Araşdırmalar nəticəsində bəlli oldu ki, qadın və kişilərin beyin hüceyrələri arasındakı sinir şəbəkələri fərqlidir. ABŞ-ın Penselvaniya Universitetinin mütəxəssislərinə görə, kişi beynində şəbəkələr ön hissədə sıxlaşır. Bu sayədə kişilər məkan və istiqaməti daha yaxşı təyin edir. Qadınlarda isə beynin sol və sağ kürələri arasında dəyişiklik daha çoxdur.
Bu da qadınların daha yaxşı yaddaşa və hisslərə sahib olmasını təmin edir.