Əxlaq

0
2220
Əxlaq

Əxlaq, aktual mənada cəmiyyət içində fərdlərin uyğun gəldikləri davranış formaları və qaydalardır. Tərəfsiz və ümumi bir ifadəylə yaxşı və pis arasında niyyət, qərar və fəaliyyət fərqliliyidir. İkinci məna daha ümumi keçər . Xalq arasında əxlaq, doğru və haqlı olan məcburi davranış formasıdır. Ümumi bir görüş olaraq baxıldığında isə "üzərində uzlaşılan fərdlər arası qaydalar" mənasındadır. Əxlaqın fəlsəfi olaraq sorğulanmasında daha çox "etika" adı istifadə edilir. Aristotel ilə inkişaf edən  "etika" daha çox ümumi mühakiməyə  varan sistemli əxlaq anlayışı kimi başa düşülür. Əxlaq isə fərdlərin doğru və səhv qəbulunu təsvir etmək  üçün istifadə edilmişdir. Türkcədə ikisinə də əxlaq qarşılığı verilmişdir.

Əxlaq-termin olaraq:
1. Müəyyən bir dövrdə müəyyən insan topluluqlarınca mənimsənmiş olan, fərdlərin bir-birləriylə əlaqələrini təşkil edən etik davranış qaydalarının, qanunlarının, prinsiplərinin toplumu. Müxtəlif cəmiyyətlərdə və çağlarda əhatəsi və məzmunu dəyişən əxlaqi dəyərlər sahəsi.
2. Bir adam ya da bir insan ifadəsi ilə  mənimsənən hərəkət və qaydaların toplumu.
3. Əxlaqi olan şeylərlə əlaqəsi olan bir görüşlər sistemi (tək adamın, bir ulusun, bir cəmiyyətin, bir çağın).
4. Fəlsəfənin bir budağı olaraq:
a) Əxlaq üzərinə konseptual təlimlər. b) İnsanların fərdi və ictimai həyatdakı əxlaqi hərəkətlərinə bağlı problemləri araşdıran fəlsəfə təlimləri.
 
Qavramsal lüğətdə:
Ərəb: əxlaq "yaradılış, xasiyyətlər" kökündən gəlir. Bəzən yaxşılıq, ya da düzgünlük sözləriylə yoldaş mənada istifadə olunur. Cəmiyyətin xoş gördüyü davranış formalarıdır. Əxlaqi olan "insanların qarşı çıxmadığı" dır deyilə bilər. Əxlaqsızlıq isə bunun tam tərsidir. Hadisə anındakı fərziyyələrə əks davranışdır. Ümumiyyətlə, fəlsəfə, din, cəmiyyətin birləşdiyi bir mülahizə vardır. "Qızıl qayda" adıyla bilinən bir qanun "əxlaqi davranış" ın özünü sərgiləyər. "Özünə davranılmasını istədiyin kimi davran". Bu, Immanuel Kantdan İsa peyğəmbərə qədər qəbul görmüş əxlaqi özdür.
 

 

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN