Könüllülər Axtarılır

0
4686
Könüllülər Axtarılır

Qanadlı frazalardan birində deyildiyi kimi, “Mənə dostunu denən, sənə kim olduğunu deyim”…

Bu məsəldə bəzi sözləri deyişsək, ortaya “Mənə nə işlə məşğul olduğunu denən, sənə kim olduğunu deyim” deyimi çıxır. Hər birimiz peşəmizin bizim şəxsiyyətimizə nə dərəcədə təsir etdiyini (pozitiv və ya neqativ) bilirik.
 
Həmin peşələrdən bir neçəsi ilə sizi tanış edirik.
 
1. Hüquqşünas
Bir qayda olaraq, çox son dərəcə dəqiq və hər şeydən şübhələnən insanlar bu peşəni seçirlər. Zaman keçdikcə bu keyfiyyətlər xəstəlik həddinə çatır və insanları özündən uzaqlaşdırır. Hətta hüquqşünaslar şəxsi münasibətlərdə də hansısa bir fırıldaq axtarmağa başlayır.
 
2. Mühasib
Məşhur zarafat: mühasibatlıq diaqnozdur. Həqiqətən, bu peşənin bəzi insanları öz işgüzar obrazına o qədər öyrəşir ki, hətta şəxsi həyatda da rəqəmlərə üstünlük verilir. Mühasiblər hər şeyi dəqiq və düzgün etməyə öyrəşən insanlardır. Ona gör də hər hansı bir ekstremal yenilik onlarda qorxuya səbəb olur. Bu peşənin sahibləri də zamanla qorxunc zəhlətökənlərə çevrilir. Bundan qaçmaq üçün mühasiblər kağızlardan qopmalı, insanlarla daha çox ünsiyyət saxlamalıdır.
 
3. Həkim
Həkimlər öz iş təcrübəsi boyu ciddi xəstəliklərlə, əzablarla və ölümlə rastlaşır. Həm də həkimlər üzərinə çox böyük məsuliyyət götürür. Digər tərəfdən isə xəstələrin kaprizləri…
 
4. Hərbi qulluqçu
Məlum olduğu kimi, hərbi qulluqçular ən ciddi intizam adamlarıdır. Əfsuslar olsun ki, onlar hətta öz doğmaları və yaxınlarına qarşı da zülmkar olur. Başqa sözlə desək, əsl ev diktatoru olurlar. Bu, onların həyat tərzidir.
 
5. Jurnalist
Jurnalist peşəsini seçmiş insanlar bir qayda olaraq, çox təvazökar olur. Bundan başqa, onlar hər şey ilə maraqlanır. Əlbəttə, jurnalist təcrübəsi bütün bu keyfiyyətləri inkişaf etdirir. Bəzən isə onlar öz həyatını yox, başqalarının həyatını yaşayır.
 
6. Müəllim
Bu peşənin insanları lovğadır. Onlar özlərinə həddindən artıq dəyər verir, həm də bu, onların peşəkarlığından asılı olmur. Uşaqlar üçün əhəmiyyətli olmaq lazımdır, amma bəzən müəllim təkəbbürü avtoritarlığa tökülür.
 
7. Psixoloq
Psixoloq olmağa qərar verən insanlar hər şeydən əvvəl özlərini başa düşməyə çalışır. Daha sonra isə öz pasientlərinin problemləri ilə maraqlanırlar. Psixoloq başqa sözlə, manipulyator olur.
 
Bəs sizin peşəniz sizə necə təsir edir?

ŞƏRH YAZIN