Tarixin Ən Varlı İnsanı

0
5385
Tarixin Ən Varlı İnsanı

Dünyanın ən varlı insanı afrikalı hökmdar Mansa Musa olmuşdur, o təqribən 13-14 cü əsrlərin qovşağında yaşayıb. Bu barədə amerikanın celebritynetworth.com saytındakı mənbəyə istinad edən financebigmir.net agentliyi məlumat verir. Tarixin ən zəngin insanın sərvəti 400 milyard dollar həcmində qiymətləndirilir. 

Malinin ali hökmdarı belə yüksək miqdarda var-dövlətə duz və qızıl ticarəti sayəsində müyəssər olub.

Reytinqdəki ikinci pillə Rotşildlər ailəsinə qismət olub. Avropalı bankirlər və ictimai xadimlər sülaləsinin ümumi varidatının miqdarı 350 milyard dollar həcmində qiymətləndirilir.

Tarix boyu dünyanın ən varlı adamı adına layiq görülmüş üçüncü yerin sahibi isə Con Rokfeller olmuşdur, onun var dövlətini bugünkü pullarla ifadə etsək, təqribən 340 milyard dollar təşkil edər.

Bu günün ən varlı insanı Bill Qeytsdir. Zənginliyinin ən pik vaxtında onun sərəncamında 136 milyard dollar var idi və o, reytinq siyahısında 12-ci yeri tutur. Amma Forbesin məlumatlarına əsasən hal-hazırda Billin cəmi 66 milyard dollar vardır, o birincilik zirvəsini 68 milyard dollar sahib olan Karlos Slimə təhvil vermişdir.

Maraqlı faktlardan biri isə, tamaşaçıların sevimlisi və ABŞ-ın zəngin investoru olan Uorren Baffetin siyahıda cəmi 25-ci yeri tutmasıdır. Celebrity Networth şəbəkəsindən olan bilicilər Baffetin irimiqyaslı xeyriyyə faəliyyətinə başlamazdan öncə sərvətinin 64 milyard dollar olduğunu söyləyirlər.

 

ŞƏRH YAZIN