Dalay Lamadan Rahat Həyat Üçün Tövsiyyələr!

0
7392
Dalay Lamadan Rahat Həyat Üçün Tövsiyyələr!

• Ləyaqətli ömür sürün ki, qocalıqda xatırlayacaq hadisələr çox olsun.
• Sevgi atmosferi bizim həyatımızın təməlidir.
• Mübahisələrdə yalnız indiki zamandan danışın, keçmişi xatırlamayın.
• Öz biliklərinizi paylaşın, bu ölümsüzlük qazanmağın yeganə üsuludur.
• Yer kürəsi ilə nəzakətli davranın. Onu sevin.
• İldə bir dəfə əvvəllər heç vaxt olmadığınız yerə yollanın.
• Nəzərə alın ki, böyük sevgi və böyük müvəffəqiyyət böyük risklər doğurur.
• Məğlub olanda siz topladığınız təcrübəni itirmirsiniz.
• Üç əbədi qaydaya riayət edin:
- Özünə hörmət et.
- Digərlərinə hörmət qoy.
- Öz hərəkətlərinin nəticələrinə görə məsuliyyətdən qaçma.
• Yadda saxlayın ki, sizin istədikləriniz şeylər, heç də həmişə sizə lazım olan şeylər deyil.
• Qaydaları ona görə öyrənin ki, onları düzgün şəkildə necə pozmağı biləsiniz.
• Balaca mübahisənin böyük bir dostluğu pozmasına izn verməyin.
• Əgər səhv etmisinizsə, onu düzəltmək üçün dərhal nəsə edin.
• Bəzən təkliyə çəkilib, öz-özünə qulaq asmaq lazımdır.
• Özünüzü azad hiss edin, amma sərhədləri pozmayın.
• Yadda saxlayın ki, bəzən susmaq ən yaxşı cavabdır.
• Yadda saxlayın ki , ən yaxşı münasibətlərdə, hər bir yar, harada və kimlə olmasından asılı olmayaraq, həmişə sizi xatırlayır.
• Bəzən istədiyinizi əldən etməkdən ötrü ondan imtina etmək lazım gəlir.

 

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN