Öz Üzərində Işlə, Öz Həyatını Yaşa, Öz Gələcəyinə Hazırlaş

0
2827
 Öz Üzərində Işlə, Öz Həyatını Yaşa, Öz Gələcəyinə Hazırlaş

Yeniliyə və dəyişimə hazır ol. İndiki şəraitdə edə biləcəklərini düşün, öz üzərində işlə, gələcəyinə hazırlaş. Gələcək ona indidən hazırlaşanlarındır.
 
Özünü tanı, özünü kəşf et, hədəfinə doğru addımla, hər gün özün üçün bir şey et. Unutma, hər şey bir addımla başlayır.
 
Özün ol, özünə sahib çıx, öz həyatını yaşa. Həyatı özgələrə görə yox, özün üçün yaşa.
 
Özünə biganə qalma, özünə laqeyd yanaşma, səni sən qılan sənin özündür, özgələr deyil.
 
Özün özünə dayaq ol, özünü zirvələrə ucalt. Unutma, yalnız özün üçün etdiklərin sənə məxsusdur. 
 
Rəşadət Hidayətov
 

ŞƏRH YAZIN