25 yaşlı tələbə əbədi görmə qabiliyyətini itirməsinə baxmayaraq heyrətamiz incəsənət əsərləri yaradır. Hətta gözdən əlil olması ona "ilin ən yaxşı illüstratoru" adını almağa maneə törətməyib.
25 yaşlı Britaniya sakini Kimberli Berrouzun bir gözü tamamilə görmür, lakin digər gözü ilə 20 dəqiqə müddətində seçilmiş obyektə fokuslana bilir.
Rəssam olmaq arzusundan imtina etməyən Kimberli Milli Kral Korlar Cəmiyyəti təşkilatı tərəfindən yüksək mükafatlandırılaraq 2014-cü ilin ən yaxşı kitab rəssamı adını alıb.