Zamanda Donub Qalan Daxili Tərəflərimiz ...

0
1930
Zamanda Donub Qalan Daxili Tərəflərimiz ...

 Daxili tərəflərimizi düşünməyin bir yolu da, kiçik yaşlarda bir travma ya da çətinliklə qarşılaşdığımız zaman onlardan qopmuş olmağımızdır. Bir tərəf bizdən qopduğu zaman uşaqkən seçdiyimiz davranışları sürdürməyə davam edər. O bizdən ayrı olduğuna görə, böyüdükcə öyrəndiyimiz variantlardan, məlumatlardan də ayrı qalmışdır. Bir şəkildə, bu qisim zamanda donmuşdur... 

YAPON ƏSGƏRİ

II Dünya müharibəsi ərəfələrində yaponlar bütün Sakit Okeanda irəliləyirdilər və bu nəhəng okeandakı minlərlə kiçik adaya yayılmışdılar. Müharibə bitdiyi zaman, bu adalardan bir çoxu zəbt edilmiş və ya itirilmişdi. Amma bəzi adalar tamamilə unudularaq itmişdilər.

Bəzi adalarda kiçik əsgər qrupları ya da sağ qalanlar, uzaq və gizli mağaralarda gizlənmişlərdi. Bir neçə il sonra qızğın müharibə bitmişdi. Amma sağ qalanlar bunu bilmədikləri üçün döyüşməyə davam etdilər; paslanan silahlarını və cırıq formalarını ən yaxşı şəkildə qorumağa çalışaraq, tamamilə təcrid olunmuş bir şəkildə, həsrətlə komandirləri ilə təkrar bir yerə gəlməyi gözlədilər.

Savaşın davam etdiyi bir neçə il ərzində, bu əsgərlərdən bir çoxu, balıqçılara ya da turist gəmilərinə atəş etdikləri və ya yerlilər tərəfindən tapıldıqları zaman kəşf edildilər. İllər keçdikcə tapılanlar azaldı. Ən sonuncusu isə, döyüş bitdikdən 30 il sonra tapıldı.

O əsgərin vəziyyətini bir düşünün. Hökuməti onu çağırmış, öyrətmiş və uzaq bir adaya göndərmişdi. Məqsəd ölkəsinin insanlarını xarici güclərə qarşı qorumaq və müdafiə etməkdi. Yaxşı və sadiq bir vətəndaş olaraq, döyüş müddətində bir çox çətinlik çəkmişdi. Daha sonra da tək başına ya da bir neçə əsgərlərlə birlikdə yalnız buraxılmışdı. Bütün o illər ərzində, əlindən gəldiyincə döyüşü davam etdirmişdi. İstiyə, böcəklərə, yağışlı meşələrinin iqliminə baxmayaraq, o davam etmişdi və özünə verilən əmrlərə sadiq qalmışdı.

Sizcə, belə bir əsgər tapıldığı zaman ona necə davranılmalıdır? Onu lağa qoymaq, 30 il boyunca döyüşdüyü üçün ona axmaq demək ən asan yol idi. Bu dəbəbdən, belə situasiyalarda ilk təmas çox amma lap çox önəmlidir və diqqətlə qurulmalıdır.

Onlar da elə etdilər. Döyüşdə yüksək rütbəsi olan bir zabit köhnə formasını və samuray qılıncını sandıqdan çıxarar və itkin əsgərin tapıldığı yerə köhnə bir döyüş gəmisi ilə gedər. Zabit meşənin içi ilə gedər və əsgəri tapana qədər onun adını çağırmağa davam edər. Qarşılaşdıqları zaman zabit gözlərində yaşlarla əsgərə təşəkkür edər və bu qədər il ölkəsinə xidmət etdiyi və müdafiə etdiyi üçün ona minnətdarlığını bildirər. Sonra zabit ondan başından keçənləri soruşar və nəzakətli davranar. Müəyyənbir zaman keçdikdən sonra isə, zabit ona artıq müharibənin bitdiyini və ölkəsinin sülh içində olduğunu söyləyər. Nəticə etibarı ilə, artıq döyüşməsi lazım olmadığını izah edər.

O əsgər ölkəsinə çatdığında bir qəhrəman olaraq qarşılanır, medal və rütbə ilə şərəfləndirilir və dəstə-dəstə insanlar onu təşəkkürlə qarşılayır. Onun dönüşü və xalqına qovuşması təmtəraqlı qeyd olunur.

Eynilə, yapon əsgəri kimi, bir tərəfimiz o gənc yaşda sıxışıb qalmışdır. O tərəfimiz bacarıqlarımızdan, məlumatlarımızdan, təcrübələrimizdən ayrı olaraq tək başınadır. Çətin bir vəziyyətlə başa çıxmaq üçün o davranışı, hissi və ya münasibəti ilk dəfə öyrəndiyimizdə, bir zamanlar əlimizdə olan ən yaxşı variantımız o idi...

 

ŞƏRH YAZIN