Stress Atmaq Üçün Çox Maraqlı Üsul ...

0
2585
Stress Atmaq Üçün Çox Maraqlı Üsul ...

Norveçin ən zəngin iş adamlarından biri olaraq tanınan Olav Ton sərvətinin böyük bir qisimini bağışladığını açıqlayıb.

 
Olav Ton öz adına bir fond yaradıb. 25,4 milyard Norveç kronası dəyərindəki fonddan hər il təxminən 50 milyon Norveç kronu cəmiyyətə faydalı layihələr üçün ayrılacaq.
 
Bununla bağlı olaraq mətbuata açıqlama verən 90 yaşındakı Ton deyib: "Bu pulları cənnətə, ya da cəhənnəmə götürə bilmərəm. Buna görə sərvətimi cəmiyyətə və insanlara faydalı olacaq işlər üçün bağışlayıram”.
 
Otellər və ticarət mərkəzləri sahibi kimi tanınan yaşlı zəngin Norveçin Al adlı kəndində dörduşaqlı ailənin ən kiçiyidir. Gənclik illərində ticarətlə məşğul olan Ton idxal və ixracla əldə etdiyi gəliri ilə paytaxt Osloda bir sıra əmlaklar almağa başlayıb və nəticədə Norveçin ən zəngin insanları sırasında ad qazanıb.
 
Sadə həyatı sevməsi ilə tanınan məşhur iş adamının rəsmi varisi yoxdur.
 

ŞƏRH YAZIN