Yenidən Çərçivələmə

0
2346
Yenidən  Çərçivələmə

Problemin niyə ortaya çıxdığını anlamaq üçün ona fərqli bir gözlə yenidən nəzər salmaq,yeni bir baxış nöqtəsiylə həmin problemi təzədən dəyərləndirmək daha faydalı olar(lazımdır).
 
Tərəf müqabilimizlə əlaqə yaratma və davranışlarımızda gözlə görülən (müəyyən) dəyişikliklər yaratma mövzusuna keçməzdən əvvəl,“yenidən çərçivələmək” adlandırdığımız prosesə nəzər salaq.
 
Əllərinizlə kiçik bir pəncərə yaradın və bunu gözünüzün qarşısına gətirib pəncərənin içində qalan “ani şəkli”nəzərdən keçirin. “şəklə” diqqətlə baxın, detalları və şəklin quruluşunu araşdırın.
Gördünüzmü? Yaxşı,indi bir dəqiqə yenə eləcə qalın və onu yaddaşınıza yaxşıca yerləşdirin. Sonra əllərinizi aşağı salın. Indi isə  ətrafınıza baxın. 
Bayaq gördüyünüz şəkil indi hardadır?
 
Şəhadət barmağınızla baş barmağınızı birləşdirərək dairə yaradın,sonra bir gözünüzü bağlayıb digəriylə dairənin içindən baxın. Gördüyünüz mənzərə yaddaşınıza daha yaxşı yerləşənə qədər baxmağa davam edin. Əllərinizi aşağı salıb ətrafınıza baxın. Bəs yaxşı, şəkil indi hardadır?
 
Ümumiyyətlə,şəkil kənarlarına görə müəyyən edilir. Pəncərənin ölçüsü və forması orda nə gördüyünüzü müəyyən edir. Həqiqət onu necə çərçivələməyinizə bağlı olaraq məna qazanır. Keks qırıntısını mikroskop altında nəzərdən keçirməklə,mətbəxdəki stolun üstündə qalmış qırıntıları nəzərdən keçirmək çox fərqli bir təcrübədir.
Müəyyən bir vaxtda nə gördüyünüz sadəcə orda olanlarla bağlı deyil, həmçinin,nə görməyi seçdiyinizlə də bağlıdır. Əllərinizlə qurduğunuz çərçivənin içində qalan görüntü, orda yerləşən və görünəbilənin sadəcə bir hissəsidir. Görüntünün bu və ya digər hissəsinə “fokuslanaraq”  (diqqət edərək) qarşınızdakı gerçəyi dəyişdirə bilərsiniz.
 
Əllərinizlə yaratdığınız dairədə  ani olaraq gördüyünüz şəkil,orda doğurdanda olanı göstərir, lakin bunu dəqiq bir formada şərh edib, nəyi daxil edib və əhatə xaricində bıraxacağınızı seçmisiniz. Sizin şəkli necə görüb və onu necə izah etməyinizlə əlaqədar, şəkliniz çərçivənizdə artıq formalaşmışdır.
 
Şəkilləri çərçivəyə saldığımız kimi sözləri də çərçivələyə bilərik. Çox vaxt nə dediyimizlə bərabər,onu necə dediyimiz də çox önəmlidir. "çərçivə" sizin səs tonunuz,davranışınız,bədən diliniz,ya da istifadə etdiyiniz müəyyən sözlər ola bilər.
“Zəhmət olmazsa, biraz yavaş danışa bilərsən?” demək ,“kəs səsini” deməkdən fərqlidir,amma istədiyimiz şey eynidir.
 
Ətrafımda səssizlik istəyirəm. Ancaq bunu istəmə şəklim – istədiyimi davranışlarımla  “çərçivələmə” formam – bunu əldə edib etməyəcəyimi dəqiqləşdirir.
 
Yenidən çərçivələmə başqa bir təcrübəyə baxış şəklinizi dəyişdirmə formasıdır,yəni təqdim etmə forması dəyişməklə məna dəyişir.
Bu, nə deyil, necədir deməklə  fərqli bir quruluş (forma) ortaya qoyuruq; məqsədə çatmaq üçün davranışımızı dəyişdiririk.
 
Yenidən çərçivələmə adlandırmağa bənzəyir məsələn: ikinci əl paltaryuyan maşınla işlədilmiş paltaryuyan maşın arasında nə fərq var? Heç bir fərq yoxdur, sadəcə söz oyunudur. Iksidə eyni mənanı verir.
 
Heç gözləmədiyimiz bir şeylə qarşılaşdığımız zaman, həmin vəziyyətin ətrafına çərçivə qoyuruq:
“ Bu,dəhşət bir şeydir!”    
“ Bu dəhşət  bir şeydir”   
 
Çərçivədəki dəyişikliyə görə “ Bu, dəhşət bir şeydir!”,  “necədə həyəcanlandırıcıdır!” mənasına çevrilir. 
 
Əslində vəziyyət dəyişməyib,sadəcə hər şey vurğudan asılıdır. Bunu bir sözü dəyişdirərək də edə bilərik. Bir insanın müəyyən bir xarakterini,ya da xüsusiyyətini götürün və ona iki fərqli nöqtədən baxın. Eyni görüntü “möhtəşəm”,ya da “bərbad” ola bilər. Məsələn: Birində “düzgünlük” kimi xarakterizə edilən bir davranış, digərində “axmaqlıq” olaraq qəbul oluna bilər.
  
Bu cür yenidən çərçivələmələr çox vaxt cütlüklər arasında gedən əsas məsələdir və artıq niyə bir- birlərini bəyənmədiklərini izah edir.
 
Misal üçün: Leyla boşanma istəyinə haqq qazandırmaq üçün həyat yodaşına: “O, tamamilə məsuliyyətsiz biridir” – deyir.
 
Leyladan “bu adamın nəyinə aşiq olmuşdun?” soruşulanda,o,cavabında: “çox xoşagəlimli idi”,  “evləndiyimizdə hər şeyi axarına buraxan,əyləncəni sevən biriydi”– dedi.
 
Hər şeyi axarına buraxmaq  məsuliyyətsizliyə çevrildi. Əslində dəyişən o deyil, yəni davranışları dəyişmədi. Söz( və sözün altında yatan məna) dəyişdi, çünki çərçivə ya da vəziyyət dəyişdi. 
İnsanların həyat tərzi və şərtləri dəyişdiyi üçün,artıq davranış yeni bir forma aldı.
 
Bir insanla flört (tanışlıq) mərhələsində hər şeyi öz axarına buraxmaq – nəylə qarşılaşacağını bilməmək əyləncəli və eyni zamanda həyəcanvericidir. Insanın içini titrədir. Lakin evləndikdən sonra nəylə qarşılaşacağını bilməmək heç də yaxşı bir hal deyil. Bu narahatedici, hətta qorxunc ola bilər. Leyla üçün çərçivə tanışlıq dövrü idi, sonra bu dövr evliliklə nəticələndi.
 
Fərqli çərçivə, fərqli məna.
 
Kiminə görə bir insan xəsis, digərinə görə isə ekonomiya edən ola bilər.
Bir qadın bir yerdə yaşadığı kişi üçün: "çox güvənilir insandır, ona hər zaman güvənə bilərəm"–deyir. Ancaq bir neçə aydan sonra: "heç fantaziyası yoxdur","duyğusuz və darıxdırıcı biridir"–deyir. Artıq "güvənilən biridir" – " darıxdırıcı biri" nə çevrilir.
 
Tək sözlü çərçivələmələr məşqdəki isinmə hərəkətlər etməyə bənzəyir; eyni davranışın onu necə çərçivələməyinizə bağlı olaraq necə fərqləndiyini göstərir.Əlbəttə ki, burada davamlılıq olmalıdır.Məs: ekonomiya edən-xəsis; güvənilir-sıxıcı –bunlar,yəni bu keçidlər  olmalıdır. Verəcəyimiz bir neçə nümunəni özünüz ya da dostlarınızla bir yerdə yoxlaya bilərsiniz.
 
TƏK SÖZLÜ YENİDƏN ÇƏRÇİVƏLƏMƏLƏR
 
Axarına buraxan          -     Nə edəcəyi bilinməyən
Gülməli(məzəli)           -     Uşaq ruhlu
Özünə güvənən           -     Lovğa(təkəbbürlü)
Əliaçıq                            -    Bədxərc(israfçı)
Xəyal dünyası geniş    -    İntizamsız 
 
Yuxarıda göstərilənlərə tək sözdən ibarət olan yenidən çərçivələmələr deyilir. Bu başqasının(başqa birinin) sonundakı çıxış yolunu taparaq,ona yeni bir baxış nöqtəsi qazandırmağa çalışmaq üçün sadə bir üsuldur.
 
Yeni çərçivəni əldə etdikdən sonra geri qayıdırıq. Bu zaman “problem”  “fürsət”ə çevriləcək.
 
Məsələn : 
 
Qarşınızdaki insan: bu il çox vergi vermək məcburiyyətindəyəm.
Siz: (yenidən çərçivələndirisiniz): Deməli bu il keçən ilə nisbətən daha çox qazanmısan.
 
Qarşınızdaki: Valideynlərimin övladıma baxmağa heç vaxtları olmur.
Siz: Onların belə işgüzar olmaları, sənə möhtac olmamaları nə yaxşıdır.
 
Qarşınızdaki: Maşınım təmirdə olduğu üçün bu şənbə rayona gedə bilməyəcəm.
Siz: Bu, evdə olan işləri bitirməyin üçün yaxşı fürsətdir.
 
Sözlə yenidən çərçivələmə problemə fərqli bir don geyindirir və ani bir dəyişiklik yaradır. Sadə yeni bir çərçivə sanki möcüzə yaradır.Artıq  hadisələr sizə fərqli görünür. Bir sözlə, baxçanızdakı kol-kos ətirli güllərə çevrilir.
 
Bir gün təxminən otuz yaşı olan bir xanım yanıma gəldi. Özünün dediyinə görə “xroniki böhranda” idi. Onun xoşbəxt bir ailə həyatı vardı; jurnalist kimi fəaliyyət göstərir, döyülən və zorakılığa məruz qalan qadın və uşaqlar haqqında araşdırma aparırdı.
 
Amma dediyinə görə,subaylığından bəri böhran dövrü keçirirdi. Vaxtaşırı olaraq həkimə də müraciət edib; bu bəzən işə yarayıb,bəzəndə yaramayıb. Beləki, bir müddət normal qayıdır,sonra elə pisləşirdi ki,heç bir şey etmək istəmirdi. Müəyyən vaxt keçdikdən sonra yenidən yaxşılaşırdı. Xroniki böhrandan təngə gəldiyini deyirdi.
 
Bu xanım mənə zorakılığa məruz qalan qadın və uşaqlarla bağlı işindən bəhs etdi: “Anlamıram, necə olur insanlar bir-birlərinə etdikləri ucbatından böhrana girmirlər”. “ Həssas insanlar ətraflarında baş verənləri  xüsusilə qadın və uşaqların başına gətirilən bu qədər şeyi görüb necə böhran vəziyyətinə düşməzlər?
 
Qısa müddətdə onun böhran vəziyyətində olan tərəfinin əslində onun həssaslığını qoruduğunun fərqinə vardım. Əsmər böhrandan heç bir zaman əl çəkməyəcək,çünki anladım ki, bu onun üçün laqeyd olmaq mənasına gəlir və o, həssaslığa çox önəm verir. Beləliklə , böhran vəziyyətinə düşən tərəfinin müsbət niyyəti,onun həssaslığını qorumaqdır.
 
Mən ona belə dedim: “Həqiqətən də həssas olmaq sənin üçün vacibdir. Elə isə, niyə özün üçün “xroniki böhran” yerinə, “xroniki həssaslıq” anlayışını seçmirsən?
 
Böhran mövzusunda özünü günahkar hiss etdiyi üçün bu  onun çox xoşuna gəldi və eyni zamanda onu rahatlaşdırdı.
 
O özünü yaxşı hiss etmirdi və bunu böhranla çərçivələmişdi. Sadə yeni bir çərçivələmə ilə “böhran” sözünü “həssaslığa” çevirdik,beləcə məna dəyişdi. Özünü pis hiss etməsi böhrandan çox həssaslığın əlamətinə çevrildi və əhval-ruhiyyəsi dərhal dəyişdi,özünü yaxşı hiss etməyə başladı. Həssaslıq bir xəstəlik sayılmazdı,mənfi bir tərəfi yox idi,əslində burda vəziyyətin ciddi olduğundan söz belə gedə bilməzdi.
 
Mənə danışdıqlarını yenidən təhlil etdim, eyni davranışlar indi yeni bir hekayənin , başqa bir vəziyyəti əhatə edir(vəziyyətin parçalarını birləşdirir).
 
Sadə sözləri yenidən çərçivəyə salmaqla, möcüzələr yaratmaq olar. Bir şey bir anda tamam başqa bir şeyə çevrilir. Göyçək Fatma yenidən çərçivələmənin sehriylə şahzadə olur.  Çirkin ördək balası qu quşuna çevrilir və s.
  
Bir şeyin ətrafındakı çərçivəni dəyişdirərək onu başqa bir bucaqdan görmək və yaşamaq,yenidən çərçivələməkdir. Problemi həll etməyə cəhd etmək yerinə,ona yenidən don geyindiririk. Reaksiyanı (dəmirləmə texnikasında etdiyimiz kimi) dəyişdirib, eyni reaksiyaya yeni bir reaksiya tapmaq yerinə, reaksiyani (əks təsiri) olduğu yerdə qoyub , sadəcə problemin mənasını dəyişdiririk. Təsir,əks-təsir əlaqəsini ayırıb,onun yerinə yeni bir reaksiya qoyarkən etdiyimiz kimi davranışı dəyişdirmirik. Problemin bu cür həll olunmasına “birinci dərəcəli dəyişmə” deyilir, yəni davranış köhnənin yerinə gəlir və əsl problem həll olunur.
 
Miqren ağrılarınız tutubsa və bu ağrıdan qurtulmaq üçün ağrıkəsici dərman qəbul etsəniz, baş ağrısının təsirini dəyişdirəcəksiniz. Bu etdiyiniz birinci dərəcəli dəyişmədir. Halbuki,  yenidən çərçivələmə ikinci dərəcəli dəyişmədir. Burada reaksiyanı deyil,problemin mənasını dəyişdiririk. Bu, artıq problemi bizim anladığımız tərzdə həll etmək deyil. Burada problemin kökünə enirik və davranışları, əks təsirləri  biruzə verdikləri müddətin(prosesin) işarəsi ya da dəlili olaraq qəbul edirik. Biz yenidən çərçivəyə salmaqla(çərçivələməklə) problemin ( baş ağrısının) mənasını dəyişdiririk. Bunu şüuraltınızdakı mənliyinizin bir hissəsiylə əlaqə yaratmaq, onun fərqinə varmaq və şüuraltıdan şüur səviyyəsinə çıxarmaq üçün istifadə edirik. 
 
Özümüzdən soruşuruq : Baş  ağrısı mənim üçün nə etmək istəyir? Bu ağrının mənim üçün nə kimi müsbət tərəfi ola bilər?
Aldığınız cavab: sizin dincəlməyinizə,rahatlamağınıza şərait yaratmaq ola bilər.    
 
Bu təsirli olsun ya da olmasın,müsbət niyyət sayılır. Ancaq həll olunması lazım olan problem baş ağrısı deyil. Ağrının sizin işinizlə,həyat tərzinizlə əlaqəsini anlayırsınız və baş ağrısı sizə özünüzə daha çox qayğı göstərməyinizlə bağlı mesaj verir. Istəsəniz yenə bir ağrıkəsici qəbul edə bilərsiniz,lakin bu müddət ərzində özünüzlə bağlı önəmli məlumat əldə edərsiniz. Siz davranışın qaynağına endiniz və funksiyanı dərk etdiniz.
 
Yenidən çərçivələmə–tərəf müqabillərinizlə açıq və təsirli ünsiyyət əsasında problemə baxış bucağınızı dəyişmə sənətidir.
 
NLP Texnikaları
 
 
 
 
Korrektor:Əhmədova Sevinc
 
 

ŞƏRH YAZIN