Uşağınızın Arzularını Uşaqkən Öldürməyin

0
2023
Uşağınızın Arzularını Uşaqkən Öldürməyin

Bütün valideynlər cəmiyyətə daha xeyirli bir övlad yetişdirmək istəyir. Onu daha sağlam, daha güclü böyütmək üçün isə əlindən gələni ardına qoymur. Bəzən səhv bəzən isə düz, hərə öz uşağını bir cür tərbiyə edir. Amma doğru bildiyimiz 5 səhv var ki, hansı ki, uşağın arzularını elə uşaqkən öldürür.

Bu gün kağızdan təyyarə düzəldən uşaq, kim bilir bəlkə də sabahın pilotu oldu? Yol verilən səhvlər sırasında birinci pillədə uşağa sərhəd qoymaq dayanır.

İkinci yerdə isə qətiyyətsizlik dayanır. Qadağa qoyduğunuz şeyə gələcəkdə razılıq verəcəksəniz bu onda ikili fikirin yaranmasına səbəb ola bilər.

Uşaqlar çox zaman nə elədiyini bilmir. Axı ağzımızda uşaq deyirik. Buna görə də onun səhv davranışlarını unutmaq və mümkün qədər üzünə vurmamaqda fayda var.

Əgər uşağınız oyuncaqlarla oynamağı və yellənməyi sevirsə, ona qarşı çıxmayın. Çünki gələcəyin istəksiz müəllimi olmaqdansa, sənətinin vurğunu olan akrobat olsa daha yaxşı olar.

Uşaq öz qabiliyyətini kəşf etməli və onun arxasınca getməlidir.

Uşaq həmyaşıdları ilə müqayisə edilməməlidir. Bu onun xoşuna gəlməyə bilər. Daha sonra aqressivləşə və öz əsəbini sizə qarşı istifadə edə bilər. Əgər dostu bir şeyi sizin uşağınızdan yaxşı bacarırsa, ona məhəl qoymayın. Hələ bilmək olmaz, zaman kimin xeyrinə işləyəcək.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN