Şişirdilmiş Özgüvən Qorxaqlığın Əlaməti Ola Bilər

0
2957
Şişirdilmiş Özgüvən Qorxaqlığın Əlaməti Ola Bilər

Şişirdilmiş özünə inama sahib olan insanlar əslində qorxular və öz içində qarşıdurmalar yaşadığı müşahidə edilir. Özünü güvəndə hiss etmək üçün özünə inamını şişirdilmiş bir şəkildə sərgiləməyə çalışar. Prof. Dr. Nevzat Tarhan, fərqli görünmə səyi içində olan kəslərin əslində bu davranışlarıyla əksikliklərini bağlamağa çalışdıqlarını ifadə edərək, əslində bunların dürüst olmayan davranışlar olduğunu dilə gətirdi.

Bəzi yoldaşlar var ki məsələn, evdə dava edərlər, bir-birlərinə girərlər, qablar sındırılar, səs tonu yüksələr. Bütün qonşular bilər. Sonra küçəyə çıxdıqları zaman çox mehriban gəzərlər. Evdə bir-birini yeyən insanların çöldə necə belə davrandıqlarını anlaya bilməzsiniz. ŸƏslində çöldəkilərə qarşı xoşbəxt rolu oynamaları, bu kəslərin ictimai davranışlarından gələn bir əskikliyin göstəricisidir.
 
Məsələn; işdən çıxma vəziyyətlərində də bənzər hadisələr yaşanar. İşdən ayrılan adam özünü güclü və xoşbəxt bir şəkildə göstərirsə ya ‘Mən yıxılmadım ayaqdayam' mesajı verir ya da gələcək qorxusunu yaşayır ola bilər. İşi ilə əlaqədar gələcək qorxusu varsa ‘Mən qorxmuram' deyərək özünü bir baxıma təlqin etmə taktikasnı tətbiq edir. Bu davranış şəkli qorxularını məğlub etmək üçün ‘Mən güclüyəm' deyərək çölə mesaj vermə taktikasıdır.
 
Bu kimi vəziyyətləri bəzən fərqli kəslər tövsiyə edə bilər. Amma sağlam düşünüb doğru yanaşmanın seçilməsi irəlidə yaşanacaq daha böyük dağıntıların qarşısını ala bilər. Çünki bir adam bir qərar verdisə bu vəziyyətin müsbət və ya mənfi tərəflərini qiymətləndirməli və bunu aşmalıdır. Xüsusilə ictimai media üzərindən ətrafa qarşı verilən şişirdilmiş mesajlar əslində adamın çölə qarşı verdiyi prixoloji müdafiədir. Adamın ya qorxduğunun ya da gələcək narahatlığı daşıdığının bir əlamətidir.
 
Şişirtmə hər zaman əleyhinizədir
Şişirtmə hər zaman əleyhinizədir. Adam şişirdilmiş bir özünə inam rolu oynayırsa ya belə qorxuları vardır ya öz iç dünyasında qarşıdurma yaşayır ya da insanlara mesaj verərək özünü güvəndə tutmaq istəyir. Yəni bunların hamısı dürüst olmayan davranışlardır. İstər şəxsi həyatında istərsə də iş həyatında bu tutumda olan kəslər əslində olğunluğa çata bilməmiş, öz içində qarşıdurma yaşamaqdadırlar. Bu tutumlar üçün təklif edilə biləcək olan, bu kimi davranışlarla sərf edilən zamanı fərdi inkişafları üçün istifadə edərək bu problemin öhdəsindən gələ bilərlər.
 
 
Tərcümə etdi: Bəsti Mehralıyeva

ŞƏRH YAZIN