Bill Qeytsin Sevimli Kitabları

0
3636
 Bill  Qeytsin Sevimli Kitabları

Bill Qeyts kitab oxumağı çox xoşlayır.Onun şəxsi blogu olan THE GATES NOTES’da o,özünün ən sevimli kitablarının adını çəkib.Gözlədiyinizin əksi olaraq bu kitablar kompyuter və ya iqtisadiyyatın idarə olunması ilə bağlı deyil.O,qeyri-bədii ədəbiyyata üstünlük versə də, favoritlərindən biri olan J.D.Salinger'in ”The Catcher in the Rye” əsərini dəfələrlə oxuduğunu bildirir.
Ağıllı bir sahibkar olmaq üçün oxumaq təbii ki lazımdır.Bu sizin sosial bacarıqlarınızı inkişaf etdirəcək,zehninizi gücləndirəcək və əgər,Qeyts kimi fərasətli birisizsə,digər insanlara iş və biznes ideyaları sataraq qazanc əldə etməkdə sizə kömək edəcək.
Beləliklə,Qeytsin ən sevimli kitablarının adları: 
“Harvesting the Biosphere” by Vaclav Smil 
Çex-Kanadalı alim texniki yeniliklər və qida kimi fərqli sahələri bir araya gətirərək bir ad altında birləşdirmişdir.Mənim Vaclav Smildən başqa kitablarını səbirsizliklə gözlədiyim başqa bir yazıçı yoxdur.O,kitabın çox da həyəcanverici olmadığını etiraf etsə də,insanların ətraf mühitə olan təsirini daha da yaxşı anlamağa kömək etdiyini də qeyd edir.
“Poor Numbers” by Morten Jerven
Morten Jerven iqtisadiyyatçı olduğuna görə,o,Afrikadakı statistik məlumatlar haqda bir araşdırma aparmışdır.İqtisadiyyatın artmasi və adambaşına düşən gəlirin hesablanması sivil cəmiyyətlərdə olması lazım gələn bir şeydir,ancaq Jervenə görə bu məlumatların əksəriyyəti yanlışdır.Qeyts razı deyil ki Afrika statistik məlumatları tamamilə səhvdir.Onun fikrincə bu kitab sadəcə edilməsi gərəkən dəyişikliklər haqda maraqlı ideyalar verir.
“Why Does College Cost So Much? “ by Robert B. Archibald and David H. Feldman
Qeyts bu problemi çox sadə şəkildə belə ifadə etmişdir: Universitet məzunları çatışmadığı müddətcə universitet dərəcəsinə verilən dəyər də yüksək olacaq.Ona görə də insanlar dərəcə ala bilmək üçün çox pul ödəməyə məcburdular. Bu müəlliflər gedişatın əksinə siyasət yürütməyə çalışmışlar və sistemin səmərəsizliyindən bəhs etmişlər.
“The Bet “ by Paul Sabin
Paul Sabin Amerikan tarixçisidir.O,ətraf mühitin tarixi və enerji siyasətiylə bağlı yazılarıyla tanınır.1980-ci ildə iqtisadçı Julian Simon bioloq Paul Ehrlichin ad gününü mərc meydanına çevirir.Onlar insanlığı gözləyən gələcək problemlər üzərinə mərc edirlər.Ehrliche görə insan nüfuzunun artması gələcəkdə təbii resursların azalmasına,qida,içki,yanacaq qıtlığına səbəb olacaq.Simonsa daha optimist düşünürdü.Onun fikrincə,bu texnoloji yeniliklərə,kollektiv iş sayəsində inkişafa səbəb olacaq.Onların bu münaqişəsi əslində planetimizi gözləyən gələcək problemləri özündə əks etdirir.Bu kitab iki insanın həyat və ideyalarınından bəhs etməklə, çox maraqlı məlumatlar verir. 

 

Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN