Yalanlar, Yalanlar ....

0
2049
Yalanlar, Yalanlar ....

Hər gün ən azı bir yalanımız olur. Ən çox yalanlar da insanların özlərinə dedikləri yalanlardır. 
Məsələn, gələn ay kredit kartımın borcunu verib qurtaracağam. 
Saatın zəngindən 5-10 dəqiqə gec qalxsam, yəqin ki, işə gecikmərəm.
Bu gün işdə telefonuma baxmayacağam, nə SMS yazacağam, nə də Facebook-a baxacağam.
"Light Cips" yesəm, dietamı pozmuş olamaram.
Saçımı üç gündür yumuram, amma heç bilinmir.
Bu gün cümə axşamıdır, mən isə bazar ertəsi dietaya başlayacağam. Bu, sifariş etdiyim son pizza olacaq.
Bütün günü televizora baxmaq məni dincəldir, rahatlaşdırır.
İdmana başlamağa vaxt tapa bilmirəm. Gərək idman çantamı götürüm, bəlkə, buna görə işdən qayıdanda getdim.
Bu həftəsonu içkiyə bir az ara verəcəyəm. (Gəl, bu həftə də içək, gələn həftədən başlayaram.)

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN