Təsadüf nəticəsində edilən kəşf və ixtiralar

0
3255
Təsadüf nəticəsində edilən kəşf və ixtiralar

Təbii ki, elmi kəşflər üçün dərin bilik, qabiliyyət, bacarıq və inadlı əmək lazımdır. Və bir də şans. Bizdə buna “bəxt” də deyirlər.

Təsadüf nəticəsində edilən kəşflərin bir neçəsi ilə oxucularımızı tanış edirik.
 
Penisilin
Bakteriya infeksiyaları ilə mübarizədə geniş istifdə olunan penisilin qrupundan olan antibiotiklərin kəşfi məşhur elmi əfsanəyə çevrilib. Özü də bulaşıq qabların sayəsində...

Şotlandiya bioloqu Aleksandr Flemminq 1928-ci ilin avqustunda tədqiqat işlərindən yorularaq məzuniyyətə yollanır. Qayıdanda isə görür ki, laboratoriyada qoyub getdiyi stafilokok kulturalarının (kultura - laboratoriya üsulu ilə yetişdirilən bitkilər, bakteriyalar və s. – red.) üzərində göbələklər əmələ gəlib və bakteriyaları məhv edib. Bu kəşf təbabətdə antibiotiklər əsrinin başlanğıcını qoyub (yeri gəlmişkən, bu “qızıl əsr”, deyəsən, sona yetməkdədir).

Mikrodalğalı soba
Mikrodalğalı soba varlığına görə mühəndisin cibindəki şokolada borcludur. O zamanlar Raytheon şirkətində işləyən Amerika mühəndisi Persi Spenser maqnetorun (elektron axınının maqnit sahə ilə qarşılıqlı təsiri hesabına mikro dalqaları generasiya etdirən qurğu) yanından keçərkən görür ki, şokolad əriyir. Bir neçə eksperimentdən sonra 1945-ci ildə Spenser adını mikro dalğalı sobanın yaradıcısı kimi əbədiləşdirdi.
 
Yapışqan bağlar (qaytanlar)
Piyada gəzmək də bəzən proqresin hərəkətverici qüvvəsi ola bilir. İsveçrə alimi mühəndis Corc de Mestral gəzintilərində birində fikir verir ki, ayıpəncəsi çiçəyi şalvarının ətəyinə və çəkmələrinin yun hissələrinə yapışır. Velkro qaytan-bağları ideyası belə yaranır.
 
Koka-kola
Con Pemberton baş ağrısına qarşı dərman düzəltmək istəyirdi. Onun reseptinə kokanın (yarpaqlarından kokain çıxarılan tropik ağac – red.) təzə yarpaqları və tropik ağac kolanın qozalarından (tərkibində kofein və teobromin (kakao və çayın tərkibində olan alkoloid) olan bitki) ibarət idi. Pembertonun köməkçisi təsadüfən preparatı qazlı su ilə qarışdırır və dünyada ilk “Koka-Kola”nı alır. Sonralar Pemberton içkinin istehsal hüququnu “The Coca-Cola Company” şirkətinə satır. Şirkət uzun illər bu sirli reseptlə milyonlar qazanır. Pemberton isə kəşfindən iki il sonra baş ağrısına qarşı hazırladığı dərmanın qurduğu maliyyə imperiyasını görmədən vəfat edir.
 

ŞƏRH YAZIN