Təxəyyül haqqında

0
4537
Təxəyyül haqqında

Müdürünüzün sizdən eşitmək istədiyi,lakin əməkdaşların daha az istifadə etdiyi əsas cümlələr coxdur.Uşaq olarkən istədiyimiz bir şeyi əldə etmək üçün “zəhmət olmasa” və yaxud “xahiş edirəm” sözlərindən istifadə etməyimiz kifayət idi. Karyera pilləsində də irəliləmək üçün bir sıra sehirli sözlər mövcuddur,lakin burada siyahı bir qədər genişdir.Bunlar aşağıdakılardır:
“Məqsədə çatmaq üçün sizə necə kömək edə bilərəm?”
“Bu sözlər müdür üçün sanki xoş bir nəğməni xatırladır” – deyə biznes-trener və korporativ menecer Aaron Makdeniel bildirmişdir.
Müdürdən onun məqsədlərini soruşmaq və bu yolda ona kömək etmək çox yaxşı ideyadır.Bu davranış sizin üçün yalnızca şəxsi məqsədlərinizin deyil,ümumi şirkət maraqlarının da vacib olduğunu bildirir.
“Bu tapşırığın yerinə yetirilmədiyini fərq etdim,buna görə də mən bunu edəcəm”
“Təşəbbüskarlıq” bir əməkdaş üçün ən qiymətli vərdişlərdən biridir.Müdürlər daim boşluqları görən və onları doldurmaq arzusunda olan əməkdaşları sevməyə belə desək “borcludurlar” – deyə biznes konsultant Stiv Langerud bildirmişdir.
“Mən razıyam …”
“Müdürünüzün dedikləri ilə razı olmasanız belə, mübahisəni “Mən razıyam, lakin…”, “Əlbəttə ki,biz bu cəhəti də nəzərə almalıyıq ki…”, “Bu proses üçün yaxşı başlanğıc bu olardı ki…” tipli müsbət notlarla başlamaq məsləhətdir” – bunu isə “3000 söz” və işin effektiv idarə edilməsi üçün ifadələr” kitabının müəllifi Sandra Agnes bildirmişdir.
“Bunu etməkdən məmnun olaram”
“Bu məsələ üzrə təşəbbüsü öz üzərimə götürürəm” – cümlələri sizin fəallığınızı və işi əldə etmək üçün lazım olanı etməyə hazırlığınızı biruzə verir.
“Adətən işə bu mövqedən yanaşan könüllü şəxs məsuliyyəti öz üzərinə götürür,işi sona qədər çatdırır və komandanın uğuruna öz yatırımını edir” – Nyu-York universitetində personalın idarə edilməsi sahəsində professor olan Todd Çerçes demişdir.
 
Korrektə etdi:Günel İbadova
 

ŞƏRH YAZIN