Yeni Baxış Bucağı Yaratmaq Üçün ...

0
2314
Yeni Baxış Bucağı Yaratmaq Üçün ...

 Eyni məqsədə çatmaq üçün istifadə olunan və "baxış bucaqları" kimi tanınan NLP texnikası həm problemlərinizi həll etməyinizə yardımçı olacaq, həm də düşüncələrinizin elastiklik qazanmasına təsir edəcək.


Bilindiyi kimi, bir çox problem içinə başqa insanları da alır. Biz adətən problemləri inanclar ("Məni anlamır belə", "Heç bir zaman dəyişməyəcək") ya da hədəflər ("Onu həqiqətən daha yaxşı tanımaq istəyirəm ") formasında ifadə edirik. Əlbəttə, bütün bunlar müxtəlif baxış bucaqlarını əks etdirir. Ancaq, hər zaman yeni baxış bucaqlarına da ehtiyacımız var. Aşağıdakı sözlərlə yeni cümlələr quraraq özümüzə yeni baxış bucaqları yarada bilərik:


yaxşı, pis, doğru, səhv, axmaqca, ağıllı, daha yaxşı, daha pis

"Məni anlamır belə" nümunəsini götürək. Yeni baxış bucaqları yaratmaq üçün qeyd olunan sözlər bu şəkildə istifadə edilə bilər:

Məni anlamaması yaxşıdır, çünki olanları qəbul edə bilməzdi. Məni anlamaması pisdir, çünki əlaqəmiz korlanır. Məni anlamadığı dogrudur, çünki hər şeyi bilmir. Məni anlamadığı yalnışdır, çünki anlayırmış kimi davranır.

Məni anlamamaqla axmaqlıq edir, çünki hər şey daha pisə doğru gedir.
Məni anlamamaqla ağıllı hərəkət edir, çünki bundan məsul tutula bilməz.
Məni anlamaması pis niyyətli olmasından daha yaxşıdır.
Məni anlamaması dinləməyə belə tənəzzül etməməsindən daha pisdir.

"Yaxşı", "pis" və s. sözlər geniş bir baxış bucağı yaratmağınıza kömək olacaq. Bu məşq dilin sizə hakim olmasını yox, onun sizin kölənizə çevrilməsini təmin edir. Beləliklə də, düşünmə tərzinizdə bir elastiklik yarada bilər və inanclarınızla davranışları nəzarət altına almağı öyrənə bilərsiniz.

ŞƏRH YAZIN