmək üçün bütün imkan və məhdud tərəfləri birlikdə dildən faydalanarıq. Dil təcrübə deyil; amma dil təcrübə yarada bilər.

Xəritə bir yerdə gizli olanı ortaya çıxara ya da bir şeylərin bir-birinə olan əlaqəsini, bir nöqtənin birinə olan yaxınlığını, buradan oraya necə varılacağını açıqlaya bilər. Bu hissədə dil qəliblərini "oxumağı" (xəritə) və bir təcrübə və ya mənasını (ərazi) aşkar etməyimiz üçün nə cür suallar soruşmağımız lazım olduğunu araşdırırıq.

Bu suallar sözlərin ya da söz qəliblərinin altına enməyimizi təmin edərək bizi bir başqasının təcrübəsinə çatdıracaq ya da öz təcrübəmizin başqalarına daha yaxşı çatmasını təmin edəcək. Beləcə, ünsiyyət daha aydınlıq qazanacaq, qarşımızdakının nə demək istədiyi daha yaxşı aydın olacaq, bizim də öz mesajımızın əsl məqsədimizi əks edib etmədiyinə əmin olmağımızı təmin edəcək.
 
Sözlərdən mənaya çatmaq üçün suallar soruşmağımız lazımdır. Hansı söz qəlibi üçün hansı sualları soruşmaq lazım olduğunu bilmək getmək istədiyiniz yerlə əlaqədar istiqaməti soruşmağa bənzəyir.

Çox zaman yolu itirdiyimizdə "X-ə haradan gedə bilərəm?", "Əsas yola necə çıxa bilərəm?" və ya "Ən yaxın benzin stansiyasına neçə kilometr var?" deyə soruşarıq. Suallar qəti cavab alma məqsədiylə soruşulur.

Bir görüş və ya ünsiyyət əsnasında yolumuzu itirincə, əsas istiqamətdən nə qədər azdığımızı və geriyə dönüş yolunu necə tapa biləcəyimizi ümumiyyətlə, təxmin edə bilmərik. Sözlərdən və önümüzdəki söz qəliblərindən tərcümələr edərək natiq ya da yazıçının çatdırmaq istədiyinə geri dönə bilmək lazımdır.

Ərazinin xəritəsini çıxarmaq, sətir aralarını oxumağı öyrənmək ya da bir neçə dəfə deyiləni anlamadığımızın fərqinə varmaq üçün suallara müraciət etmək məcburiyyətindəyik.

ŞƏRH YAZIN