Öz möcüzənizi özünüz yaradın

0
3088
 Öz möcüzənizi özünüz yaradın

 İnsanlar öz möcüzələrini özləri yaratmaq iqtidarındadır. Zehin, ruh və bədən birləşərək bütün güclərini ortaya qoyarlarsa, möcüzələr yarada bilər. Özünüzü tarazlaşdırdıqda, özünüzlə digərlərini bir tutduğunuzda və dəyərini bildiyinizdə möcüzəvi anlar həyatınızda çoxalacaq. Möcüzəvi bir gün yaşamağınıza köməkçi olacaq 10 addım:

 
1. Bu gün bədəninizə dəyər qatacaq bir şeylər edin: Məşq, masaj, bədənlə ünsiyyət və s.

2. Ruhunuz üçün bir şeylər edin: Gözəl bir musiqi dinləyin, meditasiya edin, rahatlaşın və s.

3. Gözəl bir söz deyin: Məsələn bunun kimi; "Bu gün özümü ruh,bədən və zehin olaraq sağlam hiss edirəm"

4. Köməyə ehtiyacı olan birinə kömək edin.

5. Bu gün bir şey öyrənin: Uzun zamandır maraqlandığınız bir şeyi, sağlam bir yemək hazırlamağı, ya da ən gözəli bir səhvinizdən dərs almağı
 
6. Əldə etmək istədiyiniz bir şeyin xəyalını qurun və onu zehninizdə hiss edərək həyəcanlanın.

7. Uzun zamandır sevdiyinizi söyləmədiyiniz birinə "səni sevirəm" deyib üzündəki xoşbəxtliyi və çaşqınlığı görün.

8. 20 dəqiqə də olsa sizə dəyər qatacaq bir kitab oxuyun.

9. Bütün bunları edərkən özünüzü faydalı bir şeylə mükafatlandırın və özünüzü təbrik edin: Şam işığında gözəl bir süfrə hazırlamaq, hamam otağında və ya cakkuzidə əylənin, bərbərə gedin və ya özünüzə bir buket çiçək ya da qol saatı alın.. Sizi əyləndirəcək və mənfi təsiri olmayan bir şey edin.

10. Bütün bunları edə bilmə gücünüz olduğu üçün və bu həzzi yaşaya bildiyiniz üçün şükr edin.

Möcüzəvi günlər yaşamaq sizin əlinizdədir. Möcüzə bir gün keçirməniz, sizdəki möcüzəvi duyğuları hərəkətə keçirərək həyatın digər möcüzələrini də sizə çəkəcəkdir.

ŞƏRH YAZIN