"Super mən"
Hər insanın daxilində böyük bir potensial var.Bu güc o qədər böyükdür ki,biz onunla həyatımızı istədiyimiz kimi dəyişə bilərik. Amma bəzən bunu necə edəcəyimizi, özümüzü, həyatımızı necə dəyişəcəyimizi bilmirik.
İlk növbədə bunu düşünmək lazımdır ki,insan həyatını dəyişmək üçün özünü,özünü dəyişmək üçün isə düşüncə tərzini dəyişməlidir.Fərdi inkişafın ən önəmli addımlarından biri məhz budur.
İçimizdə bir "mən" var və biz içimizdəki gücü böyütməyə çalışıb,inkişafa can atanda "mən" çevrilib "Super mən" olur
Bu da sizi "Super mən"ə çevirəcək addımlar:
1.Pozitiv daxili ünsiyyət.
Hər zaman içinizdəki səsin pozitiv olmağına çalışın."Super mən" ə çevrilmək üçün atacağınız ilk addım məhz pozitiv daxili ünsiyyət olsun. "Mən özümü sevirəm" dedikdə və bunu içimizdə təkrarladıqda beynimiz-şüuraltımız bunu doğru olaraq qəbul edir və sizin müsbət cəhətlərinizi ortaya çıxarır.Eyni zamanda belə cümlələr qurarkən adınızı da deməyə çalışın,məsələn "Mən Əli, özümü çox sevirəm".Çünki adımız bizə ailəmiz tərəfindən seçilərək verilir və biz öz adımızı eşitdiyimiz zaman beynimiz həmin adı deyən adama doğru yönəlir.Əgər öz içimizdə də bundan istifadə etsək beynin buna inanması daha da sürətlənər.
Hədəf qoyduğunuz zaman bunu deyin "Mən bu işi bacaracağam.Çünki mənim içimdə bir "Super mən" var". Beyniniz sizin verdiyiniz bütün əmrləri qəbul edir və buna uyğun hərəkət etməyinizi təmin edir.Buna görə də beyninizin verdiyiniz əmrləri daha tez qəbul etməsi üçün dediklərinizin sadə olmasına çalışın."Doğru bildiyim yolda qəti və israrlıyam", "Edə biləcəyimin ən yaxşısını edəcəyəm", "Ən yaxşısını edəcəyəm, çünki mən ən yaxşısına layiqəm" və s. bunun kimi minlərlə cümlə ola bilər.
2.Zehində pozitiv canlandırma.
Bunun üçün 4 əsas faktor vardır:
Birinci faktor hədəfinizi zehində canladırarkən buna inanmaqdır.Tarixi dəyişmiş insanlar hər zaman hədəflərini zehinlərində dəfələrlə inanaraq canlandırmış və ona çatmağa doğru can atmışdır. Bu insanlar etmək istədiklərini gözlərinin önündə o qədər çox canladırırlar ki, həmin hədəf beyində həqiqətə çox yaxın bir şəkildə olan görüntü halında canlanır. Bu beyində motivasiyanı təmin edir və insana güc verir.
İkinci faktor hədəfinizi həqiqətə çox yaxın bir şəkildə canlandırmaqdır.Hədəfinizi maksimum şəkildə dəqiqləşdirməyə çalışın:hədəfiniz harda reallaşacaq? o zaman ətrafınızda kimlər olacaq? onlar buna necə reaksiya verəcək? bu nə zaman olacaq? və s.Hədəfinizi dəqiqləşdirdikə onu zehninizdə canlandırın.Hədəfiniz nə qədər dəqiq,beyninizdəki görüntü nə qədər aydın olarsa,bu sizə o qədər tez kömək edəcək.
Üçüncü faktor hədəfi ola bildikcə dəqiqləşdirməkdir.
Dördüncü faktor isə hədəfinizi beyninizdə mümkün olduqca uzun müddət canlandırmaqdır.Hədəfə çatdığınız anda nələr baş verəcəyini düşünün və bunu mümkün olduqca təkrarlayın.İnanın ki, beyniniz o hədəfə çatmaqda sizə inanılmaz kömək edəcək.
Korrektə etdi:Günel İbadova