22 Adi Sevincimiz!

0
5999
22 Adi Sevincimiz!

Sizə nələr sevinc yaşadır? Özümüzün də fərqində olmadığımız sevinc yaşadan hisslər hansılardır, heç düşünmüsünüz? Fransa Psixoloqlar Assosiasiyası "Həyatın 22 adi sevinci" adlı insan hissləri reytinqini hazırlayıb:

1. Supermarketdəki arabada sürüşmək.

2. Sübh çağına qədər yatmamaq.

3. Uzun müddət çimməyəndən sonra, isti duş qəbul etmək.

4. Sürücülük vəsiqəsi aldığın günün səhəri anlayırsan ki, maşına oturub istədiyin yerə sürə bilərsən.

5. İlk dəfədən ideal, paralel maşın saxlamaq.

6. İsti asfalta düşən yağışın qoxusu.

7. Qar xışıltısı.

8. Məşqdən sonra əzələlərin ağrısı.

9. Gəlmələrindən əvvəl mənzilin yığışdırılmasına ehtiyac duyulmayan qonaqlar.

10. Uzaqdan dəqiq zərbə ilə zibil qutusuna nə isə atmaq.

11. Təzə aldığın paltarı geyinmək.

12. Yerindən tərpənən qatara minmək.

13. Təzə bişmiş çörəyin ətri.

14. Zəngli saatın səs salmasından 1 saat əvvəl yuxudan ayılmaq və yenidən yatmaq üçün 1 saatın olduğunu bilmək.

15. Eşitdiyin melodiyanın hansı filmdən olduğunu hamıdan tez xatırlamaq.

16. Təyyarədən düşəndən sonra, qulaqların yenidən eşidə bilməsi.

17. İş günündən sonra təzə ayaqqabını çıxararaq dincəlmək.

18. Uşaqlıqda duyduğun qoxunu təsadüfən haradasa duymaq.

19. İsti yay axşamı maşının pəncərəsindən qolu çölə çıxarmaq.

20. Baharda açıq pəncərədən eşidilən, asfaltla yeriyən qadının hündürdaban ayaqqabılarının səsi.

21. Yayın istisində başı daz qırxdırmaq.

22. Tam azad və sərbəst olduğun gün.
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN