Arzularımızın gerçəkləşməmə səbəbləri

0
3928
 Arzularımızın gerçəkləşməmə səbəbləri

1.Sizə gərəkməyən işlərə həddindən artıq vaxt sərf edirsiniz.

Video oyunlar. Televizor. İnternet. Yemək. İçki. Siyahını istədiyiniz qədər davam etmək olar. Həyatınıza ciddi nəzər salın. Vaxtınızın çoxunu harada və necə keçirirsiniz? Etdikləriniz sizin üçün faydalıdırmı? Bu suallara mənfi cavab verirsinizsə, gündəlik həyatınızı gözdən keçirməli və bir sıra dəyişikliklər etməlisiniz.

2. Çox şikayətlənirsiniz.
Hər zaman deyinən insanlar qrupu mövcuddur. Siz də onlardan birisiniz? Təhsilinizdən, işinizdən, müdirinizdən, maaşınızdan, qonşularınızdan daima şikayətlənirsiniz. Əgər belədirsə, ətrafınıza ancaq mənfi enerji saçacaqsınız. Şikayətlənmələr sizi çıxmaza sürükləyəcək. Çalışın sevmədiklərinizi deyil, daima sevdiklərinizi düşünəsiniz.

3. Ağlınızı qidalandırmırsınız.
Bir şəxsiyyət kimi inkişaf etmirsinizsə, axın olmayanda lillə örtülən sakit bir hovuza bənzəyəcəksiniz. Bu hal ağlınızla da baş verə bilər. Problemlər, sınaqlar, yeni informasiyalar ağlınızı məşq etdirəcək.

4. Daxilinizdə mənfi fikirli dialoqlar qurursunuz.
Daxili dialoqlar bəzən həyatınızı həll edə bilir. Henry Ford demişkən: “Düşüncənizdən asılı olmayaraq siz hər zaman haqlısınız.” Əgər özünüzü yüksəlməyə, yaxşı həyata layiq görmürsünüzsə, deməli, bu həqiqətdir. Özünüzə dediyiniz hər bir şeyi əvvəl önəmsəməsəniz də, sonralar sizin həqiqətinizə çevrilir. Fikirlərinizi nəzarət altında saxlayın və həyat özü sizə qarşılıq verməyə başlayacaq.

5. Motivasiya hiss etmirsiniz.
Bəziləri həyatdan heç nə istəmədiyini, arzularının olmadığını iddia edir. Bu, həqiqətdən çox uzaqdır. Mütləq etməyi sevdiyiniz bir şey olmalıdır. Yeniliklər kəşf edin.

6. Gələcəyinizi planlaşdırın.
Əlbəttə “anı yaşamaq” və “həyatdan zövq almaq” çox gözəldir. Lakin hərdən gələcəyi də düşünmək lazımdır. Əgər hədəfiniz və ona çatmaq üçün planlarınız yoxdursa, siz öz-özünə dreyf edən qayığa bənzəyəcəksiniz. Qayıq ətrafındakı qüvvələrə arxalanaraq harasa yaxşı yerə çatacağını zənn edir. Razılaşın ki, bu axmaqlıqdır. Tanımadığınız yollarda GPS köməyinizə gəldiyi kimi həyatınızın da buna ehtiyacı var.

7. Özünüzə uyğun olmayan insanlarla çox vaxt keçirirsiniz.
Sizə yaxşı təsir etməyən, fayda verməyən insanlarla söhbətlərdə itmək çox asandır. Lakin onlarla birlikdə vaxt keçirməklə səviyyəniz, biliyiniz qətiyyən yüksəlməyəcək. Belə dostları “energetik vampirlər” adlandırmaq olar. Onlar sizdən həyatınızı çəkir və əvəzində heç nə vermirlər. Sizə uyğun insanlarla əhatələnməyə çalışın.

8. Telefondan çox asılısınız.
Şübhəsiz müasir telefonlar hamımızı əfsunlaya bilər. Amma bir anlıq düşünün: siz sevimli oyuncağınıza nə qədər vaxt sərf edirsiniz? Sırf bu səbəbdən neçə münasibətiniz zərər görüb? Ailənizlə nahar edərkən belə, internetdə vaxt keçirirsinizsə, deməli, həyatınızın ən gözəl anlarını itirmisiniz.

9. Gərəksiz əşyalara çox pul xərcləyirsiniz.
“Lazımdır” və “istəyirəm” anlayışları arasında böyük fərq var. Çoxumuz kredit içində “üzən”, lakin həmişə ən son model əşyalar istifadə edən insanları tanıyırıq. Əslində isə bizə yaşamaq üçün çox şey lazım deyil: yemək, su, başımız üstdə damımız və yanımızda sevdiklərimiz. Geri qalanlar sadəcə bonuslardır. Xərclərinizə diqqət yetirin.

10. Yuxunuzu almırsınız.
Həkim olmasaq da, yuxunun gücü haqqında çoxlu məlumatımız var. Sağlamlıq üçün yuxu həlledici rol oynayır. Məşğul olmağınızı bəhanə etmədən normal yatmağa başlayın.

11. Bədəninizin qayğısına qalmırsınız.
Sağlamlığınız üçün yemək və idman çox vacibdir. Lakin müxtəlif pəhrizlər və idman təkcə çəki itirmək üçün deyil, həmçinin psixoloji durumunuz və vəziyyətiniz üçün də faydalıdır. Qida rasionunuzda dəyişikliklər edin və idmanla məşğul olun. Qısa müddət ərzində irəliləyişə nail olacaqsınız.

12. Komfort zonanızı tərk etmirsiniz.
Komfort zonasında yaşamaq çox asandır. Nahar etməyə həmişə eyni restorana gedir və eyni yeməyi sifariş edirik. Bu, yenilikdən qorxduğumuz üçün deyil, sadəcə bu yeməyi sevdiyimiz üçündür. Lakin komfort zonası dediyimiz bu deyil. Bəzən həyatınızı yaxşıya doğru dəyişmək üçün riskləri gözə almaq lazımdır. Lakin “risk” və “düşünülmüş risk” arasında böyük fərq vardır. Risklər ölümcül də ola bilər. “Düşünülmüş risk”lər isə məntiqi planlardır.

13. Xoşlamadığınız həyatı yaşayırsınız.
Uğuru hər zaman xoşbəxtlik dərəcəsi ilə ölçmək lazımdır. Həqiqətən xoşbəxtsiniz? Cavabınız “yox”dursa, deməli, bir sıra dəyişikliklər etməlisiniz. Məmnuniyyət hissi belə, sizin istədiyiniz kimi yaşadığınız anlamına gəlmir. Maraqlı həyat yaşamaq üçün əlinizdən gələni əsirgəməyin.
 

ŞƏRH YAZIN