Zəif Tərəflərinizi Unudun!

0
2846
Zəif Tərəflərinizi Unudun!

 Hər kəsin güclü və zəif tərəfləri var. Hamımız bir şəkildə zəif olduğumuz nöqtələrdə özümüzü inkişaf etdirməyi istəyərik. Zaman zaman özümüzə əziyyət veririk. Zəif olduğumuz bir nöqtəmiz istədiyimiz qədər qüvvətli bir nöqtəmiz halına çevrilmir deyə özümüzü dağıdıb dururuq. Halbuki eyni səy güclü yanları daha da inkişaf etdirmək üçün göstərilsə, ortaya tam fərqli bir nəticə çıxar.  


Pozitiv Psixologiya ilə 2000-ci ildən bu yana maraqlanıram. Xüsusilə bu axını başladan və yayılmasına səbəb olan University of Penn professorlarından Martın Seligmanın kitabları və işləri üzərində baş sındırıram. Martın Seligman həyatda məhsuldarlıq, müvəffəqiyyət və xoşbəxtlik kimi faktları anlamamızı təmin edən qisimə müsbət psixologiya adını vermiş. 

Bu işlərdən bir dənəsi isə uğurlu olmaq üçün qüvvətli olduğunuza inandığınız istiqamətlərinizi və qabiliyyətlərinizi daha çox istifadə etmənizin və inkişaf etdirmənizin lazım olduğudur. Halbuki idarəçilər əsasən çalışanların zəif olduğu məsələlərdə özlərini inkişaf etdirmələrini təmin etməyə çalışar. İnsan Qaynaqları mütəxəssisləri inkişaf etdirilməsi lazım olan sahələrdə təhsil proqramları təşkil edər. Yəni qabiliyyətimizin çox olmadığı sahələrdə güclənmək üçün axıntıya avar çəkməyə çalışmaq kimi bir şey bu. Ya da şəkil çəkməyə qabiliyyəti olmayan bir insan
ın fırça ilə mürəkkəb şəkil çəkdirmək istəməsi kimi... 

Bu yaxınlarda çox qabiliyyətli bir gənc məndən
inkişaf etdirməm lazım olan sahələr nələrdir?deyə soruşdu. Özünün kifayət qədər müvəffəqiyyətli olmadığına inanırdı. Halbuki gələcək vəd edən, ehtiraslı, enerji dolu, məlumatlı və tutumu yüksək bir gənc idi. Tək etməsi lazım olan daha çox təcrübə sahibi olmaq idi. Buda ancaq zamanla mümkün idi. 

Məncə adamın müvəffəqiyyətli olmaq istədiyi sahədə təhsil və məlumat əskikliyi varsa, bu çatışmazlığı aradan qaldırmanın ən əhəmiyyətli yolu oxumaq, təhsil almaq və davamlı öyrənmək üçün ehtiraslarını canlı tutmaqdan keçər. Daha sonra bu öyrəndiklərini tətbiq etmədəki müvəffəqiyyəti onu kariyerasında daha yüksək nöqtələrə çatdıracaq. 

İnsanın güclü yanlarını anlaması üçün
Həyatda məni nə həyəcanlandırar?sualına verilən cavabın əhəmiyyətli olduğunu söyləyir Seligman. 

İş yerinizdə qabiliyyətli olduğunuz mövzularda "hər gün" bir az daha çox işlər etməyi
yoxlayın. Amma bu etdiklərinizin bir-birinin eynisi deyil, sizi hər gün bir az daha limitlərinizi zorlamağa təşviq edəcək xüsusiyyətdə olmasına önəm verin. 

Zəif olduğunuzu düşündüyünüz cəhətlərinizi inkişaf etdirmə səy edin. Faydalı olacağı şübhəsizdir, amma bu mövzularda özünüzü yeyib bitirmək yerinə, özünüzə çox da xoşlanmadığınız bu məsələlərdə daha yavaş hərəkət etdiyiniz üçün qəzəblənməməyi təcrübə edin. Bir il boyunca qabiliyyətiniz olan mövzularda daha çox çalışın. İl sonunda nələr hiss etdiyinizi düşünün və necə inkişaf göstərdiyinizə baxın. Fərq görəcəyinizə inanıram. 

Bu metod bir sahədə mütəxəssisləşmənizə də köməkçi olacağından, yüksələn bir müvəffəqiyyət qrafiki qurmanızda iştirak edəcək.

ŞƏRH YAZIN