Uşağı Sevgi İlə Təhdid Etməyin!

0
2207
Uşağı Sevgi İlə Təhdid Etməyin!

Uşaqları müqayisə etmənin və sevgi ilə təhdid etməyin çox təhlükəli olduğunu bildirən The Journey ilə Şüuraltı Səyahət Mütəxəssisi Selda Soytürk Akyılmaz, ailələrə uşaqların şüuraltısı  haqqında məlumatlar verdi.  Uşaqları heç bir şəkildə başqaları ilə müqayisə etməyin. Nə olursa olsun günahlandırma mövqeyindən uzaq durun, məsuliyyətli iş verərkən  yerinə yetirməsi üçün zaman verin. Bacarıqsız olduğu  ilə bağlı qurulan hər cümlə özgüvəninə  neqativ  təsir edər və bütün həyatı bu sıxıntılarla boğuşmasına səbəb olacaqdır.  Ayaqqabı bağlamağı öyrənməyə çalışan uşağa  “bir dəfə də düzgün bağlasan təəccüblənərdim” cümləsinin söylənməsi, o uşağın bütün həyatının bacarıqsızlıq və uğursuzluq  üstünə qurulmasına səbəb ola bilər. 

Uşağı sevgi ilə təhdid etməyin!
 
Uşağın heç bir zaman sevgi ilə təhdid edilməməsi vacibdir.  “Qardaşınla oyuncağını paylaşsan sevilərsən”, “yaxşı qiymət alsan səni çox istəyərəm”  və s. Bunların hamısı olduqca təhlükəli cümlələrdir. Uşaq  hər vəziyyətdə seviləcəyini bilsə  həyata daha güvənli yaxınlaşacaqdır. Sevginin fərqli şeylərə bağlı olduğunu düşünən uşaq özünü sevdirmək üçün daim istəmədiyi şeyləri etməyə məcbur olar və bu da onda sıxıntı yaradar.  Hər hansı bir vəziyyətdə duyğularını  ifadə etdiyi üçün cəzalandırılan uşaq “sussam problem yoxdur”  düşüncəsiylə böyüyəcək və haqsızlıqlara qarşı mühafizəsiz mövqedə duracaqdır.  
 
Valideynlərin uşaqları ilə keyfiyyətli zaman keçirmələri üçün sosial aktivliklər içində olması lazımdır. Əks halda uşaq özünü yalnız, kənarlaşdırılmış, hətta işə yaramaz hiss edəcəkdir.  Uşaqlar yaxşı  öhtəsindən gəldikləri iş üçün təqdir olunmaq istəyərlər. Nə etsəm də ailəm məni dəstəkləmir hissi içində olan bir uşaq bir müddət sonra artıq heç bir cəhd etməz.  Bu dəfə də ailə “sən belə deyildin, dəyişdin” deyərək  uşağı  günahlandırmağa başlayarlar. Hər cəhətdən çətinlikdə olduğunu düşünən uşaq yavaş – yavaş  özünü sosial mühitdən də kənarlaşdırar. Valideynlərin münasibətlərindəki problemləri uşaqlara yansıtması uşağın evliliyə baxış tərzinə də mənfi təsir edər.  Ata – anasını nümunə götürən uşaq üçün ikili münasibətlər həmişə dava – dalaş şəklində olar. Bundan qaçmaq üçün də ya yalnızlığı seçər ya da münasibətlərini güvənsizlik  hissi ilə yaşadığından problemlər ilə qarşılaşar. 
 
Hazırladı: SEVİNC MƏMMƏDKƏRİMOVA 
 

ŞƏRH YAZIN