Anı Doyunca Yaşa

0
4194
Anı Doyunca Yaşa

 

Yaşadığımız hər an bir daha geri gəlmir. Doğulan hər bir insan potensial bir ölüdür. O, ölümə doğru sürətlə qaçmaqdadır. Ölüm isə pis və qorxunc bir şey deyildir, hətta başlanğıcdır.

Hər bir an elə dəyərləndirilməlidir ki, ötüb keçdiyində peşmanlıq yaratmasın!
Hər bir an elə yaşanmalıdır ki, kaş deyə bilməyəsən!
Doyunca yaşamaq bax budur...
 
Çoxlu yaşlı insan tanıyırsınız. Onlardan bu uzun dövr boyunca nələr etdiklərini soruşsanız, onlar “heç bir şey” deyəcəklər. 100 il keçmişdir ,amma, onlar bu qədər ili xatırlamağa dəyər bir neçə dəqiqəyə sıxışdırır.
 
Bu bizə nəyi göstərir, bilirsiniz?!
Bu bizə, o insanların əslində bir neçə dəqiqə yaşadığını göstərir.Aradakı 99il 11ay 29 gün 23 saat 50 dəqiqə boşa getmışdir,xatırlamağa dəymir və bir heçdir. Buna görə də, anı doyunca yaşamaq üçün həyatın qazanılmış yox , hədiyyə edilmiş bir dəyər olduğunu bilməlisiniz.
 
Uzun ömürlü olmağın yolları
Məşhur bir alimdən uzun ömürlü olmağın yollarını soruşurlar. O da “niyə ki” deyə cavab verir. “Əgər  yaşamağı bilsəydiniz, bu ömrünüz sizə çox daha uzun görünərdi. Yaşamağı bilməyənlər üçün 100 illik və ya 1000 illik həyatın bir-birindən fərqi yoxdu” deyib.
 
Həyat nəfəs alıb-verdiyiniz deyil, nəfəsinizin kəsildiyi anlarla ölçülür!
 
Tərcümə etdi: Səmra Əsgərli

ŞƏRH YAZIN