İnsanlar Var Ki ....

0
3808
İnsanlar Var Ki ....

İnsanlar var ki, kitab kimidir- Maraqlı,həyəcanlı.Oxuduqca oxumaq istəyərsən, onlardan nə isə öyrənə bilərsən. Əsasən də səbirli olsan və onlara vaxt ayırmağa tənbəllik etməsən.
İnsanlar var ki, labirint kimidir-Heç vaxt nə edəcəyini əvvəlcədən bilməzsən. Heç vaxt bilməzsən ki, səni bu döngədən sonra nə gözləyir, münasibətlər hansı formada dəyişəcək. Amma tapmaca nə qədər mürəkkəb olarsa, ona cavab axtarmaq da o qədər maraqlıdır.                                                                                                                                                                                                      İnsanlar var ki, yamyaşıl vadi kimidir-Onlarla rahat və asandır. Bütün problemləri unudub onlarla qayğısız ola bilirsən. Heç olmasa, bir müddət pəncərədən bayırda külək və yağış olduğunu, mətbəxdə isə yuyulmamış qabların sənin gəlişini gözlədiyini unudursan, sakitləşirsən və dincəlirsən.
İnsanlar var ki, külək kimidir-Bu gün burdadır, sabah başqa yerdə. Әbədi və sabit heç nə yoxdur onun həyatında. Əyləncələri də bir-birinin ardınca dəyişir. Heç birində uzun müddət qərar tuta bilmir.
İnsanlar var ki, qığılcım kimidir-Onlarda partlayıcı temperament var. Həyatına bayram əhval ruhiyyəsi gətirir, bir qaynarlıq, bir canlanma bəxş edir. Gücün çatan qədər şənlən, yaşa,xoşbəxt ol.
İnsanlar var ki, çiçəklər kimidir-Onlarla çox ehtiyatla davranmalısan. Pis havada qorumalısan, qayğısına qalmalısan. Onlar çox kövrək və həssasdır. Amma bu kövrəkliyin də öz gözəlliyi və cazibədarlığı var. Onun qayğısına qalmağa icazə verir və sənə özünü güclü hiss etmək duyğusunu bağışlayarlar.
İnsanlar var ki, qaya kimidir-Onlarla həmişə güvəndə olursan, inamlı olursan.Nə isə baş verdikdə dayaq yerin olur. Çətin anlarda etibar edə biləcəyin, söykənə biləcəyin biridir.
İnsanlar var ki, uçurum kimidir-Bilirsən, sonu pis qurtaracaq, amma özünə çəkir, cəzb edir. Heç olmasa bu uçurumun lap kənarına gəlib bu tanış olmayan, naməlumluğa baxmaq, toxunmaq istəyirsən.
İnsanlar da var ki, briliyant kimidir-Sən ona baxırsan və hər dəfəsində də yeni zərrələr, yeni hisslər tapirsan. Vacib deyil ki, bu müsbət və ya mənfidir. Sadəcə öyrənirsən və heyran olursan.

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN